THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda (I hissə)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
18105
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 fevral 2020 – Newtimes.az

Münxen Təhlükəsizlik Konfransında fəal iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Qərb üçün böyük əhəmiyyəti olan mesajlar verməsi də ekspertlərin marağına səbəb olub. Enerji təhlükəsizliyi mövzusuna həsr edilmiş "dəyirmi masa"da çıxışı zamanı dövlət başçısı dərin və geniş geosiyasi əhəmiyyəti olan fikirlər ifadə edib. Azərbaycanda dövlət quruculuğu prosesinin yeni mərhələyə yüksəlməsi fonunda enerji sferasında atılan addımların məntiqini və məqsədini açıqlayıb. Sözün həqiqi mənasında qürurverici məqamdır. Aydın görünür ki, Azərbaycan Cənubi Qafqazda liderlik mövqeyini daha da möhkəmləndirir və bunu konkret layihələrin həyata keçirilməsi vasitəsilə edir. Həmin bağlılıqda Münxen Konfransı çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi" mövzusunda "dəyirmi masa"da Azərbaycan Prezidentinin ifadə etdiyi mühüm fikirlərin geosiyasi analizi üzərində geniş dayanmağa ciddi ehtiyac gördük.

Azərbaycanın təşəbbüsləri: sabit və davamlı reallaşır

Almaniyada keçirilən 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çox sayda məsələlərin müzakirə edildiyi barədə KİV-lər geniş məlumat verib. Üç gün müddətində ölkələr arasındakı əməkdaşlığın inkişaf etdirilməsi, sülhün bərqərar olunması və münaqişələrin qeyri-hərbi vasitələrlə həlli yollarının axtarılması ilə bağlı ciddi müzakirələr aparılıb. Tədbirdə 500 nümayəndə iştirak edib. Əsas müzakirə mövzusu "İqlim dəyişikliklərinin fəsadları ilə əlaqədar yaranmış qlobal problemlərin həllində Qərbin müasir rolu, beynəlxalq ticarətin stimullaşdırılması və texnoloji tərəqqinin sürətləndirilməsi"ndən ibarət olub. Bununla yanaşı, dünya üçün əhəmiyyəti olan başqa məsələlər də gündəmə gətirilib. Xüsusilə panellərdə geosiyasi baxımdan aktual sayılan problemlər ətrafında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Onların sırasında Prezident İlham Əliyevin də iştirak etdiyi və "Enerji təhlükəsizliyi" mövzusuna həsr edilmiş "dəyirmi masa"ya ayrıca maraq göstərilib. Ekspertlər bunun müxtəlif səbəblərinin olduğunu ifadə edirlər. Başlıca məqam isə Qərbin enerji təhlükəsizliyinin təmin edilməsi ilə əlaqəlidir. Çünki, birincisi, Konfransın mövzusu birbaşa Avropa ilə bağlı idi, ikincisi, Qərb siyasətçilərinin özləri üçün Avropanın müasir siyasətdə rolu çox aktualdır və bu istiqamətdə yekdil fikir yoxdur.

Ekspertlər vurğulanan kontekstdə Azərbaycan Prezidentinin "dəyirmi masa"da ifadə etdiyi fikirlərə ciddi önəm veriblər. Məsələ ondan ibarətdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu ayrıcadır. Bu faktorun əhəmiyyətini ABŞ və Avropanın böyük dövlətlərinin başçıları daim vurğulayırlar. Bu dəfə də Azərbaycan rəhbəri olduqca aktual, real və əhəmiyyətli məqamlardan bəhs edib. İlham Əliyev çıxışının başlanğıcında məsələnin aktuallığını lakonik formada ifadə edib: "Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq".

Bununla Azərbaycan Prezidenti vurğulayır ki, artıq 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi istismara verilməlidir. Nəzərə alsaq ki, bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir, onda həmin layihənin geosiyasi və energetik əhəmiyyəti daha aydın olar. Həmin mövzuda fikrini tamamlayan Prezident İlham Əliyev deyib: "Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir".

Həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısı konkret faktlarla danışıb. Əlbəttə, qaz layihələri ilə yanaşı, uğurlu neft layihələri də neçə illərdir ki, Avropaya enerji çatdırır. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə Azərbaycanın ilk "enerji qaranquşu"dur. İndi bu proses daha da genişlənir və ona yeni-yeni layihələr əlavə edilir. Həmin aspektdə ölkə rəhbərinin yuxarıda vurğuladığı məqamlar ciddi əhəmiyyət kəsb edir. Dövlət başçısı dəqiq ifadə edir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri düşünülmüş şəkildə ölkəmizlə yanaşı, Avropanın da enerji təhlükəsizliyini nəzərə alır. Cənub Qaz Dəhlizi bu baxımdan son illərin ən səmərəli nümunəsidir. Bu layihənin həyata keçməsi həm Azərbaycan-Aİ əməkdaşlığının real əsasda inkişafı, həm də Avropanın enerji təhlükəsizliyinin təmini üçün vacibdir.

Növbəti mərhələ: daha dinamik və əhatəli enerji layihələrinə doğru

Lakin Azərbaycan həmin istiqamətdə əldə edilənlərlə kifayətlənmir. Dövlət başçısı Münxendə bəyan edib ki, "bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik".

Deməli, biz yaxın gələcəkdə Azərbaycanın yeni-yeni təşəbbüslərinin şahidi ola bilərik. Həmin təşəbbüslər Avropanın daha çox ölkəsinin Bakının təklif etdiyi format üzrə enerji əməkdaşlığında iştirakına imkan yaradacaq. Faktiki olaraq, Azərbaycan beynəlxalq miqyasda səmərəli əməkdaşlıq sahəsində aktiv oyunçulardan birinə çevrilir. Burada dövlət başçısının vurğuladığı bir məqamın geosiyasi vacibliyini ayrıca vurğulamaq lazımdır.

İlham Əliyev bütün bu kimi addımların Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi ilə bağlı olduğunu ifadə edib. Yəni məsələ Azərbaycan dövlətçiliyinin inkişafı aspektləri ilə əlaqəlidir. Konkret olaraq, Azərbaycan Prezidenti ifadə edib ki, Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır, dərin düşünülüb və hər bir mərhələdə hansı addımların atılacağı öncədən müəyyənləşir. Və bütün bu proses Azərbaycan dövlətinin inkişafına, milli maraqların müasir mərhələnin tələblərinə uyğun təmin edilməsinə xidmət edir. Belə çıxır ki, Azərbaycan Prezidenti real layihələrlə ölkənin enerji təhlükəsizliyini Avropanın enerji təhlükəsizliyi ilə sıx bağlamaqla son dərəcə böyük əhəmiyyəti olan strateji addım atır. Və bu kontekstdə dövlət başçısının fikirlərini inkişaf etdirərək daha bir neçə məqamı önə çəkməsi əlamətdar haldır.

Həmin bağlılıqda Prezidentin aşağıdakı fikirləri çox maraqlı və aktualdır. İlham Əliyev ifadə edib: "Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur". Deməli, Azərbaycan hakimiyyəti tam mənası ilə XXI əsrin tələbləri səviyyəsində fəaliyyət göstərir. Ölkə rəhbəri enerji üzrə yeni mənbə ilə yeni marşrutun sıx qarşılıqlı əlaqəsinin geosiyasi anlamını dəqiq və yığcam ifadə edib. Bu səbəbdəndir ki, İlham Əliyev Azərbaycanın təşəbbüsçüsü olduğu layihənin üstün olduğunu və ona görə Avropa İttifaqının ona güclü dəstək verdiyini açıq vurğulayıb.

Geosiyasi aspektdə başqa maraqlı məqam Azərbaycanın çox sabit neft təchizatçısı olması ilə əlaqəlidir. Məlumdur ki, iri sərmayələr yalnız riskin az olduğu mühitə qoyulur. Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri isə heç bir fasilə, fors-major və ya problem meydana çıxmayıb. "Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi". Məhz bu kimi faktlara görədir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir və onunla əməkdaşlığa can atan böyük dövlətlər çoxdur!

Bunlarla yanaşı, dövlət başçısı Azərbaycanın yerində saymadığını və daha etibarlı, risksiz əməkdaşlıq mühiti yaratmağa davam etdiyini ifadə edib. Məsələ ondan ibarətdir ki, bu faktor Avropa üçün ciddi məna kəsb edir. Belə ki, "Avropa ölkələri üçün Azərbaycan nefti onların istehlakının təxminən 40 faizini təşkil edir". Bu baxımdan Azərbaycan neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcək. Deməli, Avropanın enerji ilə təminatının dinamikası ilə yanaşı, enerjidaşıyıcılarının təhlükəsiz çatdırılması üçün də əlavə addımlar atılacaq. Bu isə artıq Azərbaycanın geniş bir məkanda təhlükəsizlik sisteminin formalaşması prosesinin aktiv iştirakçısı halına gəlməsi deməkdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...