THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın xarici siyasəti yeni mərhələdə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4814
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 yanvar 2020 – Newtimes.az

İndi ekspertlər müxtəlif fəaliyyət sahələrində ölkələrin əldə etdiyi nəticələri geniş təhlil edirlər. Onların sırasında xarici siyasət xüsusi yer tutur. Çünki hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər özünü göstərir. Mahiyyət etibarilə, yeni şərtlər daxilində istənilən müstəqil dövlətin suverenliyi çox böyük əhəmiyyət kəsb edir. Bu prizmadan Azərbaycanın xarici siyasət kursunun 2019-cu ildə ümumi dinamikası və əldə olunan konkret nəticələr maraq doğurur. Faktların təhlili göstərir ki, rəsmi Bakı bu istiqamətdə kifayət qədər ciddi nailiyyətlər əldə edib. Xarici siyasət kursu səmərəliliyini daha da artırıb. Faktiki olaraq, Azərbaycan bu istiqamətdə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin titanik səyləri sayəsində xarici siyasətin dayanıqlığı, məqsədyönlülüyü və sistemliliyi növbəti mərhələyə qədəm qoyub. Bunun konkret əlamətləri mövcuddur. Həmin bağlılıqda Azərbaycanın xarici siyasətinin bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.

Məzmun və forma: xarici siyasətdə yeni vəhdət

Ekspertlər Azərbaycanın xarici siyasətinin ötənilki ümumi mənzərəsini analiz edirlər. Cənubi Qafqazın lider dövlətinin 2019-cu ildə daha fəal olduğu istiqamətlər və əldə etdiyi nəticələr bütövlükdə regionun geosiyasi mənzərəsində ciddi yer tutur. Azərbaycan diplomatiyasının fəaliyyətinin müxtəlif aspektləri də maraq doğurur. Çünki sürətlə dəyişən geosiyasi şəraitdə diplomatik çeviklik və səmərəli metodologiya olmadan davamlı uğur əldə etmək imkansızdır. Azərbaycan isə 2019-cu ildə xarici siyasətdə böyük uğurlar qazanıb və bunun regionun geosiyasi və təhlükəsizlik mənzərəsinə əhəmiyyətli təsiri olub. Bu səbəbdən ölkənin xarici siyasət kursunun müxtəlif aspektlərdən təhlili aktuallıq kəsb etməkdədir.

Təbii ki, hər şeydən öncə, milli diplomatiya Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlərə imza atıb. Bu, prinsipial məqamdır. Dövlət başçısının həyata keçirdiyi siyasət dünya tərəfindən çox müsbət qarşılanır. Xarici siyasət sahəsində göstərilən fəaliyyətin arxitektoru da ölkə rəhbəridir. Təsadüfi deyil ki, mütəxəssislər bu istiqamətdə qazanılan uğurları birbaşa Prezident İlham Əliyevin adı ilə bağlayırlar.

Bu kontekstdə maraq doğuran məqamlardan biri 2019-cu ildə Azərbaycan rəhbərinin əməkdaşlıq formatları istiqamətində təşəbbüslərini davam etdirməsi olub.

Azərbaycan ikitərəfli əməkdaşlıq formatına 2019-cu ildə də ciddi əhəmiyyət verib. Müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi suverenliyin təmini baxımından prinsipial əhəmiyyət kəsb edir. Bu proses, əlbəttə, daim diqqət mərkəzində olmalıdır. Bununla yanaşı, ölkə rəhbəri çoxtərəfli platformalarda Azərbaycanın fəal şəkildə iştirak etməsi aspektində də böyük irəliləyişə nail olub. Məsələnin bu tərəfinin özündə bir neçə özəllik ehtiva olunub. Burada, məsələn, xarici ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi ayrıca yer tutur. Eyni zamanda, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması əhəmiyyət kəsb edir. Bu kontekstdə yüksək səviyyəli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi və mühüm beynəlxalq təşəbbüslərdə ölkəmizin iştirakı vacib məqamı təşkil edir. Rəsmi Bakının bu istiqamətlərdəki töhfələri dünya tərəfindən etiraf olunur.

Bunlar 2019-cu ildə Azərbaycanın xarici siyasət kursunda özünü göstərmiş mühüm bir məqamı müəyyən etməyə imkan verir: konkret desək, Azərbaycan diplomatiyası ikitərəfli əməkdaşlıq formatları ilə çoxtərəfli platforma fəaliyyətini üzvi surətdə əlaqələndirə bilib. Bu isə, faktiki surətdə, xarici siyasətdə yeni keyfiyyət üstünlüyünün əldə edilməsi deməkdir. Onun izahı müasir mərhələnin özəllikləri ilə əlaqəlidir. Məsələ onunla bağlıdır ki, indiki mərhələdə müstəqil dövlət suverenliyini təmin etmək üçün ayrı-ayrı dövlətlərlə əlaqələrini dövlətlər qrupu və müxtəlif təşkilatlardakı fəaliyyətləri ilə əlaqələndirməyi bacarmalıdır. Buna bir sıra hallarda "şəbəkə diplomatiyası" da deyirlər. "Şəbəkə diplomatiyası" ölkənin yalnız müxtəlif təşkilatlar və ölkələrlə paralel şəkildə əlaqələrinin qurulmasını ifadə etmir. Daha geniş anlamda bu, ümumən xarici siyasətin konkret ölkə, ölkələr qrupu, regional və qlobal təşkilatlar çoxluğu ilə koordinasiyalı, sistemli fəaliyyətini təmin etməyi nəzərdə tutur. Bunun təsdiqi isə əldə edilən konkret nəticələrin olması ilə bağlıdır.

Bu baxımdan Azərbaycanın 2019-cu ildə xarici siyasət sahəsində əldə etdiyi nəticələr maraqlı və diqqətçəkən bir mənzərə yaradır. Öncə vurğulayaq ki, ölkəmiz ötən il iki nüfuzlu beynəlxalq təşkilatın zirvə görüşünə evsahibliyi edib. Onlardan biri Türk Şurası, digəri isə Qoşulmama Hərəkatıdır. Hər iki tədbirdə Azərbaycan üçün əhəmiyyəti olan qərarlar qəbul olunub. O cümlədən bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəkləyib və təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən hərbi qüvvələrini çıxarmasını tələb ediblər. Onu deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur və onların siyasi mövqeləri bir sıra hallarda bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan məsələsində isə bütün üzv ölkələr həmrəylik nümayiş etdiriblər. Bu nümunə konkret olaraq milli diplomatiyanın uğurudur.

Regional və qlobal miqyas: daha sıx bağlılığa doğru

2020-ci ildə Azərbaycan hər iki təşkilatda sədrlik edəcək. Deməli, rəsmi Bakının 2019-cu ildə əldə olunanları inkişaf etdirmək üçün geniş imkanları vardır. Lakin Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti məsələsi bu iki qurumla məhdudlaşmır. 2020-ci ildə ölkəmiz GUAM və TRACECA-ya sədrliyi həyata keçirəcəkdir. Bütün bunlara əlavə olaraq, mütləq 2019-cu ildə Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirdiyini vurğulamaq lazımdır. Konkret desək, ölkəmiz ötən il dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə (G-77) üzv olub. Həm də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu alıb. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın müşahidəçi statusuna bu il baxılmalıdır.

Bütün bunlara Azərbaycanın BMT, AŞ və AŞPA-dakı fəaliyyətini əlavə etmək gərəkdir. Yekun olaraq zəngin bir mənzərə alınır. Belə görünür ki, Azərbaycan çoxşaxəli xarici siyasəti ilə hazırda dünya siyasətində ciddi rol oynayan bütün qurumlarla koordinasiyalı fəaliyyətə nail olub. Bu proses hər il daha da inkişaf edir və 2019-cu ildə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin başlıca xüsusiyyəti Azərbaycanın bütün regional və beynəlxalq təşkilatlarda fəaliyyətini daha sıx bağlılıq halına gətirə bilməsindən ibarətdir.

Onu reallaşdırmaq üçün rəsmi Bakı iqtisadiyyat, energetika, nəqliyyat-logistika, mədəni, humanitar, təhlükəsizlik və digər sferalarda real nəticəsi olan proqramlarda iştirak edib və bir çoxunun təşəbbüskarı olub. Məsələn, Bakı "Bir kəmər, bir yol" layihəsinin əsas iştirakçılarından biridir. Eyni zamanda, 2019-cu ildə açılışı olan TANAP-ın təşəbbüskarı və bütövlükdə Cənub Qaz Dəhlizinin əsas iştirakçılarından biridir. Azərbaycan nəqliyyat sferasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttini reallaşdırmaqla özünün müxtəlif beynəlxalq proyektlərdə aktiv iştirakına nail olub.

Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında fəal iştirakını davam etdirir. Hər iki istiqamətdə 2019-cu ildə konkret addımlar atılıb. Artıq "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bu istiqamətlərdə konkret nəticələr vardır. Şübhəsiz ki, Azərbaycan bu prosesi daha da inkişaf etdirəcək.

Bunlar təsdiq edir ki, yuxarıda xarici siyasətdə müşahidə edilən dəyişiklikdən bəhs edərkən, biz konkret və ciddi faktlara əsaslanırıq. Azərbaycan diplomatiyasının real fəaliyyət sahəsində uğur qazanması üçün vurğulanan layihələrin həyata keçməsi zəruri şərtdir. Cənubi Qafqazın digər iki ölkəsi məhz buna nail olmadıqlarından, Azərbaycan səviyyəsində regional və qlobal geosiyasətdə oyunçu ola bilməyiblər. Bu məqamın xarici siyasət kursunun səmərəliliyi kontekstində prinsipial əhəmiyyəti olduğunu düşünürük.

Beləliklə, 2019-cu ildə Azərbaycan milli maraqlara söykənən xarici siyasət kursunu inamla davam etdirib. Prezident İlham Əliyev bu prinsipi lakonik şəkildə belə ifadə edib: "Biz xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik".

Daha əhəmiyyətlisi odur ki, ölkə rəhbərliyi ötən il xarici siyasət kursunu inkişaf etdirərək, sürətlə dəyişən mürəkkəb bir geosiyasi dinamikada onun səmərəliliyini və çevikliyini yüksəldə bilib. Bunun sayəsində Azərbaycan regionda və dünyada cərəyan edən ziddiyyətli geosiyasi, iqtisadi, energetik, humanitar proseslərdən zərər görməyib. Hətta inkişaf etmiş ölkələrin fonunda belə Azərbaycanın inkişafı təsirlidir.

Bununla Azərbaycan Cənubi Qafqazda xarici siyasət sahəsində digər ölkələrə nisbətən, faktiki olaraq, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu, ölkənin qlobal geosiyasətdə rolunu daha da artırıb. Həmin aspektdə 2020-ci ilin mühüm bir mərhələ olduğu qənaətinə gəlmək olar. Şübhə yoxdur ki, bu il də rəsmi Bakı xarici siyasətdə uğurlarını davam etdirəcək və dövrün tələbləri səviyyəsində fəaliyyətini dərinləşdirəcək. Azərbaycan hər il xarici siyasət istiqamətində önəmli addımlar atır. Bu prosesin davamlı olmasının isə əhəmiyyəti danılmazdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...