THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İsrail dövlətinin Cənubi Qafqaza marağında Azərbaycan və Ermənistanın yeri və rolu

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
980
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 fevral 2019 – Newtimes.az

İsrail dövləti 1948-ci il mayın 14-də BMT Baş Assambleyasının 1947-ci il noyabrın 19-da qəbul etdiyi 181 sayılı qətnamə əsasında dövlət elan edilmişdir. Beləliklə, Yaxın Şərqdə İsrail dövləti geosiyasi baxımdan ərəb dövlətləri içərisində yerləşən Qərb anklavı kimi meydana gəldi. İsrail dövlətinin xarici siyasətdə əsas məqsədi Yaxın Şərqdə öz varlığını qorumaq və özünü beynəlxalq səviyyədə qəbul etdirmək idi. Ərəb dövlətləri, xüsusilə də Fələstin ilə yaşadığı ərazi problemləri İsrail dövlətinin siyasi arenadakı nüfuzunu xeyli dərəcədə zədələyirdi. Bu səbəbdən də həm siyasi arenadakı zədələnən nüfuzunu bərpa etmək, həm də öz mövqeyini möhkəmləndirmək üçün digər müsəlman dövlətləri ilə əlaqələr yaratmaq İsrail dövləti üçün artıq zərurət halına çevrilmişdi. İsrail 1979-cu ildə Misirlə münasibətlərini tənzimləməklə, müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələr qurmaq prosesinə başladı.

Cənubi Qafqaza iqtisadi marağı olan İsrail dövlətiSSRİ-nin süqutundan sonra yaranan fürsətdən istifadə edərək postsovet ölkələrindən olan Azərbaycanın25 dekabr 1991-ci ildə müstəqilliyin tanıdı və 6 aprel 1992-ci ildə isə qarşılıqlı diplomatik  əlaqələr qurdu. Belə ki, Cənubi Qafqazda yerləşən iqtisadi və siyasi baxımdan əlverişli olan Azərbaycan Türkiyə və Misir dövlətlərindən sonra İsrail üçün önəmli olan üçüncü müsəlman dövlətidir. Azərbaycan İsrail dövlətinin son 10 il ərzində ən böyük beşinci ticarət tərəfdaşına çevrilmişdir. Azərbaycan öz silah təminatının böyük bir hissəsini İsrail dövlətindən təmin edir.İki ölkə arasında təkcə təhlükəsizlik sahəsində deyil, həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexno­logiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində əlaqələr genişlənib və inkişaf edib. Bununla yanaşı İsrailin "TheJerusalem Post” saytında Arey Qutun yayımlanan məqaləsində qeyd olunur ki, "Hazırda İsraildə istehlak edilən neftin 65%-i Azərbaycandan daxil olur”(5). Yalnız iqtisadi və siyasi sahədə deyil, eyni zamanda dostluq və əməkdaşlıq sahəsində də əlaqələr inkişaf etmişdir ki, Azərbaycan Prezidenti­nin sərəncamı ilə İsrail vətəndaşlarına viza ölkəmizin hava limanlarında verilir (2). Azərbaycan çox az ölkələrə belə şərait yaradıb ki, İsrail də həmin ölkələrdən biridir. Azərbaycan-İsrail münasibətlərinin müsbətləşməsi şəraitində regionda yerləşən digər dövlətlərlə qütbləşmələr yaranır. Bu qütbləşmələri aşağıdakı formada qruplaşdırmaq olar:

1) Azərbaycan-İsrail-İƏT üzvləri.

2) Azərbaycan-İsrail-İran;

3) Azərbaycan-İsrail-Ermənistan;

İqtisadi, siyasi, ticarət və dostluq sahəsində qarşılıqlı güzəştlərə və əlaqələrə baxmayaraq, İsrailin Azərbaycanda 1993-cü ildən səfirliyi olsada, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Bunun bir sıra səbəbləri vardır. İsraildə Azərbaycanın səfirliyi açılacağı təqdirdə, bu Azərbaycanı müsəlman dövlətlərinin (İƏT) dəstəyini itirmə ehtimalı ilə üz-üzə qoyur. Lakin Azərbaycan Respublikası hal-hazırda da hər iki tərəflə də dostluq əlaqələri içərisində münasibətlərini davam etdirməyi bacarır və tolarant mövqeyini qoruyub saxlaya bilir.

Digər tərəfdən bu yaxınlaşma İsrail ilə müsbət münasibətlər içərisində olmayan İranın Azərbaycanla münasibətlərini poza bilər. Belə ki, Azərbaycan mətbuatında İranın Ermənistanla münasibətlərinə dair qınaqlara rast gəlirik, eynilə də Tehranda Bakının İsrail dövləti ilə əməkdaşlığının qıcıq doğurduğunu da qeyd etmək olar. Lakin Ermənistanınİranla münasibətləri, Azərbaycan-İsrail münasibətləri qədər  tam müstəqil deyil. Ermənistanın müstəqil xarici siyasətə söykənmədiyinin ən bariz nümunəsi Rusiyanın "Qazprom” şirkətinin iştirakı və nəzarəti ilə İran-Ermənistan arasında enerji sahəsində əməkdaşlıqdır ki, Ermənistan bu layihədən Rusiyanın istəyi ilə  RobertKöçəryanın prezidentliyi dövründə əl çəkmiş, tikiləcək bo­runun diametrini 1400 mm-dən 700 mm-ə endirərək, onun Ermənistan üçün iqtisadi səmərəliliyindən imtina etmişdir(1). Bu da Ermənistanın beynəxalq münasibətlərdə müstəqil olmadığınınsübutlarından biridir. Yəni Azərbyacanın İsrail kimi güclü dövlətlə əməkdaşlığı Qafqazda Rusiyanın gözü rolunu oynayan Ermənistanla yaxınlıq edən İranın maraq dairəsinə uyğun deyil.

Regionda Azərbaycanın İsrail dövləti ilə yaxınlaşması digər dövlətlərin maraq dairəsinə uyğun gəlmədiyi kimi Ermənistanda bu münasibətlərə mənfi mövqeydən yanaşır. Azərbaycanın İsrail ilə silah alış-verişində olması Ermənistanın narazılığına səbəb olur ki, Ermənistanınasbarez.com saytında "İsrail Azərbaycana silah satışını dayandırmalıdır” adlı məqaləyayımlamışdı.Məqalədə qeyd olunur ki, "İsrail hökümətinin Azərbaycana dəstəyi qəbul edilməz və utanc vericidir... İsrail hökümətininpolitikası İsrail vətəndaşlarının istəklərinə tərsdir. Görünür ki, İsrail höküməti öz dəyərlərini pul üçün satır. Biz İsrail hökumətinin Azərbaycana silah satışını dayandırmasını tələb etməyə davam edəcəyik” (4). Ermənistanın bu iddialarına qarşı İsrailin "The Jerusalem Post” qəzetində Arye Qutun cavab yazısı yayımladı: "Nə üçün Ermənistan İsrail dövləti ilə indi münasibətlər qurmağı qərara alıb? Nə səbəbə 25 ildən çox müddətdir ki, Ermənistan İranla dostluq münasibətləri qurduğu halda İsrail dövləti ilə əlaqələri heç də yaxşı olmayıb... Hamı yaxşı bilir ki, Ermənistan ən monoetnik ölkədir. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi irsi kəskin şəkildə azalıb” (5).

Ümumilikdə Ermənistan İsrail dövləti ilə müsbət əlaqələr quraraq "erməni soyqırımı”nın İsrail tərəfindən qəbul edilməsini tələb edir.Ermənistan hökuməti və diasporası bu hadisələrə bir ad verir: "erməni soyqırımı”. Qüdsdəki erməni patriarxlığının arxiyepiskopu ArisŞirvanyanbildirir ki, "İsrail əslində erməni soyqırımını dəstəkləyən və tanıyan ilk ölkələrdən biri olmalıdır. "Erməni soyqırımı” yəhudi soyqırımının sələfi kimidir" (6). Lakin bir əsr əvvəl baş verdiyi iddia edilən bu hadisəni  bir çox ölkələr, o cümlədən İsrail dövləti və ABŞ "soyqırım" kimi tanımırlar. Təbii ki, bu soyqırımının İsrail tərəfindən qəbul edilməsi Ermənistan üçün böyük bir uğur olardı. Belə ki, Holokostaməruz qalan bir xalq tərəfindən Ermənistanın razılıq almasıbeynəlxalq arenada uydurmaerməni soyqırımının tanıdılması üçün böyük bir şans ola bilərdi.Lakin bu məsələ İsrail Knessetində müzakirəyə qoyulmuş və qəbul edilməmişdir. İsrail dövlətinin bu mövzuda diqqətli mövqeyi nəzərə alsaq görərik ki, bu qondarma soyqırımı İsrail tərəfdən qəbul edilməyəcək. İsrail dövlətinin bu soyqırımı qəbul etməməsinin bir sıra səbəbləri var:

1) İsrail tərəfindən qondarma erməni soyqırımının qəbul edilməsi yəhudi soyqırımının öncəliyinin əldən verilməsi demək idi. Çünki İsrail müasir dövürdə də dünyadakı ən böyük soyqırımın onlara qarşı olduğunu qeyd edir. Bu səbəbdən də İsrail "Holokostun” birinciliyini əldən vermək istəmir.

2) Bu soyqırımının qəbul edilməsi Fələstin və Suriyada baş verən hadisələrə görə onsuz da Türkiyə ilə gərgin olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilərdi. Bununla yanaşı soyqırımı iddiasının qəbul edilməsi Türkiyənin beynəlxalq arenada mövqeyinin zədələnməsinə səbəb ola bilər. Bu da Misirdən sonra İsrailə ən yaxın olan islam ölkələrindən birinin itirilməsi deməkdir.

3) Soyqırımının qəbul edilməsi bir tərəfdən də Azərbayacanla münasibətlərə mənfi təsir edə bilər. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Belə ki, İsrail öz  maraqlarını aydın şəkildə bilir və buna uyğun strateji addımlar atır. İranın sərhədində neftlə zəngin olan və inkişaf etmiş iqtisadiyyata malik Azərbaycan,  kiçik ölçüdə bir ərazidə yerləşən və dənizə çıxışı olmayan Ermənistana nisbətən daha faydalı bir dostdur. Yəni, İsrailin kasıb bir ölkə olan və getdikcə daha çox yoxsullaşan Ermənistanla ticarət üçün oxşar bir potensialı yoxdur. Geosiyasətlə yanaşı, İsrail həm də erməni əhalisini və rəhbərliyini əhatə edən anti-semitik baxışları nəzərə alaraq Ermənistana qarşılıqlı münasibətlər üçün etibar edə bilməz. Lakin Azərbaycan bu baxımdan da ən ideal tərəfdaşdır. Yəni iqtisadi baxımdan əlverişli mövqeyə malik olmayan Ermənistana görə Azərbaycanın itirilməsi İsrail tərəfdən məntiqlə qarşılanmır.  Hətta 2016-cı ilin 13 dekabrında  Azərbaycana səfər edən İsrail Dövlətinin Baş naziri BenyaminNetanyahu öz çıxışında bildirdi ki,  "İsraildə Azərbaycandan olan 70 min yəhudi, "insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var” (3).

İsrailin Ermənistanla əməkdaşlıq etməməsi yalnız geosiyasi problemlərlə bağlı deyil. Bu gün İsrail ilə dostluq münasibətləri qurmağa cəht edən Ermənistanda anti-semitik önyarğının mövcudluğu artıq bir əfsanə deyil, reallıqdır. Belə ki, Ermənistanda millətçilik və antisemitizm dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.Ermənilərin "168 Saat” qəzetində dərc olunan Emil Danielyanınantisemitzmlə bağlı məqaləsində yazılır ki, "Erməni antisemitizmin kökləri 1960-cı və 1970-ci illərə gedib çıxır” (7).

Erməni diasporalarının yəhudi soyqırımını beynəlxalq səviyyədə tanımağına baxmayaraq, onların yəhudilərə qarşı qəddar anti-semitizmi və dərin bir nifrəti var ki, bu ikiyüzlülük həmişə erməni cəmiyyətinin içindədir və özünü dəfələrə göstərib. Əlbəttə, burada yaşayan yəhudilər kağız üzərində azaddırlar, amma biz ölkənin etnik tərkibinə nəzər yetirdikdə yəhudilərin Ermənistanı tərk etdiyini müşahidə edə bilərik.  Bunun bir çox səbəbləri vardır. İsrailin beynəlxalq məsələlər üzrə mütəxəssisi AryeGutAmerikda nəşr olunan "TheAlgemeiner" yəhudi qəzetində "Ermənistanda antisemitizm: açıq-aşkar və təhlükəli" adlı məqaləsində yazır: "Erməni cəmiyyətində anti-Semitik hərəkətlərin artması və iqtisadi vəziyyətin çökməsi yəhudiləri ölkəni tərk etməyə vadar etdi” (8). Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir nəçə yüz nəfərə enmişdir. Dünya Yəhudi Konqresinin məlumatına görə, Ermənistan təxminən 500-ə yaxın yəhudiyə ev sahibliyi etməkdədir. Ermənistanda qalan yəhudilərin əksəriyyəti paytaxt Yerevanda məskunlaşmışdır. Bununla bərabər Vanadzorda da yaşayan kiçikyəhudi qruplarıvar. (12)

Qeyd edə bilərik ki, anti-semitizm faktları dünyanın müxtəlif ölkələrində, eləcə də Ermənistanda mövcuddur. Təbii ki, ölkədə yaşayan bəzi önyarğılı vətəndaşlara görə bütünlükdə ölkəni günahlandırmaq olmaz. Məsələn, Yerevanda 2004-ci il 17 sentyabrda yəhudi yeni ilinin son günü, kimliyi bəlli olmayan erməni vətəndaşları şəhər mərkəzindəki ictimai parkda İrəvandaHolokost qurbanlarının memorial abidəsi üzərinə 666 saylı "şeytan" rəqəmini yazdılar. Çox keçmədi ki, 2005-ci ilin 26 yanvarında antiseministlər tərəfindən həmin abidə üzərində qara boya iləböyük faşist simvolu çəkildi. Yazı dərhal park işçiləri tərəfindən təmizlənsə də bu hadisəni gizlətmək mümkün olmadı (13).Ermənistan baş verən hadisələri ört-basdır etməyə cəhdetmiş olsada, onsuzda mövcud olan anti-semitizm özünü daha əvvəllər başqa formalarda göstərmişdir.

Ermənistanda yəhudilərə qarşı "mədəni zorakılıq” tətbiq olunur,lakin bu yalnız xalq tərəfindən deyil, erməni siyasətçiləri, media nümayəndələri və KİV-lər tərəfindən dəstəklənir. Belə ki, antisemit məzmunda kitablar nəşr edilir, televiziya verlişləri yayımlanır.Arye Qutun fikrincə, "Ermənistan gözdən pərdə asmaq üçün Holokostu qəbul edir, lakin bununla bərabər Ermənistanda faşizm ideologiyası, irqi ayrı seçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir”. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı, antisemitizm də tüğyan edir.

Erməni milliyyətçi qüvvələri ötən bir neçə il ərzində mətbuatda anti-yəhudi şərhlər yaymaqla daha da aktivləşdilər. Yaxın keçmişdə - 11 fevral 2002-ci ildə milliyyətçi partiya lideri ArmenAvetissian İsrailin erməni soyqırımı qəbul etməməsini bəhanə edərək, Ermənistandakı İsrail səfiri Rivka Coheni arzuolunmaz adam elan etdi. Bundan sonra Ermənistanın Yəhudi Şurası Robert Köçəryana anti-semitizm ilə bağlı narahatlığını ifadə edən açıq məktub göndərdi. Buna cavab olaraq isə ArmenAvetissyan "Yerevanq" qəzetində anti-semitik məqaləsini bir növ cavab olaraq dərc etdirdi. Məqalədə qeyd olunurdu: Yəhudi azlığına malik olan hər bir ölkənin sabitliyində böyük təhlükə yaranır”. O, 2003-2004-cü illərdə Ermənistan mediasında ən çox haqqında danışılan insan oldu. Müsahibələrdən birində Ermənistanda 50 min "gizli" yəhudinin var olduğunu və onların təsbit edilib ölkədən çıxarılmalı olduğunu vurğuladı. Hətta bundan sonra  ALM televiziya şəbəkəsinin sahibi TiqranKarapetyanöz çıxışında yəhudiləri lənətlətləyən ifadələr istifadə etdi (8). Bu hadisələr yəhudi xalqına qarşı ölkə daxilindəki anti-semitik yanaşmanın açıq-aşkar göstəricilərindən biri idi.

2002-ci ilin fevral ayında İrəvanda  rus və erməni dilində nəşr olunan "Milli sistem" adlı kitab təqdim olundu. RomenYepiskopyanın müəllifi olduğu bu "elmi əsər”də ermənilərin başına gələn bütün müsibətlərdə yəhudiləri ittiham edilir, türklər "sui-qəsdçi millət”, yəhudilər isə "məhv edən millət” adlandırılırdı. Eyni zamanda kitabda müəllif Holokostun bir mif olduğunu bildirirdi (9). Lakin tezliklə, rus dilində çap olunan "Ermənistan Respublikası" qəzeti bu kitabı qınasa da, bu əslində erməni mətbuatının öz mövqeyini gizlətməsi idi. Bu da sübut etdi ki, erməni hökuməti ölkədə antisemitizmin bərpası ilə bağlı problemlərin qarşısını almaq və ya idarə etmək üçün heç bir tədbir görmür.

Ermənistanda antisemitizmin siyasətçilər tərəfindən dəstəkləndiyini göstərən digər bir fakt isə,  faşist Almaniyasının generalı QareginNjdenin şərəfinə 2016-cı ilin may ayında İrəvanda ucaldılan heykelin açılışında SerjSarkisyanın iştirak etməsidir. Bununla kifayətlənməyənanti-semitik dövlət olan Ermənistan "Njdeizm” ideologiyasını təbliğ edərək onu tədris müəssisələrinin proqramlarına daxil edir və gələcək nəsli bu "dəyərlər”  əsasında böyüdür.AryeQutöz məqaləsində qeyd edir ki, "Minlərlə yəhudinin qətləyetirilməsində şəxsən iştirak etmiş millətçi qoşun başçısı Dro başda olmaqla ermeni legionunun məqsədi alman ordusu üçün "arzuedilməz” yehudilerinve başqa millətlərin məhv edilməsi idi”. Bu yazı sübut edir ki, Ermənistan antisemitizmi dövlət səviyyəsində dəstəkləyir.

2015-ci il 30 dekabr tarixində Ermənistandakı yəhudi icmasının sədri RimaVarjapetyan öz çıxışında "Ermənistanda anti-semitizm yoxdur. Yəhudiliklə əlaqədar heç bir problemimiz yoxdur” desə də, 28 mart 2018-ci ildə "PEW” Araşdırma Mərkəzi tərəfindən dərc edilən məlumata əsasən bu açıqlamanın tamamilə əsassız olduğunu deyə bilərik (11). Həmin araşdırmamərkəzinin gəldiyi nəticəyəəsasən Şərqi Avropanın 18 ölkəsi arasında Ermənistan yəhudilərə qarşı ən az tolerant olan ölkə seçilib. Digər ölkələrə nisbətən burda anti-semitizm 32%-dir ki, bu çox böyük bir  göstəricidir (10).

Bütün bunlarla yanaşı qeyd etmək olar ki, İsrail Ermənistanı özünə siyasi və iqtisadi arenada mütəffiq kimi görmür. Bu özünü İsrailin Müdafiə Naziri olan AviqdorLibermanın 2018-ci il sentyabr ayında Cənubi Qafqaza etdiyi səfər zamanı açıq aydın göstərdi. Nazir Gürcüstan və Azərbaycana səfər etmiş və hər iki dövlətlə hərbi sahədə əməkdaşlıq haqqında danışıqlar aparmışdır. Lakin AviqdorLiberman Cənubi Qafqazın üç ölkəsindən yalnız Ermənistana səfər etməyib ki, bu da İsrailin Ermənistana olan geosiyasi baxışı idi. Gürcüstanın Kəşfiyyat Xidmətinin keçmiş köməkçisi olan Amiran Salukvadze "STMEGI” kanalına verdiyi müsahibədə Aviqdor Libermanın Ermənistana getməməsini müxtəlif səbəblərlə əlaqələndirmişdi. Birincisi, Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında münaqişəli mövzudur. Görünür, LibermanErmənisatana səfər etməklə, Bakıda özünə qarşı narahatlıq yaratmaq istəməyib. İkincisi, "erməni soyqırımı” Kenssetdə təstiq olunmayıb və məsələ ilə bağlı Libermanın öz fikirləri var. Üçüncüsü, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsidir (14).

Beləliklə, İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tələb edir. Bu mürəkkəb geosiyasi vəziyyətdə, Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi üstünlüyü olan ölkə tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Azərbaycan Respublikası üçün çox vacibdir. Bütün bunlar İsrail dövlətinin Cənubi Qafqazda Azərbaycana olan üstün münasibətini və Azərbaycanın bu qarşılıqlı münasibətdə yeri olduğunu göstərir. Ermənistan isə belə imkana və münasibətə layiq deyil.

Aynur Əzimzadə,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi

Ədəbiyyat siyahısı

1) Vüsal Qasimli, Zaur Şiriyev, Zülfiyyə Vəliyeva, İran-Ermənistan münasibətləri: geosiyasi reallıq siyasi iddialar, Bakı-2011

2) Nailə Məmmədova, Xalq qəzeti, Azərbaycan-İsrail əlaqələri zamanın qovşağında;

3) https://president.az/articles/22035 // İlham Əliyev və Baş nazir BenyaminNetanyahu mətbuata bəyanatlarla çıxış ediblər

4) http://asbarez.com/158183/israel-should-stop-selling-weapons-to-azerbaijan/?fbclid=IwAR3JpZrbsZYS-lM2YfNkKnf7lJGyXIM6NHyioryL42h3SCyWtzrQ9tuZZuY// Israel Should Stop Selling Weapons to Azerbaijan

5) https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Armenia-Israeli-relations-myth-or-reality-501244?fbclid=IwAR2KaeBPagF8sCNN8IT8VCGGlgZn3atBbYnNfTkEl4avZLOROg5j2awQ3TE// Armenian-Israeli relations: myth or reality ?

6) https://www.washingtonpost.com/news/worldviews/wp/2015/04/24/why-israel-does-not-recognize-the-armenian-genocide/?noredirect=on&utm_term=.ff9ad12242d6//Why Israel does not recognize the Armenian ‘genocide’

7) http://www.israelnationalnews.com/Articles/Article.aspx/22114//Armenian anti-Semitism rears its ugly head

8) https://www.jpost.com/Blogs/Said-Musayev/Anti-Semitism-in-the-Armenian-press-Driving-forces-of-treacherous-hatred-492089// Anti-Semitism in the Armenian press: "Driving forces of treacherous hatred”

9) http://www.yerevannights.com/NewsOnline/article.aspx?id=45// Anti-semitism in armenia

10) http://www.pewresearch.org/fact-tank/2018/03/28/most-poles-accept-jews-as-fellow-citizens-and-neighbors-but-a-minority-do-not/ft_18-03-26_polandholocaustlaws_map/// In some countries in Central and Eastern Europe, roughly one-in-five adults or more say they would not accept Jews as fellow citizens

11) https://armenpress.am/eng/news/791587/there-is-no-anti-semitism-in-armenia-rima-varzhapetyan-feller.html// There is no Anti-Semitism in Armenia: Rima Varzhapetyan-Feller

12) http://eajc.org/en/about-congress/communites/armenia   //Armenia

13) https://archive.168.am/en/articles/1506//Who continues to destruct the Holocaust monument in Yerevan?

14) https://stmegi.com/posts/62579/gruzinskiy-general-azerbaydzhan-i-izrail-vykhodyat-na-novyy-uroven-voennogo-sotrudnichestva-/// Грузинский генерал: «Азербайджан и Израиль выходят на новый уровень военного сотрудничества»

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...