THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan vətəndaşlığından imtina edən ermənilər

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
182
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 fevral 2018 – Newtimes.az

Ermənistan 1991-ci il 21 sentyabr tarixində müstəqilliyini elan etdikdən bu günə qədər sosial-iqtisadi sahədə qarşılaşdığı ən ciddi və dərin problemlərdən biri də vətəndaşlarının ölkəni tərk etməsi – miqrasiya problemi olmuşdur.

Müstəqilliyin ilk illərində ermənilərin ölkələrini tərk etməsinin əsas səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə yaşanan Dağlıq Qarabağ problemi, iqtisadi və sosial həyatın yaşayış minimumunun altında olması, böyük sənaye müəassisələrinin fəaliyyətini dayandırdığı üçün işsizliyin artması və digər amillər olmuşdur.

Bu gün də ermənilərin ölkələrini tərk etməsi prossesi davam edir. Hökumət bunun qarşısını almaqda acizdir və əslində heç həvəsli də deyil. Müstəqil ekspertlər bu köçün təhlükələri barəsində müxtəlif məruzələr hazırlasalar da, hökumətin gördüyü tədbirlər ciddi nəticələr vermir.

Köç edən Ermənistan vətəndaşlarının bir qismi getdikləri xarici ölkələrdə sosial vəziyyətlərini qaydaya saldıqdan sonra o ölkənin vətəndaşlığını qəbul edirlər. Ermənilər əsasən başda Rusiya Federasiyası olmaq üzrə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərə (Ukrayna, Belarus və s.) köçürlər. Adətən xarici dil bilən və maddi vəziyyəti nisbətən yaxşı olan az sayda erməni isə Avropa və ABŞ-a köçməyə üstünlük verirlər. Ermənilərin Rusiya və adı keçən ölkələrə köç etmələrinin əsas səbəbi isə məişət səviyyəsində olsa da, rus dilini bilmələri və daha öncə oraya yerləşən həmvətənlərinin dəstəyi ilə daha tez iş tapma imkanları ilə izah oluna bilər.

Ermənistan Polisinin Pasport-viza departamentinin Mətbuat xidmətinin verdiyi məlumata görə Ermənistan vətəndaşlığından imtina edən ermənilərin sayı artır. Pasport-viza departamentinin verdiyi rəqəmlərə görə 2017-ci ildə 3823 erməni vətəndaşlıqdan imtina etmək üçün müraciət edib.[i]

Beləliklə, 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 erməni vətəndaşlıqdan imtina etmək üçün aidiyyəti orqanlara müraciət etmişdir. Ümumilikdə isə 2012-2017-ci illərdə 15 min erməni bu haqqından istifadə etmişdir. Ermənistan Polisi vətəndaşlıqdan imtina edənlərin yaş, cinsiyyət, sosial vəziyyəti, təhsili barədə göstəriciləri qeyd etmədiyini bildirsə də, əlbəttə ki, ölkəni azyaşlı uşaq və yaşlı insanların deyil, əsasən əmək qabiliyyəti olanların tərk etdiyi məlumdur.

Hakim Ermənistan Respublika Partiyasının üzvü, Ermənistan Polisinin sabiq rəisi Alik Sərkisyan hesab edir ki, bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca böyük bir rəqəmdir. Hökumətin bu problemi həll etməsinin zəruriliyini bildirən Sərkisyan vətəndaşlıqdan imtina edeənlərin bir qisminin Ermənistan ordusunda xidmət etməmək üçün bu yola əl atıqlarını qeyd etmişdir. Onu da vurğulayaq ki, son illərdə Ermənistan ordusu əsgər və zabit ehtiyacını qarşılamaqda ciddi problemlər yaşayır.

Ermənistanda müdafiə naziri Viqen Sarkisyanın ideya müəllifliyi və müdafiə nazirliyinin təşəbbüsü ilə 20 aprel 2017-ci ildə "millət-ordu'' forumu keçirilmişdi.[ii]  Viqen Sarkisyan bu forumda "Şərəf duyaram'' və "Bu mənəm'' adlı yeni iki ideya ilə çıxış etmişdi.[iii]

"Şərəf duyaram'' adlı ideyaya görə universitet tələbələri 2-ci kursdan 4-cü kursa qədər həftənin hər şənbə günü Vazqen Sarqsyan adına hərbi institutda hərbi hazırlıq dərsində iştirak etməlidir. Təhsillərini tamamladıqdan sonra onlara bakalavr diplomu ilə birlikdə leytenanat hərbi rütbəsi verilir. Bu tələbələr müqavilə ilə Ermənistan ordusunda 3 il xidmət etməlidir.[iv]

"Bu mənəm'' adlı ikinci layihə isə Ermənistan ordusunun əsgər heyətinin sayının sabit saxlanılmasını və ön cəbhədə xidməti nəzərdə tutur. Bu layihədə hərbi çağırışçılar iştirak edə bilər.

Köçün əsas səbəblərindən birinin də işsizlik olduğunu qeyd edən Sərkisyan, köç edən ermənilərin xarici dövlətlərdə daha yüksək qazanc əldə etmə fürsətinin dəyərləndirmək istəmələri olduğunu ifadə etmişdir.

Son 27 illik müstəqillik tarixində Ermənistanda heç bir hökumət ölkənin qarşılaşdığı sosial-iqtisadi problemləri həll edə bilməmiş, əksinə yeni gələn hər hökumət bu vəziyyəti daha da çətinləşdirmişdir.

Ermənistanın Avropada ən çox silahlanan birinci dövlət olması diqqətə alınarsa,[v] dövlət büdcəsinin böyük bir hissəsinin geri dönüşü olmayan hərbi sahəyə xərclənməsinin acı nəticələrinin ölkə iqtisadiyyatı üzərində təsirsiz ötüşmədiyini anlamaq mümkündür.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Гаяне Сарибекян, За пять лет правления РПА от армянского гражданства отказалось более 15 тысяч человек https://news.am/rus/news/430288.html, 09.01.2018.

[ii] В Армении представлен проект срочно-контрактной службы в ВС, https://regnum.ru/news/society/-2265985.html, 20 апреля 2017.

[iii] Акоп Бадалян, Армейская революция Вигена Саркисяна http://www.lragir.am/index/rus/0/­comments/view/55159 20 Апреля 2017.

[iv] Hatəm Cabbarlı, Ermənistanın peşəkar, yoxsa kirayəlik ordusu?, http://newtimes.az/az/politics/5110/, 28.04.2017

[v] Доклад: Армения – самая милитаризованная страна в Европе, http://www.armenianreport.com/-pubs/127008/, 2016-03-26.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...