THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənilərin gürcü soyadlarını qəbul etməsi: məqsəd nədir?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
293
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2017 – Newtimes.az

Hələ Sovet dövründə – 1956-1986-cı illərdə Gürcüstan SSR-də ermənilər kütləvi şəkildə həm şəhərlərdə, həm də kənd-kənd gürcü soyadına keçib. Bəzi müşahidəçilərin fikrincə, bu, "Böyük Ermənistan" ideyasının tərkib hissəsidir.

Müstəqil Gürcüstanda 2004-cü ildə qəbul olunmuş qanuna əsasən, hər bir vətəndaş öz soyadını dəyişdirə bilər. Soyadlarının dəyişilməsinə baxmayaraq, ermənilər Gürcüstan hakimiyyətinin strukturlarına məqsədyönlü şəkildə "daxil olaraq" öz ermənilik vəzifəsini – separatçılıq, ərazi iddialarını davam etdirirlər. Gürcüstan alimi, tədqiqatçı, tarix elmləri doktoru, "erməni məsələsi"nin araşdırmaçısı Aleksandr Abdaladze bildirir ki, ermənilərin "Böyük Ermənistan" ideyasına bütün Qafqazın erməniləşdirilməsi planı da daxildir. Onların planında Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Gürcüstanın Abxaziya, Acarıstan və Cavaxetiya ərazilərinin zəbt edilməsi də əsas yer tutur. Abxaziyaya "Ermənistanın Qara dəniz sahili" kimi baxan ermənilər abxaz separatçılarına kömək edərək, "Baqramyan batalyonu" yaradaraq gürcüləri kütləvi şəkildə məhv ediblər.

Gürcü soyadlı ermənilər dövlət strukturlarına daxil olaraq Gürcüstanda xaos, milli qarşıdurma yaratmağa çalışırlar. Onlar:

– Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında məzhəb qarşıdurması yaratmağa çalışır, sünni-şiə təriqətçiliyini qızışdırırlar;

– Azərbaycanlılarla gürcülər arasında etimadsızlıq mühiti yaradır, qarşılıqlı nifrət toxumu səpirlər;

Erməni əsilli "gürcü tədqiqatçıları" erməni-gürcü əlaqələrini araşdırarkən məsələni "Böyük Ermənistan" ideyası mövqeyindən şərh edirlər. Gürcü alimi A.Abdaladze birmənalı olaraq yazır: "Mən erməni kilsəsi tərəfindən maliyyələşdirilən, Gürcüstan əleyhinə fəaliyyət göstərən bəzi "gürcü araşdırmaçı erməniləri" tanıyıram".

Кавказ плюс.com saytında verilmiş "Gürcüstan hakimiyyətində ermənilər nə qədərdir?" adlı yazıda göstərilir ki, ermənilərin Gürcüstan dövlətindən əsas iddiaları odur ki, burada bir neçə yüz min (rəsmi statistikaya görə 380 min) etnik erməninin yaşamasına baxmayaraq, dövlət idarələrində onların sayı guya 0,5% təşkil edir. Gürcüstan hakimiyyəti tərəfindən guya dövlət idarələri sistemində onlara öz "imkanlarını" reallaşdırmağa şərait yaradılmır. Əslində, bu açıq-aşkar yalandır. Məsələ burasındadır ki, Axalsıx və Ninotsminda bələdiyyəsində bütün dövlət məmurlarının 90%-i ermənilərdir. Həm də onu da qeyd etmək lazımdır ki, Gürcüstanın digər bölgələrində, xüsusilə, Tbilisidə erməni soyadlı məmurlarla yanaşı, gürcü soyadlarında olan ermənilərin sayı dövlət strukturlarında çoxdur. Hətta bu və ya digər məmur gürcü soyadı daşısa da, bu o demək deyil ki, o etnik gürcüdür. Erməni soyadlarının gürcü soyadlarına dəyişdirilməsi planı Gürcüstanda on illərlə davam edir. Kvemo Kartli (Borçalı), Şida Kartli və Kaxetiyada ermənilər gürcü soyadlarını qəbul ediblər.

Gürcü soyadına karyera əldə etmək istəyən ermənilər də çox keçir. Ona görə də Gürcüstanda dövlət idarəçiliyi sahəsində pasportda "gürcü" olan ermənilərin sayı hədsiz dərəcədə çoxdur. Lakin bu tip ermənilər bunun geniş açıqlanmasını istəmirlər. Yalançı gürcülük, əslində, ermənilik prosesi ermənilərin maraqlarına, Gürcüstan dövlətini daxildən zəiflətməyə xidmət edir.

Bəzi məlumatlara görə, erməni soyadlı etnik ermənilər dövlət strukturlarında 5%, gürcü soyadında olanlar isə 15-20%-dir.

Unutmaq olmaz ki, bütün Qafqaza, Azərbaycan və Gürcüstan ərazilərinə, o cümlədən Tbilisiyə ermənilər Rusiya imperiyasının siyasəti sayəsində XIX əsrdə Türkiyə və İrandan köçürülüblər. Köçürülmüş ermənilər Azərbaycan və Gürcüstanın ən yaxşı məhsuldar torpaqlarında yerləşdiriliblər. Onlar Tbilisidə, onun ətrafında da çox sayda məskunlaşıblar. Ona görə də Tbilisidə yüksək vəzifəli ermənilər çoxdur, erməni lobbisi isə güclüdür.

Ermənistanın Gürcüstana təcavüzkar siyasəti ondadır ki, erməni lobbisi Abxaziya və Cənubi Osetiya separatizmini dəstəkləyir, Samtsxe-Cavaxetiyada erməni separatçı qiyamı qızışdırılır. Bu gün Gürcüstan hökumətinin təhlükəsizliyi üçün ən ciddi təhdid dövlət orqanlarında gürcü soyadlı ermənilərin çox olmasıdır.

Vahid Ömərov,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...