THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Roşbluan: lobbiçilik və yalan Ermənistanın xidmətində

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1754
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 noyabr 2017 – Newtimes.az

Respublikanın kompleksdən kənar deputatlarının xidmət etdiyi erməni lobbisi: Fransua Roşbluanın mübahisəli məsələsi

İslamın şeytanlar ilə mübarizə apardığı və bir çoxunun İslamı dərhal İslamizlə əlqaləndirməyə meyl etdiyi geosiyasi cəhətdən həssas olan bir dövrdə Respublikanın keçmiş deputatlarının müsəlman, lakin dünyəvi ölkə olan Azərbaycan kimi ölkəni öz maraqları və lobbiçiliyi naminə İslamist ölkə adı altında qələmə verərək onun sabitliyini pozmaq cəhdləri sözün həqiqi mənasında rəzalətdir. Çünki Bakı əsla və əsla belə deyil. Hakimiyyətlə dinin tamamən ayrı olduğu dünyəvi, eyni zamanda bütün dini azlıqların nümayəndələrinin nəinki qəbul edildiyi, hətta müdafiə edildiyi yeganə Şərq ölkəsini ləkələmək demək ki, asandır.

Ermənilərin, stabil və zəngin olan, Rusiya, İran və Türkiyə kimi güclü qonşularının arasında sıxışıb qalan, yeganə günahı isə müstəqilliyini və təcavüzə məruz qalan ərazi bütövlüyünü müdafiə etmək olan Azərbaycan kimi bir ölkənin tamamilə yanlış imicini yayaraq Qafqazın sabitliyini pozmağa çalışması, sadəcə intihar etməkdir.

Fransa kimi Müsəlman icmasının böyük olduğu bir ölkədə mövhumları qarışdıraraq, İslamı İslamizm ilə əlaqələndirərək  Müsəlmanları qızışdırmaq olduqca təhlükəlidir. Çünki Roşbluan Müsəlmanları ayıraraq birbaşa ölkənin təhlükəsizliyinə təsir edir. Fransada gizli islamofobiya mühiti çox təəssüf ki, artıq vüsət almaqdadır.

Fransua Roşbluan 30 il boyunca Luarın 3-cü seçki dairəsindən millət vəkili olub. 3 onillik ərzində onun Milli Assambleyanın Xarici əlaqələr Komissiyasında mübarizəsi dəyişməz olaraq qalıb: Şərqin təqdirəlayiq xristianlarının, xüsusilə də Ermənilərin müdafiə edilməsi. Erməni genosidinin Fransada 2015-ci ildə səsə qoyularaq hüquq müstəvisində tanınmasını əsas alaraq Yerevanın planlarını pozan heç bir şeyi o bağışlamır. Hətta, xüsusilə də, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı məsələsində- 1994-cü ildən Ermənistan tərəfindən işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb edən BMT-nin 4 qətnaməsi timsalında beynəlxalq hüquqa əməl edilməsinə dair çağırışı, həmçinin Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti tərəfindən dialoq çağırışını belə. Uzun müddət Assambleyada Fransa-Ermənistan dostluq qrupunun prezidenti olmuş, həmçinin öz təşəbbüsü və səyləri ilə Azərbaycanın ərazi bütövlüyünü pozaraq Fransa-Qarabağ qrupunun özəyini təşkil edən Fransua Roşbluan, artıq millət vəkili olmasa belə, dayanmaq niyyətində deyil. O hətta respublikanın sabiq deputatının müdafiə etməli olduğu  maraqlardan kənar maraqları müdafiə edərək tamamilə etikaya zidd  hərəkət etməyi belə gözə alır. Eyni zamanda, xüsusilə də iqtisadi əməkdaşlıq sahəsində Azərbaycanla sıx əlaqələri olan Fransanın maraqlarına zidd hərəkət edir.

Bir müddət əvvəl Roşbluan, II Dünya Müharibəsi dövründə Hitler rejimi altında xidmət edən, faşistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə Ermənistanda abidə ucaldılarkən özünü bilməməzliyə vurdu. Buna necə səssiz qalmaq olar ki? Roşbluan bundan xəbərdar və hətta iddia etmək olar ki, Qaregin Harutunyanın (Njdeh ləqəbi ilə tanınır) abidəsi hər addımında Ermənistanın müdafiəsinə can atan sabiq deputatın işinə gəlir. Hətta onlara qulluq edəcək səviyyədə. Qəbul etmək lazımdır ki, "Njdeh'' Yerevanı osmanlı boyunduruğundan, daha sonra isə sovet dominantlığından azad etmişdir. Lakin o Reyxin himayəsinə 30 min nəfərdən artıq erməni legionu vermişdir.

O hətta Parlament üzvü olmadığı vaxtda kompleksdən kənar Voqen Çiteçiyan (Ermənistanın səfiri) və Hovanes Qevorkyanın (tanınmayan Dağlıq Qarabağ "respublikasının'' Fransadakı nümayəndəsi) gündəliyini izləyib onlarla görüşərək Fransanın maraqlarına zidd hərəkət edirdi. O hətta Bakının İslam Dövlətinə müsbət yanaşdığı fikrini irəli sürərək Azərbaycana qarşı şiddətli kampaniya başlatmağı nəzərdə tuturdu.

Cəhalət və İslamizmin qanqren etdiyi geridə qalmış bir ölkə kimi təsəvvür etdiyi Azərbaycana qarşı böhtan kampaniyası aparmaq lazım gələndə, sabiq deputat Roşbluan həmişə özünü çatdırır. Azərbaycan kimi açıq olan bir ölkə necə asanlıqla və heç bir mətbuat orqanının inkar etməyəcəyi şəkildə İslamizmdə ittiham edilə bilər? Yəhudilərlə bu dərəcədə anlaşa bilən və İsraillə faktiki əməkdaşlıq münasibətləri bu qədər əhəmiyyətli olan bir ölkə necə İslamist boyunduruğunda ola bilər? Xüsusilə də Fransada çoxsaylı xristian kilsələrinin təmirini maliyyələşdirən bir ölkə ilə necə bu qədər məsafə saxlana bilər? Sabiq deputatın 15 iyul 1983-cü il tarixində Orli hava limanında bombalı hücumu təşkil edərək Türk Hava Yolları şirkətinin gişesi qarşısında 8 nəfəri qətlə yetirən və Ankaranı hədəf alan erməni terror təşkilatı ASALA-nı (Ermənistanın azadlığı naminə gizli erməni ordusu) ittiham etdiyini duyan oldumu? Əksinə, o 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağın işğalı zamanı öldürülən erməni siyasi militant və hərbçi komandir Monte Melkonyanı kompleksdən kənar müdafiə edir! Paris ilə Bakının tarixi iqtisadi və hərbi əməkdaşlıq əlaqələri olduğu bir vaxtda o Fransanı ittiham edir? O, Bakının 11 sentyabr 2001-ci ildən terrorizmə qarşı mübarizədə Qərb koalisiyası tərkibində iştirakını xatırlatmağa cəsarət edər? Təbii ki, yox.

Bu gün Azərbaycan terrorist təhdidə qarşı mübarizədə Fransanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan NATO-nun sülhməramlı qüvvələrinə yüzlərlə əsgər və zabit, eləcə də hərbi material göndərən bir ölkədir. Azərbaycanın yüzlərə hərbçisi NATO-nun Əfqanıstandakı sülhməramlı qrupunda xidmət edir.

Cənab Roşbluan Bakıya gəlməlidir. Əslində onun bura gəlməsi kifayət edir ki, qapalı qadınların olmadığı, qarışıqlıq yaradacaq saqqalı kişilərin olmadığını görsün. Çünki bütün beynəlxalq memarların bəzədiyi, qadınların azadlığını tərənnüm edən bütün böyük qərb markaları ilə dolub-daşan ultra-modern şəhər olan Bakı dünyəvi, multikommunotar, özünün bütün azlıqlarına açıq olan bir ölkənin paytaxtıdır.

Lakin Roşbluanı bu maraqlandırmır, və o özünün nəinki yalan, hətta iftira dolu və Azərbaycanın imicini ləkələməyə hesablanan havasını çalmağa davam edir. O hətta Azərbaycandakı "vəziyyətlə'' tanış olmaq üçün parlament komissiyası göndərməyə də cəhd etdi. Təbii ki, bu layihə uğursuzluqla nəticələndi. Ən azından ədalətin bir forması var. Beynəlxalq hüquq, kütləvi informasiya vasitələri, siyasətçilər buna riayət etməli və Yerevanın və onun diasporasının iyirmi ildən çoxdur idarə etdiyi böyük həcmli manipulyasiyadan xəbərdar olmalıdır. Fransua Roşbluan isə bu yalanın aktorlarından sadəcə biridir.

Anri Furkadis

Məqalə Azərbaycan dilinə Newtimes.az portalının redaksiyası tərəfindən tərcümə edilmişdir.

Mediapart.fr

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...