THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1092
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 iyul 2017 – Newtimes.az

Son zamanlar Qərb geosiyasi məkanında fikir ayrılıqlarının dərinləşdiyi barədə KİV-də məlumatlar tez-tez yayılır. Əsas olaraq Vaşinqtonla Brüssel arasında müxtəlif sahələrə aid ixtilafların meydana gəldiyini vurğulayırlar. Bu sırada Avropanın Rusiya, Çin və İranla əlaqələrinin xarakterinin tərəflər arasında mübahisə obyektinə çevrildiyini ekspertlər ayrıca qeyd edirlər. Rəsmi Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən dərəcədə Avropanın enerji şirkətlərinə də mənfi təsir edir. Bununla bağlı avropalı ekspertlər belə qənaətə gəliblər ki, ABŞ qəsdən onlara zərbə vurur. Çünki başlıca məqsədi Avropa ölkələrini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Həmin kontekstdə ABŞ "Şimal axını-2" layihəsinin reallaşmasına əngəllər törətməkdədir. Avropalılar isə buna etiraz edirlər. KİV İran və Çinlə Avropa şirkətlərinin əməkdaşlığına da həmin bucaq altında nəzər salaraq, Amerika-Avropa əlaqələrində yeni risklərin özünü göstərməyə başladığını vurğulayır. Bütün bunların fonunda Qərbdə ümumi geosiyasi və iqtisadi-energetik vəziyyətin gələcəyi maraq doğurur.

Yeni əlamətlər: Amerika-Avropa əlaqələrinin sualları

Belə görünür ki, Amerika ilə Avropa arasında münasibətlərdə yeni problemlər yetişir. Ənənəvi olaraq onları təbii və tarixi müttəfiq hesab edirlər. Bir çox anlamlarda bu, həqiqətən belədir. Lakin Donald Trampın hakimiyyətə gəlişi ilə qlobal geosiyasətdə "sağ populizm" deyilən tendensiyanın gücləndiyindən bəhs edilir. Bu, ABŞ-ın daha çox öz maraqlarına üstünlük verməklə dünya ağalığını saxlamaq məqsədi daşıyır. Həmin əsasda artıq ABŞ-Aİ münasibətlərində əvvəllər müşahidə edilməyən mənfi əlamətlər özünü göstərməkdədir.

ABŞ və Avropa mətbuatında son vaxtlar bu qənaəti təsdiq edən informasiyalara yer verilir. Məsələn, Amerikanın "S&P Global Inc." şirkətlər qrupuna daxil olan "Platts" iqtisadi agentliyi yazıb ki, "artıq Berlində ABŞ-a qarşı cavab sanksiyalarının tətbiq edilməsi ilə bağlı danışıqlar gedir" (bax: məs., Похоже, задрались. Германия готовит санкции против США / "РИА Новости", 23 iyun 2017).

Məsələ ondan ibarətdir ki, ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və o kontekstdə Avropa ölkələrinin enerji şirkətləri də zərər görür. Avropalılar bununla razılaşmaq istəmirlər. Onlar Vaşinqtonu Aİ-nin maraqlarını nəzərə almamaqda ittiham edirlər. "Biz Avropa şirkətlərinə qarşı sanksiya tətbiq etməklə bağlı hədələri qəbul edə bilmərik", "Avropaya enerjinin daşınması Amerikanın deyil, Avropanın işidir", "xarici siyasətin maraqları iqtisadi maraqlarla əlaqələndirilməməlidir" kimi fikirlər Aİ diplomatlarının dilində tez-tez işlədilir.

"Röyter" agentliyinə müsahibəsində Almaniyanın iqtisadiyyat və energetika naziri Brigitta Sipris ABŞ-a qarşı hansısa "əks-ölçülər"in götürülə biləcəyindən danışıb. Avstriyalı diplomatların da bu məsələdə mövqeyi Almaniya ilə eynidir. Bunlara fransızları da əlavə etmək mümkündür. Fransa hökumətinin rəsmi nümayəndəsi ABŞ-ın Avropa şirkətlərinə aid olan sanksiyası haqqında mənfi fikrini bildirib. Rəsmi Paris hesab edir ki, Vaşinqton xarici siyasətini ""G7"-də olan tərəfdaşları ilə" koordinasiya etməlidir (bax: əvvəlki mənbəyə).

Rəsmi Vaşinqton üçün isə bu şərt qəbuledilməzdir. Çünki onun məqsədi hamını idarə etməkdir, kimlərinsə dediyi ilə oturub-durmaq deyil. Ancaq burada avropalıları daha çox narahat edən bir incəlik vardır. Aİ-yə daxil olan böyük dövlətlər Rusiyadan başlayan "Şimal axını-2" layihəsinin reallaşmasına əngəl ola biləcək addımları qəbul etmirlər. Almanlar üçün bu, daha çox önəm daşıyır, çünki həmin layihədə keçmiş kansler Gerhard Şröderin maraqları vardır. Ümumiyyətlə, bu insanla Moskvanın sıx əməkdaşlığı danılmazdır.

Digər tərəfdən, avropalılar üçün alternativ marşrutlar daha çox sərfəlidir. "Türk axını", "Cənub axını", "Cənub qaz dəhlizi", TAP kimi layihələrin reallaşması Avropanın enerji ilə kəsintisiz təmini imkanlarını artırır. Hesablamalar göstərir ki, yaxın perspektivdə Aİ-nin inkişafı ilk növbədə enerji istehlakı ilə birbaşa bağlıdır. Dünyada ən çox enerji işlədən ABŞ və Çindir. Onlara çatmaq üçün mütləq enerji ilə təminatı sürətlə artırmaq lazımdır. Məhz buna görədir ki, Türkiyə də enerjiyə olan tələbatını tam ödəməyə çalışır. Bu istiqamətdə Ankara ciddi uğurlar əldə edib.

Avropa İttifaqının enerji ilə təminatında müstəqil qərarlar qəbul etməsi də çox əhəmiyyətlidir. Çünki belə olmadıqda Aİ üzvləri suveren şəkildə hansı sahəni necə inkişaf etdirmək haqqında qərar qəbul edə bilmirlər.

Tarixi bağlılıq və geosiyasi maraqlar: toqquşan məqsədlər prizmasından

Təsəvvür edək ki, Vaşinqtonun istəyinə uyğun olaraq, şimal istiqamətində Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı qurulmur. O halda bütövlükdə qitənin gələcək inkişafı birtərəfli olaraq Amerika ssenarisi üzrə gedir. Deyək ki, Çindən başlayan "Yeni İpək Yolu" layihəsindən Rusiya ilə yanaşı, Avropa da zərər görür. Məsələ belədir ki, Çin hərtərəfli nəqliyyat marşrutunun formalaşmasında maraqlıdır. Pekin cənub istiqamətində geniş nəqliyyat infrastrukturu yaratmaqdadır. Bunun fonunda Rusiya ərazisindən keçərək Avropaya çıxan marşrutlar kasadlıq təşkil edir. Enerji sahəsində də bu vəziyyət uzun müddət davam etsə, təbii ki, bütövlükdə Avropanın davamlı inkişafına zərər dəymiş olacaq.

Görünür, həm də bu səbəbdəndir ki, Avropa İttifaqı Çinlə əlaqələrində İran faktorundan istifadə etməyə başlayıb. Fransanın "Total" şirkəti Tehranla "Cənub Pars" enerji yatağında əməkdaşlıq etməklə bağlı saziş imzalayıb. Bu sazişdə digər Avropa ölkələrinin şirkətləri də vardır. Ekspertlər həmin layihəyə Çinin "Yeni İpək Yolu" proyektində Çin-İran-Aİ əməkdaşlıq formulunun yaradılmasını görürlər. Çünki layihədə Çinin CNPC şirkətinin 30% payı vardır. Obrazlı desək, bir layihədə Asiya, İran və Avropa birləşib. Xatırladaq ki, "Cənub Pars" layihəsində fransızların payı 51% (!) təşkil edir.

Əməkdaşlıq bununla məhdudlaşmır. Fransa və Almaniyanın maliyyə təşkilatları İranı və Çini əhatə edən digər layihələrə də dəstək verirlər. Böyük Britaniya da bu prosesə daxildir. Deməli, avropalılar bir neçə istiqamətdə Vaşinqtonun iradəsinin əleyhinə gedərək İran və Çinlə əlaqələri genişləndirirlər. Belə bir məqam bütövlükdə Amerikanın güddüyü qlobal geosiyasi maraqlara uyğun deyildir. Onun iki aspektini vurğulamaq istərdik.

Birincisi, Amerika istərdi ki, Aİ-nin iştirak etdiyi böyük layihələrdə onun da payı olsun. Çünki ABŞ-ın özünün iqtisadi-ticari vəziyyətinin yaxşılaşdırılmasına ehtiyacı vardır. İkincisi, Donald Trampın Yaxın Şərq ölkələri ilə imzaladığı əməkdaşlıq sazişləri göstərir ki, onu başlıca olaraq Amerikanın maraqları düşündürür. Məsələn, Səudiyyə Ərəbistanına 110 milyard dollarlıq silah satır, eyni zamanda, bu ölkənin rəqibi olan Qətərə də müasir qırıcılar satmaq üçün müqavilə imzalayır. Bundan başqa, Yaxın Şərqdə silah satdığı ölkələrə İrana qarşı birləşməyi "tapşırır". Yəni D.Tramp üçün humanizm, insanların rifahı və ya təhlükəsizliyi deyil, Amerika iqtisadiyyatını necə inkişaf etdirmək daha əhəmiyyətlidir.

Bu bağlılıqda ABŞ rəhbərliyini avropalıların enerji ilə təmini deyil, bu prosesdə özünün iştirakı daha çox qayğılandırır. Rəsmi Vaşinqton yalnız bu cür "inkişafı" qəbul edir. Həmin reallığın fonunda ənənəvi ABŞ-Avropa münasibətlərinin gələcəyinin necə olacağı barədə birmənalı fikir bildirmək çox çətindir. Ekspertlər haqlı olaraq bu məsələdə müəyyən risklərin artıq meydana gəldiyini deyirlər.

Həmin risklərin artması ehtimalı az deyil. Çünki Vaşinqton getdikcə daha ciddi inadla öz xəttini reallaşdırmağa çalışır. Yaxın Şərq və Ukrayna məsələləri bu prosesə müəyyən dərəcədə maneçilik törədə bilərlər. Ancaq bunun da keçici olduğunu düşünürük. Çünki qlobal miqyasda sosial-iqtisadi, ticari və energetik sferaları əhatə edən və böyük əhəmiyyət daşıyan proseslər mövcuddur. Buraya ekoloji məsələləri və iqlim risklərini də əlavə etmək lazımdır.

Əlavə olaraq, Avropa İttifaqının təhlükəsizliklə bağlı hansı strategiyanı seçməsi önəm daşıyır. Avropalılar artıq ABŞ-ın patronajlığı ilə təhlükəsizliklərini təmin etmək istəmirlər. Bu barədə Angela Merkel açıq mətnlə fikir bildirib. Təbii ki, belə bir durum Vaşinqtonu qətiyyən qane etmir. Deməli, Vaşinqtonla Brüsselin təhlükəsizlik modeli ilə əlaqədar toqquşması ehtimalı mövcuddur.

Bütün bunlara ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin gərginliyini də əlavə etmək gərəkdir. Səbəbi onunla bağlıdır ki, həmin münasibətlərin bir tərəfi Amerika-Avropa münasibətlərinə toxunur. Konkret olaraq, Amerika özünə rəqib saydıqlarının Aİ tərəfindən də eyni cür qəbul edilməsini tələb etməkdədir. Bu isə onu ifadə edir ki, ABŞ-Aİ münasibətlərində risklər hələ uzun müddət qala bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...