THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dünya Neft Konqresi: Azərbaycanın yeri və rolu

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1359
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyul 2017 – Newtimes.az

İstanbul şəhərində Dünya Neft Şurasının növbəti Konqresi keçirilib. Bu, sayca 22-ci Konqresdir. Tədbirin əsas devizi "Enerji gələcəyimizə körpülər" olub. Konqresdə çıxış edən Dünya Neft Şurasının sədri Cozef Tot 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini vurğulayıb. Bu kimi tədbirlər isə hər 3 ildən bir keçirilir. İstanbul Konqresində 100-dən çox ölkənin təmsilçiləri iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun bu Konqresə ev sahibliyi etməsindən məmnun olduğunu ifadə edib. O, müasir dövrdə sülhün və rifahın təməli olan karbohidrogen resurslarının münaqişələrə səbəb olmasından təəssüfləndiyini də deyib. R.T.Ərdoğan "bölgəmizin sülhə və əməkdaşlığa ehtiyacı var" tezisini xüsusi vurğulayıb. Türkiyənin dövlət başçısı ölkəsinin dünyanın enerji xəritəsində mühüm rol oynadığını, yeni layihələrin də bu mövqeyi gücləndirəcəyini diqqətə çatdırıb. Həmin kontekstdə vurğulamaq lazımdır ki, ABŞ-Azərbaycan əməkdaşlığının da bu prosesə ciddi töhfəsi var. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində bununla bağlı maraqlı fikirlər söyləyib. Bütün bunların fonunda ciddi əhəmiyyəti olan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürdüyü fikirlərin təhlili böyük aktuallıq kəsb edir. Bu məqamlar üzərində geniş dayanmağa ehtiyac duyuruq.

22-ci Konqres: qlobal enerji təhlükəsizliyinin aktual problemləri

İyul ayının 10-da İstanbulda Dünya Neft Konqresi çərçivəsində prezidentlərin toplantısı keçirilib. Dünya Neft Konqresinin əsas təşkilatçısı Dünya Neft Şurasıdır. Təşkilat 1933-cü ildə yaradılıb. Burada enerji sahəsi üzrə vacib və aktual məsələlər müzakirə edilir. Orada qəbul edilən qərarların əhəmiyyəti böyükdür. Onları beynəlxalq platforma kimi qəbul edirlər. Onu vurğulayaq ki, Dünya Neft Şurası neft-qaz istehsalçıları və istehlakçılarının 96%-ni birləşdirir.

Şura, ümumiyyətlə, enerji sahəsində elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi istiqamətlərində fəaliyyət göstərir. Təşkilat, həmçinin dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması məsələlərinə ciddi önəm verir.

Deməli, faktiki olaraq, Dünya Neft Şurasının tədbirləri müasir mərhələdə qlobal miqyasda enerji siyasətinin strategiyasını müəyyənləşdirməkdə mütəxəssislərə böyük dəstək verir. Bunun üçün isə mövcud vəziyyətin dərin təhlil edilməsi lazım gəlir. Təşkilata daxil olan ölkələrin enerji siyasəti, həyata keçirdikləri layihələrin məzmunu bu baxımdan daim diqqət mərkəzində olur. Təsadüfi deyil ki, İstanbul Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.

Konqresə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi. Dövlət başçısını İstanbulda təntənəli surətdə qarşılayıblar. Azərbaycan rəhbərinin enerji siyasəti dünyanın siyasi liderlərinə yaxşı məlumdur. Bu səbəbdən İlham Əliyevə bu kimi tədbirlərdə böyük hörmətlə yanaşılır və fikirlərinə ciddi maraq göstərilir. Qardaş ölkədə budəfəki nitqində də ölkə başçısı çox aktual məsələlərdən dərin məntiqlə bəhs edib. Türkiyə mətbuatı İlham Əliyevin nitqinə böyük maraq göstərib.

Onu vurğulayaq ki, tədbirdə çıxış edənlər qlobal miqyasda Azərbaycanın enerji sahəsində oynadığı rola yüksək qiymət veriblər. Türkiyə rəhbərliyi bu məqamı həmişə önə çəkir. Azərbaycanla Türkiyənin ortaq həyata keçirdiyi enerji layihələrinin bütövlükdə dünya üçün böyük əhəmiyyəti olduğunu vurğulayırlar. İstanbul Konqresində Bolqarıstanın baş naziri Boyko Borisov da Azərbaycandan getdikcə daha çox həcmdə qaz almaq fikrində olduqlarını xüsusi deyib. O, Bakının aktiv iştirak etdiyi enerji layihələrinin Balkan regionuna böyük müsbət təsiri olacağından bəhs edib. Bundan istifadə edərək rəsmi Sofiyanın Bolqarıstanı Balkanlarda enerji üzrə əsas tranzit ölkəsinə çevirmək niyyətində olduğunu ifadə edib.

Bu o deməkdir ki, Bolqarıstan Azərbaycanın enerji strategiyasından bəhrələnmək arzusundadır. Sofiyanın Bakıya inamı tamdır və bu əsasda strateji plan hazırlayır. Şübhə yoxdur ki, Avropanın bir sıra ölkəsində belə bir düşüncə mövcuddur.

Prezident İlham Əliyevin tədbirdə söylədiyi nitq yuxarıda vurğulanan məqamların tam əsaslı olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı nitqinə Türkiyənin dünyadakı rolunu qiymətləndirmə ilə başlayıb. Ölkə başçısı deyib: "Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik" (bax: Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib / AZƏRTAC, 10 iyul 2017).

Əməkdaşlıq perspektivləri: Azərbaycan nümunəsi və geosiyasi şərtlər

Azərbaycan Prezidenti Türkiyənin bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsinin təsadüfi olmadığını iştirakçıların diqqətinə çatdırıb. Güclü, sürətlə inkişaf edən və hörmətlə qarşılanan Türkiyə enerji sahəsində də etibarlı tərəfdaşdır. Bu mənada Ankaranın mövqeyinin güclənməsi bütövlükdə regionun, o cümlədən Azərbaycanın da güclənməsinə yardım edir. Rəsmi Bakı bunu məmnuniyyətlə qarşılayır, çünki son nəticədə belə gedişat regional və qlobal enerji təhlükəsizliyinə ciddi töhfə verməkdədir.

Sonuncu məqamı Azərbaycan rəhbəri nitqində konkret fikirlə ifadə edib. İlham Əliyev vurğulayıb: "Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydındır ki, Azərbaycanla Türkiyənin bütün sahələr üzrə əməkdaşlığı regional və qlobal miqyaslarda rifah və əmin-amanlığın təmin edilməsinə xidmət etməkdədir. Həmin mənada həyata keçirilən enerji layihələri də bütövlükdə regional əməkdaşlıq üçün ciddi perspektivlər açır. Gürcüstan bu imkandan maksimum dərəcədə istifadə edərək, böyük beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Azərbaycanla Türkiyə bu istiqamətdə qonşu dövlətə lazım olan dəstəyi verirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrində Gürcüstanın payının olması buna sübutdur.

İndi də TAP və TANAP layihələrində Tbilisi yaxından iştirak edir. Deməli, Azərbaycan və Türkiyə konkret əməldə sübut edir ki, region ölkələri ilə ən yaxın əməkdaşlıq qura bilərlər. Bu sırada Ermənistanın olmaması isə obyektiv səbəblərlə əlaqəlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzdən əl çəkmir. Ona görə də İrəvanın enerji sahəsində tərəfdaş olması hələlik mümkün deyildir. Eyni zamanda, əgər Ermənistan rəhbərliyi haqq yoluna qayıtsa, onunla bağlı vəziyyət kardinal surətdə dəyişə bilər. Bunu dünyanın hər yerində anlayırlar və Azərbaycanın tutduğu mövqeyə haqq qazandırırlar.

Azərbaycan Prezidenti tədbirdəki nitqində rəsmi Bakının mövqeyini lakonik surətdə ifadə etməklə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa daim açıq olduğunu diqqətə çatdırıb. Belə ki, təkcə "Şahdəniz" qaz yatağında ehtiyatın həcmi 1,2 trilyon kubmetrdir. Bütövlükdə isə Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Hazırda "Cənub qaz dəhlizi" layihəsi reallaşır. Bu sahədə işlər sürətlə və dinamik olaraq aparılır.

Dövlət başçısı xüsusi vurğulayıb: "Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar – yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, "Cənub qaz dəhlizi" layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən görünür ki, İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin bir sıra ölkələrə böyük qazanc gətirdiyini və heç kəsə qarşı ayrı-seçkilik siyasəti aparılmadığını önə çəkib. Deməli, əsas məsələ bu prosesdə iştirak etmək istəyən dövlətlərin xoşniyyətli olması ilə bağlıdır.

Dövlət başçısının söylədiyi bu fikirləri böyük dövlətlərin siyasi liderləri də təsdiq edirlər. İstanbul Konqresində ABŞ-ın dövlət katibi Reks Tillerson Prezident İlham Əliyev ilə görüşündə vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu barədə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov media nümayəndələrinə müsahibəsində aşağıdakı fikirləri ifadə edib: "ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Azərbaycanın enerji sahəsində atdığı addımlara, həyata keçirdiyi layihələrə ABŞ dəstəyini verib. ABŞ "Cənub qaz dəhlizi" layihəsinə dəstəyini dövlət katibi vasitəsi ilə nümayiş etdirdi. Bu, çox vacibdir. Eyni zamanda, dövlət katibinin Prezident İlham Əliyevlə görüşmək istəməsi və bu görüşün baş tutması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi böyük diqqətin göstəricisidir" (bax: Novruz Məmmədov İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb / 1news.az, 12 iyul 2017).

Novruz Məmmədov fikirlərinə davam edərək ifadə edib: "Görüşdə qeyd olundu ki, Azərbaycan kiçik dövlət olsa da, həm regionda, həm də beynəlxalq aləmdə sabitliyə, təhlükəsizliyə öz töhfəsini verir. Görüş zamanı əməkdaşlığın daha da inkişafı, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən qeyd olundu ki, belə bir vəziyyətdə ABŞ bundan sonra Azərbaycanda qeyri-neft sektoruna daha çox diqqət yetirə bilər. Bizim qapılarımız həm dialoqa, həm də əməkdaşlığa açıqdır" (bax: əvvəlki mənbəyə).

Yuxarıda aparılan analizdən belə çıxır ki, Azərbaycan neft siyasətini kifayət qədər səmərəli və perspektivli əsasda aparmaqdadır. Dünya Neft Şurasının 22-ci Neft Konqresi də bu reallığı bir daha təsdiq etdi. Buna görə də Azərbaycanın davamlı inkişaf kursunu qətiyyətlə reallaşdırdığı qənaəti alınır. İstanbul Konqresi həmin həqiqəti dünyaya bir daha nümayiş etdirmiş oldu.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...