THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qətər böhranı: Yaxın Şərqi parçalama planının bir hissəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3489
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 iyul 2017 – Newtimes.az

"Ərəb baharı" adlanan qeyri-müəyyənlik və risklərlə dolu bir prosesin müsəlman ölkələrinə gətirdiyi faciələr davam edir. İraq, Suriya, Liviya və Misirdən sonra Qətəri ortaya atıblar. Lakin bu sonuncu ilə bağlı fərqli ssenarilərin qurulduğu hiss edilir. Belə ki, Qətərə qarşı bir neçə ərəb ölkəsini qoyurlar. Həm də bunu başqa müsəlman dövlətləri olan İran və Türkiyəyə qarşı yönəltmək şərti ilə edirlər. Dohadan tələb olunur ki, İranla əlaqələri ümumiyyətlə kəssin və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməsin. Kifayət qədər qərəzli, anti-müsəlman mahiyyətli və təxribatçı tələblərdir. Çünki müsəlman dövlətindən tələb edirlər ki, başqa müsəlman ölkələrinə düşmən kəsilsin və nicatı xristian ölkələrində tapsın. Nə yazıq ki, buna dəstək verən dörd müsəlman-ərəb ölkəsi də vardır. Bu kimi proseslərin fövqündə geosiyasi proseslərin hansı istiqamətdə dəyişə biləcəyi çox düşündürücüdür.

"Qətər baharı": yeni parçalama ssenarisi

Yaxın Şərqdə yeni bir böhran – Qətər böhranı əmələ gətirildi. Ümumiyyətlə, "ərəb baharı" adı altında başlanan müəmmalı proses İraq, Misir, Liviya, Suriya, Yəmənlə bağlı gərgin hadisələrlə müşayiət olunub. İndi onlara siyasi-diplomatik dildə "Qətər böhranı" deyilən yenisi əlavə olunub. Sonuncunun əvvəlkilərin hamısından fərqli bir özəlliyi var. Qətər böhranı ərəb dünyasının bir neçə ölkəsinin birlikdə Qətərə qarşı mövqe tutması ilə xarakterizə olunur. Əvvəllər belə bir hal mövcud deyildi. Ya Qərbin böyük dövlətləri hansısa ərəb ölkəsi ilə münaqişəyə girirdi (məsələn, ABŞ-İraq qarşıdurması, yaxud Qərb-Liviya toqquşması), ya da konkret ölkə daxilində iqtidara yerli qruplar tərəfindən siyasi-hərbi müxalif güc yetişdirilirdi (məsələn, Suriyada bir neçə radikal qruplaşmalar Bəşər Əsəd rejiminə qarşı mübarizəyə qalxdı) və sonra onlara kənardan dəstək verilirdi.

Bunların fonunda müsəlman İrana qarşı fərqli mövqe seçilib. Tehrana birbaşa hərbi müdaxilə edilmir, lakin onu nüvə silahı hazırlamaq bəhanəsi ilə müxtəlif istiqamətlərdən təzyiqə məruz qoyurlar. Bu zaman başda ABŞ olmaqla Qərb ölkələri vahid cəbhədə siyasi, diplomatik və hərbi mövqedən çıxış etməyə çalışırlar.

Bütün bunlardan Qətər məsələsi fərqlənir. Hiss olunur ki, konkret dairələr müsəlman dünyasına qarşı yeni səviyyədə təxribatçı fəaliyyətə keçiblər. Çünki artıq görünən mübarizə meydanında yalnız müsəlman ölkələri var. Meydanda hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir hücum edən, günahlandıran tərəf kimi, Qətər isə ittiham hədəfi olaraq mövcuddurlar.

Bunların yanında Türkiyə tamamilə Qətərin müdafiəçisidir, İran qismən bu mövqedə, Küveyt vasitəçi durumunda, Oman müəyyən dərəcədə bitərəfdir. Qəribəsi və düşündürücü odur ki, bu ixtilafın əsl sifarişçiləri olan ABŞ və Avropanın böyük dövlətləri nəsihətverici, aradüzəldən qismində görünməyə çalışırlar. Yəni müsəlman dövlətləri müqəddəs Ramazan ayında bir-biri ilə didişir, lakin xristian dövlətlər onları barışdırmağa cəhd edir. Situasiya doğrudan faciəvi, düşündürücü və təəssüfedicidir. Həm də ona görə ki, həmişə olduğu kimi, İsrailin bu proseslərə guya heç bir aidiyyəti yoxdur!

"Ərəb baharı"ndan start götürən bu əcaib, mürəkkəb və müsəlman dünyası üçün son dərəcə riskli prosesin hazırkı aktiv fazası olan Qətər böhranı hansı geosiyasi tendensiyaların əsasını qoya bilər? Hələlik ekspertlər bu sualı açıq surətdə qoymurlar. Lakin hadisələrin gedişatı artıq meydana bir sıra sualları çaxarmaqdadır.

Hər şeydən əvvəl hiss edilir ki, məsələ yalnız Qətərlə bağlı deyil. Okeanın o tayından olan sifarişdə Yaxın Şərqdə Türkiyə və İranın nüfuzunu heç etmək məqsədinə nail olmaq göstərişi vardır. Bunun üçün bir güllə ilə iki hədəfi vurmaq planı özünü göstərir.

Birincisi, ümumiyyətlə, son illər birləşmək üçün müəyyən addımlar atmış müsəlman ölkələrinin birliyini pozmaq gərəkdir. İslam ordusu yaranmışdı, müsəlman ölkələrin polis və kəşfiyyat orqanları koordinasiyalı hərəkət etmək qərarına gəlmişdilər. Artıq Yaxın Şərqdəki faciələrin arxasında Qərbin böyük dövlətlərinin olması barədə ortaq bir fikir formalaşırdı. Bu da regionda müsəlmanların ümumi düşməninin kim olduğu haqqında konkret təsəvvür yaradırdı. Bundan sonra həmin düşmənə qarşı birgə fəaliyyət mərhələsi gəlməli idi. Qətər böhranı məhz bu yolda ciddi əngəl kimi ortaya atılıb.

İkincisi, Qətər böhranı ilə konkret dairələr müsəlmanlara iki hədəfi düşmən kimi göstərir – Türkiyə və İran. Burada əsas məqsəd İrandır. Türkiyə isə regionda öz sözünü getdikcə daha qətiyyətli deyən və faktiki olaraq beynəlxalq terrorun Şərqə doğru sistemli irəliləməsinin qarşısını kəsən və bu mənada müəyyən dairələrin qlobal planlarını alt-üst edən güclü bir ölkədir.

Təhlükəli savaş: risklər və təhlükələrdən qurtuluş

Ankara öz daxilində terror qruplarını darmadağın edib, sərhədləri xaricində onları vuran və bununla kifayətlənməyərək dünyanın harasında olmasından asılı olmayaraq terrora yardım edən dövlətləri sıxışdıran dünya gücünə çevrilməkdədir. Amerika, Rusiya və Avropa ölkələrində baş verən terror hadisələri göstərdi ki, istənilən böyük dövlət terrorun hədəfi halına gələ bilər. Bunlara İran da əlavə olundu.

Deməli, Türkiyə faktiki olaraq çox təhlükəli bir oyundan qalib çıxmaqdadır. Bundan sonra terrorun hansı böyük dövləti vuracağı isə bəlli deyil. O halda problemi yenidən Türkiyəyə qarşı yönəltməkdə hansısa dairələr maraqlı ola bilər. Başqa tərəfdən, Türkiyə nəinki öz daxili təhlükəsizliyini təmin edir, həm də Suriya, İraq, Qətər və başqa region dövlətlərinin təhlükəsizliyi üçün çalışır. O cümlədən Qətərdə hərbi baza yaradır. Eyni təklifi Səudiyyə Ərəbistanına verib. Türk əsgəri birlikləri Suriyada və İraqda mövcuddurlar. Türkiyə Qafqazda Gürcüstan və Azərbaycanla aktiv hərbi əməkdaşlıq edir. Belə görünür ki, böyük bir regionda Qərbə qafa tuta biləcək güclü müsəlman dövləti var – Türkiyə! Görünür, bu prosesin qarşısını kəsmək üçün ortaya yeni Qətər böhranını atıblar.

İran faktoru da Türkiyə qədər ciddidir. Tehran çoxdandır ki, Qərb dövlətlərini narahat edir. Ancaq İran hərbi qüdrətini artırmaqda və kənardan müsəlmanlar üçün qurulan bir çox oyunları pozmaqda davam edir. Amerikanın yeni rəhbərliyi bu vəziyyətə qarşı çox aqressiv mövqe tutmaqdadır. Əvvəlki mərhələlərdən fərqli olaraq, Donald Tramp daha hiyləgər və təhlükəli xətt seçib – o, bir qrup müsəlman dövlətini İrana qarşı qaldırmağa çalışır.

Bunun üçün Səudiyyə Ərəbistanına külli miqdarda silah satır, Qətərə də eyni təklifi verməklə onu Tehrana qarşı qoyur, Birləşmiş Ərəb Əmirlikləri kimi sözəbaxan müsəlman ölkəsini bu prosesə qoşur və onların kölgəsində digər ölkələri İrana qarşı yönəltməyə cəhd edir. Əgər bu plan baş tutsa, müsəlman dövlətləri arasında uzunmüddətli ixtilaf yarana bilər ki, sonucda onların hamısı çox zəifləyər.

Kənar qüvvələr isə həm silah satıb pul qazanmış olur, həm də İslam sivilizasiyasına ciddi zərbələr endirir. Bundan sonrakı hədəflər də məlumdur – Rusiya və nəhayətdə Çin! Təbii ki, arada müsəlman dövlətçiliyi çox böyük zərbələr ala bilər və meydana yeni oyuncaq dövlətlər çıxar. Onların əsas vəzifəsi regionda ara qarışdırmaq, müsəlmanları daim təşvişdə saxlamaq, intriqalar meydanına çevirmək kimi neqativ rolu yerinə yetirmək olar.

Bunlar Qətər böhranını "ərəb baharı" ilə bağlayan mürəkkəb və müəmmalı geosiyasi-hərbi və siyasi-ideoloji prosesin konkret bir mərhələsi kimi dəyərləndirməyə imkan verir. Bu, kimlərinsə Yaxın Şərqin yaxşı gələcəyi üçün regionu terrorçulardan təmizləmək niyyəti ilə bağlı deyil. Əksinə, süni surətdə terror qrupları yaradıb, onlarla mübarizəni imitasiya edərək sonra "terrorçulardan təmizlənmiş" yerlərə kənara qulluq edən qüvvələri yerləşdirmək priyomundan başqa bir şey deyildir. Nə yazıq ki, özünü böyük müsəlman dövləti sayan bir sıra oyuncaq rejimlər də buna xidmət etməkdədirlər.

Vurğulanan məqamlar kifayət qədər təhlükəli tendensiyanın meydana gəldiyindən xəbər verir. Qətər məsələsi hələlik təkdir. Lakin onun yanına bir başqa böhranı da qoya bilərlər. Bu hansı dövlətlə bağlı olacaq? Bunu demək çətin olsa da, qurban verilməli olan müsəlman ölkəsini həmişə tapa bilirlər. Prosesin belə bir istiqamətdə inkişafı və genişlənməsi gözləniləndir. Ancaq kənar qüvvələrin oyununu poza bilən müsəlman ölkəsi, yaxud ölkələri də meydana çıxa bilər. Bu variantlardan hansının reallaşacağını yaxın illərdəki proseslər göstərəcək. Hələlik biz Yaxın Şərq üçün parçalanma riskinin yüksək olduğunu deməklə kifayətlənməli oluruq.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...