THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Florida müzakirələri: geosiyasi labirintdə dialoq axtarışları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1114
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 may 2017 – Newtimes.az

Dünyanın iki supergücünün qarşılıqlı münasibətlərindən qlobal geosiyasətin taleyi asılıdır. Bunu ekspertlərin demək olar ki, böyük əksəriyyəti qəbul edir. Çinin dövlət başçısı Si Szinpinin Amerika səfəri də məhz həmin kontekstdə qiymətləndirilir. Mütəxəssislər Donald Trampın seçki ərəfəsi Pekinin ünvanına səsləndirdiyi ittihamlardan sonra iki ölkə arasında əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyi ətrafında müzakirələr aparırdılar. Çin rəhbərinin ABŞ-a getməsi bu bağlılıqda çoxlu suallar da meydana çıxarıb. Yəni iki böyük dövlət əməkdaşlığı gücləndirirlərmi? Yaxud onlar arasında ziddiyyətlər daha da dərinləşəcəkmi? Onu da nəzərə almaq lazımdır ki, səfər qeyri-rəsmi xarakter daşıyırdı. Bu səbəbdən dövlət başçılarının apardıqları müzakirələrin daha çox tanışlıq xarakteri daşıdığı və dialoqa hazırlığa xidmət etdiyi bildirilir. Bu proqnoz özünü doğrultmuş kimi görünür.

Çin müdrikliyi və Amerika praqmatizmi: iki paradiqmanın yarışı

Çinin dövlət başçısı Si Szinpinin Amerikaya səfərini ekspertlər bir qədər gözlənilməz hadisə kimi qarşılayıblar. Pekinin ənənəsinə zidd olaraq səfərin sürətlə hazırlanması, bu barədə bir həftədən də az vaxtda məlumat verilməsi və ABŞ prezidentləri ilə görüşlərin vaxtına uyğun gəlməyən mərhələnin seçilməsi (adətən Çin rəhbərləri Amerika dövlət başçısı ilə ya birinci səlahiyyət müddətinin sonuna yaxın, ya da ikinci müddətin əvvəlində görüşürlər) xeyli suallar yaradıb.

Dünyanın ən qüdrətli dövlətinin rəhbəri ilə müzakirələrə səbirlə hazırlaşan, Vaşinqtonun siyasətini uzun müddət izləyəndən sonra qərar verən Pekinin bu dəfə hansı səbəblərdən tələsdiyi mütəxəssisləri çox maraqlandırıb. Bu səbəbdən onlar Si Szinpinin Amerikaya qeyri-rəsmi səfərini diqqətlə izləyib, alınan qərarları geniş təhlil edirlər.

Rusiyalı analitik F.Lukyanovun sözlərinə görə, Çin ehtiyatlı davranır. Çünki vəziyyət çox ciddidir – bir tərəfdən, "...güman edilir ki, onlar güclərin gələcək nisbətini müəyyənləşdirəcəklər..., digər tərəfdən, Tramp seçki kampaniyasını elə qurmuşdu ki, Çinin ünvanına iradlar bildirir, onu qeyri-səmimi rəqabətdə günahlandırırdı..." (bax: Фёдор Лукьянов. Китай осторожничает / "Rg.ru", 5 aprel 2017). Bunların fonunda ABŞ-ın yeni prezidentinin Pekini ticarət prinsiplərinə yenidən baxmağa məcbur edəcəyi haqqında fikirlər söyləməsi xeyli qıcıqlandırıcı görünürdü.

Lakin F.Lukyanov onu da ayrıca qeyd edir ki, iki böyük dövlət arasındakı münasibətlər "müasir dünyanın dialektik mürəkkəbliyinin, baş verən proseslərin qeyri-xəttiliyinin parlaq nümunəsidir". Çox "sıx iqtisadi qarşılıqlı asılılıq və getdikcə daha açıq olan geosiyasi rəqabət ayrılmaz simbioz təşkil edir" (bax: əvvəlki mənbəyə).

Analitikin fikrincə, məsələni qəlizləşdirən məqamlardan biri bu vəziyyətin tərəflərin heç birini qane etməməsi və ciddi itkiyə uğramadan ondan çıxış yollarının aydın olmamasıdır (bax: əvvəlki mənbəyə). Bizcə, F.Lukyanov ABŞ-Çin münasibətlərini qlobal geosiyasi reallıqlar prizmasından dolğun ifadə edib. Və prezidentlərin görüşünün bir sıra ənənəvi qaydalardan kənara çıxmasının səbəblərini aydın ifadə edib.

Bəli, hər iki supergüc üçün məsuliyyətli bir mərhələ başlayıb. Vaşinqton anladıb ki, artıq əvvəlki məntiqlə hərəkət etməyəcək, Pekin isə dəyişikliyə özünəməxsus reaksiya verəcəyini çatdırıb. Bu iki xəttin toqquşması Si Szinpini təcili olaraq Florida ştatına, qeyri-rəsmi görüşə yalnız dialoq naminə getməyə sövq edib. Aprelin 6-sı və 7-də Tramp-Szinpin görüşünün bütün dramatizmi Mar-a-Laqo malikanəsində oynanıb.

Dünyanın xəbər agentlikləri, ekspert, analitik və siyasətçilər 5 saatlıq müzakirənin detallarını açıqlaya bilməyiblər. Bəzi məqamlar haqqında informasiya verilməkdədir. Hesab olunur ki, detalları yalnız hadisələrin sonrakı gedişatı üzə çıxaracaq. Lakin prinsipial əhəmiyyət daşıyan bəndlər barədə indidən fikir bildirmək olar.

Donald Tramp və Si Szinpinin dediklərindən aydın olub ki, tərəflər heç bir razılığa gəlməyib, hər hansı sənəd imzalamayıblar. Sadəcə dialoqa hazır olduqlarını, qarşılıqlı münasibətlərdə yeni dönəmə başlamaq istəklərini bildiriblər. Bununla yanaşı, prinsip olaraq bir sıra məsələlərdə ortaq fikir yaranıb. Onların sırasında Çinin ticarət prinsiplərini dəyişməsi, Amerika şirkətlərinin bu ölkəyə sərmayəsini sürətlə artırması fonunda eyni prosesin Çin tərəfindən Amerikada aparılması razılaşdırılıb. Bu da ABŞ-ın Çinlə olan ticarət dövriyyəsindəki mənfi saldonu sürətlə örtməyə imkan verməlidir. Deməli, Tramp vəd etdiyi ticarət ədalətsizliyini aradan qaldırmağa yaxındır. Məsələ ondan ibarətdir ki, Amerika şirkətləri istehsalı Çində təşkil edir, hazırladıqları məhsulu ABŞ-da satırdılar. İndi Vaşinqton bu prosesi tərsinə çevirmək istəyir.

"Yumşaq balanslaşma": asimmetrik asılılıqdan xilas yolu?

Digər aktual məsələ Cənubi Çin dənizində tərəflərin qarşıdurmasına son verməklə bağlıdır. Müzakirələrdə razılaşmanın olmadığı qeyd edilir. Vaşinqton və Pekin öz mövqelərində qalıblar. Şimali Koreya ilə əlaqəli isə Si Szinpin Çinin daha fəal addım atacağını vəd edib. Yəni Amerika Pekinin Pxenyana təzyiq etməsini istəyir. Çin vəziyyətin ciddiliyini anladığını ifadə edib. Bununla yanaşı, ortada həmin məsələ ilə bağlı konkret bir şey olmadığını da qeyd etmək gərəkdir.

Suriya böhranı ətrafında da vəziyyət eynidir. Maraqlıdır ki, D.Tramp S.Szinpinin şərəfinə şam yeməyi verərkən, onu da deyib ki, Suriyada 59 raket atıblar. S.Szinpin ingilis dilini gözəl bilsə də, 10 saniyə fikirləşib və tərcüməçidən deyiləni Çin dilinə çevirməyi xahiş edib. Sonra isə sakitcə, uşaqlara kimyəvi silah atanlarla sərt davranmağın əsası olduğunu bildirib. D.Tramp tvitter səhifəsində bunu özünün qələbəsi kimi təqdim etsə də, mütəxəssislər müdrik çinlinin ikibaşlı danışdığını vurğulayırlar (bax: məs., Борис Джерелиевский. Встреча с Си Цзиньпинем потрепала "суверенную" репутацию Трампа / "Колокол России", 7 aprel 2017).

Bu dialoq kontekstində mütəxəssislər onu önə çəkirlər ki, nə D.Tramp, nə də Çin məsələsi ilə məşğul olan Trampın kürəkəni Kuşner bu ölkəni yaxşı tanımırlar. S.Szinpin isə Amerikanı çox gözəl tanıyan adamları işə qoşub. Bu vəziyyətdə D.Trampın uğur qazana biləcəyinə şübhə ilə yanaşırlar.

Belə çıxır ki, Amerika və Çin qarşılıqlı olaraq sərt siyasətdən imtina etməyə meylləniblər. Onlar bir-biri ilə savaşmaq əvəzinə tarazlıq yarada biləcək yollar axtarmağa başlayıblar. Anlayırlar ki, yanarmış vəziyyətdə radikalizm heç birinə sərfəli deyil. Məsələnin bu aspekti digər iddialı gücləri müəyyən dərəcədə narahat edir. Rusiya KİV-dən bunu hiss etmək olur. Bir sıra ekspertlər S.Szinpinin ABŞ-la danışıqlardan özünə bəzi faydalı nəticələr qoparmağa məcbur olduğunu vurğulayırlar.

Məsələn, Pekin ABŞ-la ticarət müharibəsindən qaçmağa çalışacaq. Bütövlükdə isə Çin Kommunist Partiyasının növbəti 10-cu qurultayı ərəfəsində iqtidar "iqtisadi və sosial turbulentliyə aparıb çıxaracaq hərəkət, yaxud hadisələrin olmasını özünə rəva görməz" (bax: Визит Си Цзиньпина в США: на что надеется Пекин / TACC, 5 aprel 2017). Göründüyü kimi, Pekində anlayırlar ki, Amerika istəsə, ona problemlər yarada bilər. O cümlədən Cənubi Çin dənizində, Tayvan məsələsində, həm də Şimali Koreya problemində Çinin maraqlarına zidd olan proseslər başlaya bilər. Onda bir sıra ekspertlərin qənaətinin əksinə olaraq, D.Tramp heç də pis oynamır!

Bunlarla yanaşı, məsələnin başqa tərəfini də unutmaq olmaz. Tarixi bir ənənə var ki, Çinin Böyük Avrasiyada geosiyasi balansın təminində xüsusi yeri var. Avropanın başına gələnlər göstərir ki, tarazlaşma faktoru ciddi rol oynayır. Mütəxəssislər bu səbəbdən Çinə münasibətdə "yumşaq balanslaşma və qarşılıqlı faydalı iqtisadi əlaqələr" siyasəti yeritməyin daha doğru ola biləcəyini vurğulayırlar (bax: Гленн Дисен. Россия, Китай и "баланс зависимости" в Большой Евразии / Россия в глобальной политике, 11 aprel 2017).

Bu, status-kvonu saxlamağa imkan verir və "asimmetrik iqtisadi asılılığın" qarşısını alır (bax: Samuel P. Huntington. Why International Primacy Matters / International Security, 1993, Vol. 17, No. 4, pp. 68-83, p. 72). Asimmetrik qarşılıqlı asılılıq, yaxud "asılılıq balansı"nın pozulması daha az asılı olan dövlətə özünə sərfəli iqtisadi şərtlər qoymaq imkanı verir və tərəfdaşı siyasi güzəştə getməyə məcbur edir (bax: Albert O. Hirschman. National Power and the Structure of International Trade. Berkeley: University of California Press. 1945).

Ekspertlərin bu arqumentləri çox maraqlıdır. Ancaq onlar ABŞ-Çin münasibətlərinə heç bir aydınlıq gətirmir, əksinə, vəziyyətin daha mürəkkəb və ziddiyyətli olduğunu bir daha təsdiqləyir. Bu baxımdan Florida görüşünün hansı nəticələr verəcəyi barədə danışmaq bir qədər tələsiklik olardı.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...