THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aprel savaşı: Azərbaycan Prezidentinin mesajları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1327
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 aprel 2017 – Newtimes.az

Bir il bundan öncə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən salındı, bir neçə əlverişli mövqe azad edildi. Azərbaycan böyük bir əraziyə hərbi nəzarəti bərpa etdi. Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi zərbə vuruldu. Erməni əsgərlər silah-sursatlarını atıb döyüş meydanından qaçırdılar. Serj Sarkisyan isə havadarlarından yardım istəməklə məşğul idi, sonra onlardan küsdü, nəhayət, Avropaya üz tutdu. Bir neçə dəfə xahişdən sonra Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırdı. Ancaq rəsmi İrəvan bundan sonra da ədalətsiz, böhtançı, təxribatçı mövqeyindən əl çəkmədi. Son günlər isə erməni rəhbərliyi adi diplomatik etiketi belə gözləmədən Azərbaycanın ünvanına sərsəm ittihamlar səsləndirməkdədir. S.Sarkisyan parlament seçkisində uğur əldə etmək üçün şeytanı belə aldatmağa çalışdı. Bütün bunlar cavabsız qalmır.

Aprel döyüşlərinin həqiqətləri: konkret faktların işığında

Keçən ilin aprel ayının 2-5-də Ermənistanın hərbi təxribatı ucbatından baş verən qısamüddətli savaş artıq tarixə çevrilib. Bu hadisənin geosiyasi, diplomatik, hərbi və siyasi-ideoloji nəticələri ekspertlər tərəfindən aktiv müzakirə olunur. Ermənistan rəhbərliyi də bununla əlaqədar daimi narahatlıqlarını keçirir, müxtəlif uydurma arqumentlərlə reallığı təhrif etməyə çalışır. Lakin Ermənistanın siyasi rəhbərliyinin bu cəhdləri özünü daha çox ifşa etməklə nəticələnir. Çünki aprel döyüşləri elə bir vəziyyət yaratdı ki, artıq onu inkar etmək mümkün deyildir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəqiq fikir ifadə edib.

Ölkə başçısı aprel döyüşlərinin ildönümü ilə bağlı Azərbaycan hərbçilərinin bir qrupunu qəbul edib və orada geniş nitq söyləyib. Prezident nitqində söyləyib: "İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib... Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb" (bax: Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib / AZƏRTAC, 31 mart 2017).

Bu fikirlərdə həm aprel döyüşlərinin başlama səbəbi, həm hərbi əməliyyatların ümumi gedişi, həm də ondan sonra yaranmış vəziyyət konkret və dolğun ifadə edilib. Azərbaycan cavab tədbirlərini Ermənistanın hərbi təxribatının qarşısını almağa uyğun təşkil edib. Və nəyi nəzərdə tutmuşdusa, tam olaraq nail olub. Bunun üçün lazımi səviyyədə hərbi güc tətbiq edib. Bundan kənarda nə danışılırsa, reallığı əks etdirmir.

Ancaq hazırda hərbçilər və beynəlxalq mütəxəssislər həqiqi vəziyyəti çox yaxşı bilirlər. Onlar bütövlükdə vəziyyətin dəyişdiyini vurğulayırlar. Yəni danışıqlar prosesində və bölgədə yeni vəziyyət yaranıb. Artıq rəsmi İrəvan əvvəlki miqyasda saxtakarlığa, özünütərifə, güclü olması barədə cəfəng fikirlər söyləməyə cəsarət edə bilmir. O, öz insanlarını aldatmaq üçün kütlə qarşısında nələrsə çərənləyə bilər, lakin danışıqlar masasında bunu edə bilməz. Çünki Azərbaycan tərəfinin gücünü çox yaxşı bilir. Azərbaycan Prezidenti bütün bunları nəzərdə tutaraq, açıq bəyan edib: "Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın" (bax: əvvəlki mənbəyə).

Doğrudan da, İlham Əliyevin konkret, reallığı əks etdirən dəqiq fikirləri ilə Serj Sarkisyanın məntiqsiz və arqumentsiz danışığı arasında yerlə göy qədər fərq vardır. Erməni lider çıxışlarında heç bir konkret arqument gətirə bilmir, çünki yoxudur.

Yeni geosiyasi reallıq: Ermənistan qəbul etməlidir

Azərbaycanın dövlət başçısı isə yalnız faktlardan çıxış edir, real situasiyanı açır və sözünü qəti olaraq deyir. Bu halda İlham Əliyev xəbərdar edir ki, Azərbaycan bütün gücündən istifadə etsə, düşmənin daşı-daş üstündə qalmayacaq. Ermənistanın siyasi liderləri də bunu başa düşsünlər və söylədiklərinə diqqət etsinlər. Şübhəsiz ki, bu mesaj ünvanına çatıb və təsirini göstərib.

Aprel döyüşlərinin yaratdığı yeni vəziyyətin digər əhəmiyyətli tərəfi geosiyasi faktorla əlaqəlidir. Belə ki, böyük dövlətlər də anladılar ki, Ermənistanın gələcəyi birbaşa onun Azərbaycanla münasibətlərindən asılıdır. Bunun da iki tərəfi vardır. Əvvəla, Azərbaycan iqtisadi baxımdan regionun lideridir. Onun potensialı çoxdur. Cənubi Qafqazda heç bir dövlət Azərbaycanla iqtisadi-energetik əlaqələr qurmadan inkişaf edə bilməz.

Rəsmi Bakı həm də bu potensialını reallaşdırmaq üçün yüksək səviyyədə siyasət apara bilir. Müstəqil olaraq reallaşdırılan daxili və xarici siyasət kursu öz səmərəsini verir. Ona görə də Azərbaycana heç bir kənar qüvvə təsir edə, onun mövqeyini dəyişdirə bilməz. Prezident bu kontekstdə bəyan edib: "Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz" (bax: əvvəlki mənbəyə).

Digər tərəfdən, Azərbaycanın iqtisadi gücü ilə hərbi qüvvəsi uyğunluq təşkil edir. Aprel döyüşləri Ordumuzun peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirdi. Belə ki, əlverişsiz coğrafi mövqedən sürətli əks-hücumla düşməni pərən-pərən saldı və strateji mövqelərə sahib oldu. İndi müzəffər Azərbaycan Ordusu həmin mövqelərdən böyük bir ərazini nəzarətdə saxlaya bilir.

Bundan başqa, iqtisadi qüdrətin konkret təsdiqlərindən biri aprel döyüşlərindən sonra da Azərbaycan Ordusunun lazım olan bütün təchizatının yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqəlidir. Dövlət başçısı bununla bağlı vurğulayıb: "Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib" (bax: əvvəlki mənbəyə).

İlham Əliyev qeyd edilən kontekstdə onu da ifadə edib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan bunu təbliğ etmir. Çünki rəsmi Bakı konkret addımlar atır və onun gücünü bilir, Ermənistan rəhbərliyi isə iqtisadi gücsüzlük ucbatından blef edir, öz əhalisini aldadır. Əgər Ermənistanın maliyyə imkanları geniş olsaydı, indi onun hay-küyündən qulaq tutulardı. Erməni küyçülüyü hamıya məlumdur.

İkincisi, Ermənistanın Azərbaycansız geosiyasi gələcəyi yoxdur. Çünki Azərbaycan Cənubi Qafqazın təkcə iqtisadi lideri deyil, həm də ciddi geosiyasi potensialı olan, konkret əməkdaşlıq formatları təklif edən, onları reallaşdıran, bölgənin təhlükəsizliyi üçün real addımlar atan müstəqil dövlətidir. Bunları nəzərə almadan regionda heç bir təhlükəsizlik modeli davamlı ola bilməz. Heç bir geosiyasi konfiqurasiya səmərə verməz. Bakının iştirakı olmadan geosiyasi sahədə Cənubi Qafqazda hansısa konkret plan həyata keçirmək mümkünsüzdür. Ölkə rəhbərinin aşağıdakı fikirləri bu məqamı gözəl ifadə edir: "Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir" (bax: əvvəlki mənbəyə).

Deməli, kənardan təsir hər nə qədər güclü olsa da, güclü qonşunun marağını nəzərə almağa məcbursan! Aprel döyüşləri həm də bu həqiqəti nümayiş etdirdi! Bütövlükdə regionda yeni geosiyasi, hərbi və iqtisadi situasiyanın meydana gəldiyi göz qabağındadır. Bunların fonunda isə Ermənistan rəhbərliyi danışıqlar masasına ağlını başına toplayıb oturmalıdır. Onun başqa yolu qalmayıb. Azərbaycan aprel savaşından bir il sonra da bu həqiqəti dünyaya bəyan edib. Nəticəni Ermənistan rəhbərliyi çıxarmalıdır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...