THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: Prezident İlham Əliyevin Brüsselə səfəri mühüm əhəmiyyətə malikdir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5982
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 fevral 2017 – Newtimes.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində bu yaxınlarda Brüsselə etdiyi səfər çox böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Brüsselə Avropa İttifaqı rəhbərliyinin rəsmi dəvəti ilə səfər etmişdi. Məlumdur ki, başqa dövlətlərin rəhbərləri də tez-tez Brüsseldə səfərdə olurlar. Prezident İlham Əliyevin səfəri isə həmin səfərlərdən fərqlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov fevralın 11-də jurnalistlərə müsahibəsində deyib.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Bu uğurlu əməkdaşlığın zəngin tarixi var. Ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib. Bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin 9-u ilə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir.

"Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrində əməkdaşlığımız xüsusi yer tutur. Ötən illər ərzində bu sahələrdə çox böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar'', – deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Novruz Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı nümunəvi əməkdaşlıq adlandırmaq olar. Bəzən müəyyən məsələlərdə razılaşmadığımız məqamlar da olub. Bu da onunla əlaqədardır ki, dövlətimizin başçısı İlham Əliyev bütün proseslərdə, əməkdaşlıq məsələlərində Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürür, bu maraqları nəzərə alaraq addımlar atır. Elə bu səbəbdən də bir vaxtlar Avropa İttifaqının Azərbaycana təqdim etdiyi Assosiasiya Sazişi ölkəmiz tərəfindən qəbul olunmadı. Həmin saziş Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyinə görə onunla razılaşmadıq. Əvəzində isə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqına "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş'' layihəsi təqdim olundu. Bu təklif də Avropa İttifaqında təhlil edildi və müsbət qiymətləndirildi. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib və hazırda bunun üzərində iş gedir. Azərbaycan Prezidentinin Brüsselə səfəri də məhz bu məsələ ilə bağlı idi.

Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, səfər zamanı dövlətimizin başçısı Avropa İttifaqının rəhbərləri ilə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edildiyi çox faydalı görüşlər keçirdi. Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi və genişləndirilməsi vacibdir. Keçirilən görüşlərin qayəsini bu təşkil edirdi. Eyni zamanda, ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Avropa İttifaqının bütün rəhbərləri ilə keçirilən görüşlərdə siyasi məsələ də xüsusi qeyd olundu - bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi. Bütün bunları nəzərə alsaq deməliyik ki, səfər çox uğurlu oldu. Bu səfər əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlıqla bağlı sənədin üzərində işin uğurla getməsinə böyük töhfə verəcək.

Novruz Məmmədov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri və digər yüksək səviyyəli rəsmiləri, eləcə də dünyanın böyük şirkətlərinin rəhbərləri ilə keçirdiyi 30-a yaxın görüşün əhəmiyyəti barədə də danışıb. Bildirib ki, bu görüşlər həm dünya dövlətlərinin, həm də böyük şirkətlərin, korporasiyaların Azərbaycanla əməkdaşlığa geniş marağının olduğunu göstərdi.

Son vaxtlar Davos İqtisadi Forumu demək olar ki, bütün məsələlərlə məşğul olur - təhlükəsizlik, enerji, miqrasiya, münaqişələr və s. Bu baxımdan Azərbaycanın Forumda fəal iştirakı çox yüksək qiymətləndirilir. Davosda olmaq əslində dünyada gedən bütün proseslərin istiqamətini, xarakterini, əlaqələrin mahiyyətini öyrənmək deməkdir. Bu, həm də ölkənin yerini, statusunu müəyyənləşdirir.

Azərbaycan-ABŞ əlaqələri ilə bağlı suala cavabında Novruz Məmmədov deyib: "Biz ABŞ ilə həmişə çox yaxşı münasibətlər qurmağa çalışmışıq, əməkdaşlıq etmişik. Ancaq bütün bu proseslərdə Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik maraqlarının qorunmasına xüsusi diqqət yetirib. Müəyyən məsələlərlə bağlı mövqeyimizdə fərq olanda da bunu açıq şəkildə demişik, öz mövqeyimizi bildirmişik''.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər həmişə çox yaxşı olub. Ötən il Azərbaycan Prezidentinin ABŞ-a çox uğurlu səfəri oldu, məhsuldar görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha vurğulandı və bu münasibətlərin davam etdirilməsi arzusu bildirildi. Ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək. Dünyada sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın davam etdirilməsi üçün bu, lazımdır. Çünki Azərbaycan elə regionda yerləşir ki, kiçik ölkə olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində beynəlxalq layihələrin həyata keçirilməsində təşəbbüskar olmuşuq, aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini xüsusi qeyd etmək lazımdır. Azərbaycan ilə əməkdaşlıq hər bir böyük dövlətin marağı çərçivəsindədir. İndi qısa müddət gözləmək lazımdır. ABŞ-ın yeni Prezidenti Donald Tramp öz prezidentlik konsepsiyasını açıqlayıb. O, əvvəlcə daxili proseslərə, sonra xarici siyasət məsələlərinə diqqət yetirəcəyini deyib. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, möhkəmlənməsinə heç bir maneə yoxdur.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, bu məsələni siyasiləşdirmək lazım deyil. Bu, beynəlxalq, dövlətlərarası münasibətlərdə sırf hüquqi bir məsələdir.

"Hüquqa xidmət etmək bu gün beynəlxalq münasibətlər üçün çox vacibdir'', – deyən Novruz Məmmədov əlavə edib ki, bu zaman dövlətlər arasında qarşılıqlı anlaşma, səmimiyyət, əməkdaşlıq da uğurlu olur və bir-birinə inam möhkəmlənir. Bu hadisənin baş verməsi həm də bütün dünya dövlətləri üçün yaxşı bir nümunə oldu ki, bir-birinə kömək etmək, bu cür addımlar atmaq lazımdır.

Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Lapşinin ekstradisiyası hüquqi prosesdir, qayda-qanun, ədalət çərçivəsində həll olunub. Bu, beynəlxalq hüquqda öz əksini tapıb. Təəssüf ki, bu məsələdən sui-istifadə edib ölkələr arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr var idi. Ancaq bunun heç bir nəticəsi olmadı və olmayacaq. Azərbaycan ilə Rusiya arasında əlaqələrin böyük tarixi var. Ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq əlaqələri möhkəm təməl üzərində qurulub. Bizim əlaqələrimizə xələl gətirmək mümkün deyil.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxs yalnız Azərbaycanın razılığı ilə bunu etməlidir. Əgər biz həmin ərazilərimizə səfər edilməsinə razılıq vermiriksə, onda bu səfər qeyri-qanuni olacaq. Biz əlbəttə ki, öz hüququmuzun təmin olunmasını hər zaman tələb edəcəyik.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...