THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni separatizminin xəstə təxəyyülü: faşistlərin kölə nəvələri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2041
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 dekabr 2016 – Newtimes.az

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı ağır zərbə rəsmi İrəvanın psixoloji vəziyyətini elə pozub ki, hələ də reallıq hissindən uzaqdadır. Azərbaycanın bütün istiqamətlərdə dövlət olaraq əldə etdiyi nailiyyətlər bu prosesi daha da dərinləşdirməkdədir. Ölkə başçısı İlham Əliyevin Ağdam və Tərtər rayonlarına səfəri zamanı bu il aprelin əvvəllərində ermənilərin atəşləri nəticəsində qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrində dağıdılmış evlərin bərpası və yenilərinin tikintisi ilə əlaqədar ifadə etdiyi fikirlər erməniləri təlaşa salıb. Onlar Azərbaycanın cəbhə bölgəsində sürətlə quruculuq işlərini aparmasına quldur psixologiyası ilə reaksiya verib, müxtəlif böhtanlar atıb, özlərindən uydurma şeylər danışıblar. Bunlar Ermənistan rəhbərlərinin hələ də xəyal dünyasında qaldığını, regionda geosiyasi aspektdə müsbət heç bir iş görə bilmədiklərini göstərir.

Ədalət və həqiqətdən uzaq: erməni siyasi şüurunun bəzi problemləri

David Babayan adlı bir Azərbaycan vətəndaşı var. İndi o, özünü "DQR" adlanan qondarma qurumun "rəsmi şəxsi" kimi təqdim edir. Şübhəsiz ki, elə bu saxtakarlığına görə, bu tip başqa separatçılarla bir yerdə Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Onun cinayətlərinə son zamanlar torpağında böyüyüb, suyunu içdiyi, cibində pasportunu daşıdığı Azərbaycan rəhbərliyinin ünvanına söylədiyi şər-böhtan da əlavə ediləcək. Bunlara kimsənin şübhəsi olmasın.

Lakin bizi D.Babayan kimi sosial-siyasi və humanitar əhəmiyyəti olmayan cılız canlılar deyil, ümumiyyətlə, Ermənistan adlandırılan bir ölkənin apardığı siyasətin bir sıra məqamları maraqlandırır. Aprel döyüşlərində aldığı güclü zərbədən sonra rəsmi İrəvan başını itirib. O hələ də şokdan ayıla bilməyib. Rəsmi dairələr elə ziddiyyətli, məntiqsiz və sərsəm fikirlər söyləyirlər ki, sağlam düşüncə qətiyyən qəbul etmir. Həm də ona görə ki, həmin fikirlərdə erməni siyasi şüurunun primitivliyi və vəhşiliyi bütün çılpaqlığı ilə özünü göstərir. Özü də, bütün mədəni oxuculardan üzr istəyərək bunu yazmağa məcburuq – onlar mövqelərini çox həyasız bir şəkildə bildirirlər. Özlərini işğal etdikləri Azərbaycan torpaqlarının qanuni sahibi sayaraq, təcavüz aktını ört-basdır etməklə sərhədsiz yalanlar söyləyirlər.

Azərbaycan rəhbərliyinin atdığı hər bir tutarlı addım, ifadə etdiyi tarixi həqiqətlər və ədalətli siyasi bəyanatlar İrəvanda psixi apatiya yaradır. Orada siyasi dairələr kollektiv surətdə psixiatriya xəstəxanasının pasiyentləri vəziyyətinə düşürlər. Ermənistanın böhtançı dairələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki tör-töküntüləri də bu dalğa üzərində nəsə donquldanır, adam kimi danışmağa cəhd göstərir. Ancaq o da alınmır – nəticədə, xəstə adamın sayıqlamaları yaranır! Bu da ermənilərin öz problemləridir.

Bu dəfə erməniləri Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri zamanı ictimaiyyət qarşısındakı çıxışı çox həyəcanlandırıb, onların açıqca böyük qorxu keçirdiyi hiss olunub. Ermənilərin dili topuq çalıb. Azərbaycan rəhbərinin konkret tarixi faktlarla ifadə etdiyi fikirlərə ancaq qərəz, qəzəb və böhtanla cavab verə biliblər. O cümlədən heç bir siyasi statusu olmayan D.Babayan adlı birisi həyəcanından özünü itirib və nə danışdığının fərqinə Azərbaycan məhkəməsində ona veriləcək suallardan sonra varacaq.

İlham Əliyev aprel hadisələri zamanı erməni quldur silahlı dəstələrinin Azərbaycanın mülki əhalisini atəşə tutduğunu və çoxlu sayda evlərin dağıldığını xatırladaraq, bu ziyanı dövlətin qısa zamanda aradan qaldırdığını bəyan edib. Cəmi 6-7 aya yüzlərlə ev təmir edilib, tikilib və vətəndaşlara verilib. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisidir (bax: Düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıq / AZƏRTAC, 3 dekabr 2016).

Azərbaycanın dövlət başçısı çox məntiqi və əsaslı olaraq bu hadisəni dövlətin qüdrətinin göstəricisi kimi xarakterizə edib. Təsəvvür edin, aprel ayında düşmənin hərbi təxribatına Azərbaycan güclü cavab verib, işğal altındakı ərazinin bir qismini qısa zamanda azad edib. Eyni zamanda, cəmi bir neçə aya düşmənin gözlə görə biləcəyi bir ərazidə bərpa işləri apararaq həm qorxmadığını, qələbəyə əmin olduğunu, həm bütün işləri öz torpağında gördüyünü, həm də dövlətin öz vətəndaşına nə dərəcədə qiymət verdiyini nümayiş etdirib. Bunları sadə ermənilər də görür və öz mənfur hakimiyyətləri ilə müqayisə edirlər. Onlar anlayırlar ki, əsl humanist, qayğıkeş, zəngin və demokratik dövlətlə bir sıra dairələr süni düşmənçilik yaradıblar.

Terrorçulara qoyulan heykəllər: qətliamlar üzərində yaradılan qondarma dövlət

Bunu erməni rəhbərliyi də dərk edir və arqumenti olmadığından, məntiqsiz reaksiya verir. Konkret olaraq, Azərbaycan tərəfinə böhtan atır. Şübhə etmirik ki, Azərbaycan Prezidentinin Ağdamdakı çıxışına ermənilərin xəstə təfəkkürü ilə reaksiya verməsinin əsl səbəbi dövlətimizin güclü olması ilə bağlıdır. İşğalçılar görürlər ki, artıq qarşılarında çox qüdrətli ordusu, güclü iqtisadiyyatı, çevik siyasətli rəhbərliyi olan Azərbaycan dövləti dayanıb.

Bu səbəbdəndir ki, bir sıra erməni siyasiləri və üzdəniraq separatçı rejimin tör-töküntüləri qəzəblərindən özlərini tamamilə itiriblər. Baxın, Azərbaycan Prezidenti deyir ki, İrəvan, Zəngəzur, Göycə, Qarabağ Azərbaycan torpaqlarıdır. Əgər bu faktı təkzib edə biləcək bircə dənə də olsun tarixi faktı ortaya qoya bilirlərsə, söz yoxdur. Lakin belə bir fakt yoxdur, ola da bilməz. Regionun tarixini yaxşı bilən insanlar sadalanan ərazilərin Azərbaycana aid olduğunu dəqiq bilirlər. Həmin ərazilərə ermənilərin çar Rusiyası dönəmində haradan, necə və hansı məqsədlərlə köçürüldüyünü də az-çox oxumağı bacaran adamlar bilirlər. Söhbət heç də Azərbaycanda, yaxud Türkiyədə olan arxiv materiallarından getmir. Rusiya arxivlərinin çoxlu sayda sənədləri hər şeyi gün kimi aydınca ortaya qoyur. Bəs onda D.Babayan kimi vəhşi tiplər, ibtidai icma dövrü adamları hansı üzlə həqiqəti inkar edə bilər? Yəni onlar bu dərəcədə axmaq və sadəlövhdürlər ki, Azərbaycanla bağlı dedikləri hər bir böhtana dünyanın sivil və mədəni kəsiminin ancaq istehza ilə güldüyünü görmürlər? Görünür, ya doğrudan da adi həqiqətləri bilmirlər, ya da gördüklərindən çox qorxurlar!

Buyurun, bir faktı da deyə bilərik. Ermənistanda Njde ləqəbli bədnam general Qaregin Ter-Arutyunyanın (1886-1955) heykəlini ucaldıblar. Bu həmin Njdedir ki, İkinci dünya müharibəsi zamanı faşistlərlə əlbir olub. Onun alman qaniçənlərlə əlaqəsi 1934-cü ildən başlayır. Təşəbbüskar da Njdenin özü olub. Erməni faşist əlaltısı və nasisti Hitlerə müraciət edərək əməkdaşlıq təklifini verib. Onun yanında başqa bir erməni, "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan (1883-1956) da olub. Bu iki faşist, terrorçu Almaniyanın işğal etdikləri ərazilərdə cəllad funksiyasını yerinə yetiriblər. Onlar on minlərlə əsir götürülmüş insanlara işgəncə veriblər, qətllər törədiblər. Njde 1944-cü ildə sovet əsgərlərinin əlinə keçir və o, qatil ömrünün qalan hissəsini Vladimir şəhərindəki həbsxanada keçirərək, 1957-ci ildə gəbərir.

Faşizmə qulluq etmiş bir insana hansı ölkədə heykəl qoyarlar? Mahiyyəti faşist olan dövlətdə! Ermənistana bununla bağlı Moskvadan etiraz da bildirilib, erməniləri başa düşmədiklərini deyiblər. Ancaq biz erməniləri də, rusları da yaxşı başa düşürük. Təcavüzkara və satqına yardım edənlər həmişə növbəti zərbəni elə satqının özündən alırlar. Minlərlə rus əsgərini qətlə yetirən Dro və Njdeyə Ermənistanda heykəl qoyur, onların vəhşiliklərini, cəlladlıqlarını qəhrəmanlıq kimi təqdim edirlər. Bununla da ermənilər Rusiyanın özünə qarşı hərəkət edir, özlərinə yeni ağa tapmaq arzusuna düşürlər.

Erməni faşizminin cinayət əməlləri bunlarla bitmir. Xocalıda, Şuşada, Ağdamda, Sumqayıtda və başqa yerlərdə onların törətdikləri vəhşiliklərin dünyada bənzəri yoxdur. Başqa güclərin əmrlərini köləcəsinə yerinə yetirib, onların qurduqları oyunlarda oyuncaq olan erməni terrorçuları və faşistləri Babayan, Sarkisyan, Saakyan, Koçaryan və başqalarının timsalında əməllərini davam etdirirlər. Bu adamların işlərindən ermənilərin özləri də ziyan görməkdədirlər. Ən azından erməni dövlətçiliyinin özünütəsdiq prosesi getmir – bu günə qədər Ermənistanın suverenliyi başqalarının iradəsi altında inildəməkdədir.

Əslində, bizim üçün səviyyəsiz, gerizəkalı adamların mövqeyi maraqlı deyil. Azərbaycan müstəqil dövlət kimi öz siyasətini bütün şərtlərdə yeridir və buna davam edəcək. Düşündürücü odur ki, erməni terroru və faşizminə Qərb dövlətləri olduqca laqeyd yanaşır, ermənilərin əsassız, qərəzli və böhtançı mövqelərini tənqid etmirlər.

BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər, lakin onların heç biri yerinə yetirilməyib. Həmin sənədlərdə Dağlıq Qarabağı və onun ətrafındakı rayonları Ermənistanın işğal etdiyi açıqca göstərilib. Erməni məntiqinə görə, BMT, ATƏT kimi təşkilatlar da "faşist" təşkilatlarıdır! Bu kimi absurd iddialara, yalanlara dünya siyasətçiləri nə vaxta qədər reaksiya verməyəcəklər? Onların əsassız erməni və xristian təəssübkeşliyi bumeranq kimi özlərinə qayıdacaq. O gün uzaqda deyil!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...