THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Avroparlamentin qətnaməsi Azərbaycan ilə əməkdaşlığını təhlükə altına sala bilər"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15542
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Son vaxtlar Azərbaycana qarşı aparılan kampaniya sistemli və ardıcıl xarakter alıb.

Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Avropa Parlamentinin Azərbaycanda demokratiya və insan haqları ilə bağlı vəziyyətin tənqid olunduğu qətnaməsinə münasibət bildirərkən 1news-a deyib.

"Belə təəssürat yaranır ki, Qərbin bütün xarici siyasət mexanizmi (o isə çox güclüdür – bura müxtəlif mərkəzlər, təşkilatlar, QHT, KİV və digər institutlar daxildir) bizə qarşı işləyir. Əlbəttə, belə hal bizi narahat etməyə bilməz.

Görünür Azərbaycanın "Eurovision” müsabiqəsində qələbəsi bu qüvvələri hərəkətə gətirib. Son 20 ildə Azərbaycan müstəqil bir dövlət olaraq, dövlətlərarası münasibətlərin, ilk növbədə isə Qərblə münasibətlərin uğurlu modelini qurmaq üçün əlindən gələni edib. Heç də hər bir ölkə belə bir uğura nail olmur.

Biz çox uğurlu yol keçmişik. Bununla yanaşı, Azərbaycanın özü inkişafında böyük sıçrayış edib. Lakin son vaxtlar biz qəribə tendensiya müşahidə edirik – elə bil, Avropada bizə qarşı birləşiblər.

Xatırlatmaq istəyirəm ki, son onillik ərzində ən qorxulu iqtisadi böhranı yaşayan Avropa özü bilmir ki, bu vəziyyətdən necə çıxsın.

Bununla yanaşı (bəlkə də, səbəb elə budur) Avropanın bəzi strukturları müxtəlif bəyanatlarla çıxış edərək, qərarlar qəbul edirlər. Və bu hal bizi çox təəccübləndirir.

Konkret olaraq, Avropa Parlamentinin sonuncu qərarına toxunaraq qeyd etmək istəyirəm ki, onun hər bir bəndinin diqqətlə öyrənilməsi bizdə təəccüb hissi doğurur. Əgər bu qərarın tonunu təhlil etsəniz, sizdə hansısa avropalı nazirin öz strukturuna göstərişlər verdiyi təəssüratı yaranacaq.

Biz hesab edirik ki, bizimlə belə danışıq tonu yolverilməzdir və münasibətlərimizin modelinə uyğun deyil. Ölkəmizin ətrafında cərəyan edən bütün hadisələri təhlil edərək bu fikrə gəlirsən ki, xaricdəki bir çox dairələr bizim inkişafımız və müstəqil siyasətimizi "həzm etmək” iqtidarında deyil.

Bizim siyasi sahədəki uğurlarımız, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bu qurumda sədrliyi, böyük beynəlxalq tədbir olan, bir neçə yüz milyondan ibarət teleauditoriyanı əhatə edən "Eurovision” müsabiqəsində qələbəsi elə bil bizim düşmənlərimizi hiddət və paxıllıq vəziyyətinə gətirib.

Əlbəttə, müsəlman Azərbaycanın belə qısa dövr ərzində sürətlə inkişaf etməsi bu dairələri narahat etməyə başlayıb. Və onlar bir komanda ilə ölkəmiz haqqında məni informasiya yaymağa başlayıblar. Yeri gəlmişkən, son vaxtlar təkcə biz deyil, bir çoxları da Avropada islamofobiyanın yayıldığını qeyd edirlər.

Multikulturalizm ideyalarını tətbiq edən və digər ölkələri də onu qəbul etməyə çağıran avropalılar özləri nəinki ondan üz döndəriblər, hətta tapdaq altına salıblar. 50-60 il ərzində avropalılar əsasən özlərinin keçmiş müstəmləkələrinin əhalisindən "qara işlərin” görülməsi üçün istifadə edirdilər, indi isə mühacirlərin olmasından şikayətlənirlər. Lakin iş heç də bununla bitmir, - islamofobiya ilə yanaşı indi Avropada yenidən neofaşistlər baş qaldırırlar.

Özünüz baxın, 77 günahsız insanı qətlə yetirən terrorçu Anders Breyvik üçün necə məhkəmə tamaşası qururlar və onunla necə rəftar edirlər, bəs ərəb kökləri olan "Tuluza nişançısı” ilə necə amansız rəftar etdiklərinə diqqət yetirin. Əlbəttə, bütün bunların hamısı təşviş doğurmaya bilməz. Ölkəmizə qarşı keçirilən "qara piar” kampaniyasının da səbəbləri məhz bu deyilmi?

Avropa qurumlarının nümayəndələri və Avropa dövlətlərinin rəhbərləri belə məsələlərə diqqətlə yanaşmalıdırlar.

Belə qərarlar qəbul edərkən onların nəticələri haqqında da düşünmək lazımdır. Əgər biz bu qərarın maddələrinə nəzər salsaq görərik ki, onların hamısı yalan və uydurma üzərində qurulub.

On minlərlə insan köhnə evlərindən köçürülüb, onlara yeni və təmir olunmuş evlər ayrılıb. Ancaq Azərbaycanın hansısa vətəndaşı Avropa qurumlarına şikayət məktubu ilə müraciət edib ki, guya ona tələb etdiyi təzminatı ödəməyiblər və onlar da bu şikayəti öz qətnamələrinə daxil ediblər.

Ya da bir müddət əvvəl Azərbaycanın keçmiş vətəndaşı, hal hazırda Almaniyada yaşayan və artıq bu ölkənin vətəndaşı olan qadın evinin sökülməsi zamanı bunun əvəzində ona ödənilməli olan təzminatın ədalətli şəkildə ayrılmadığından şikayətlənib. Lakin onun şikayətini araşdıranda bizə məlum oldu ki, ona köhnə 60 kv.m-lik evinin əvəzinə 125 kv.m-lik təmir olunmuş mənzil ayrılıb.

Lakin o Almaniyada pulunu tələb edir və ona ədalətli şəkildə deyilir: gəlin, öz evinizi təhvil alın və onunla nə istəyirsinizsə edin. Təəssüf ki, belə məişət məsələləri Avropa parlamentində müzakirə mövzusuna çevrilir. Yaxud da siyasi məhbuslarla bağlı olan məsələ. Biz avropalı tərəfdaşlarımıza dəfələrlə bildirmişik: gəlin müəyyən edək, "siyasi məhbus” anlayışı hansı prinsiplərlə müəyyən olunur. Lakin onlar hər dəfə müzakirələrdən yayınıblar və bu məsələni şişirdiblər.

Bundan əlavə, biz hər dəfə deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, əgər kimsə cinayət törədibsə və özünü "siyasi məhbus” kateqoriyasına aid edirsə, bu ölkəmizdə siyasi məhbusların olmasına dair mübahisələrin müzakirə mövzusu ola bilməz. Məgər Avropa ölkələrinin öz problemləri yoxdur ki, onlar Azərbaycanın problemləri ilə məşğul olurlar? Axı biz Yunanıstanın, İspaniyanın və digər ölkələrin hansı vəziyyətdə olduqlarını görürük.

Çünki bu ölkələrin sakinlərinin işləmək, yaşamaq, pulsuz tibbi xidmətdən istifadə etmək və onlardan alınan bir çox başqa şeylərə haqları var. Öz vətəndaşlarının hüquqları nə üçün Avropa parlamentarilərini maraqlandırmır? Bütün bunlar Azərbaycana qarşı tətbiq edilən maksimum və adekvat olmayan ikili standartların təzahürüdür.

Bu düzgün deyil, çünki belə fqərarları qəbul edənlər bu şəkildə Azərbaycanın Avropa ilə münasibətlərinə xələl gətirdiklərini düşünmürlər. Azərbaycan Avropa İttifaqının mehriban qonşuluq siyasəti, "Şərq Tərəfdaşlığı” proqramı, indi isə üstəlik imzalamağa hazırlaşdığı assosiasiya sazişi çərçivəsində Avropa ilə öz münasibətlərini uğurla davam etdirir. Lakin belə qətnamələrin qəbul edilməsi və ölkəmizə qarşı qərəzli münasibət, əməkdaşlığımızı böyük sual altına qoya bilər.

Mən əvvəl də bu barədə demişəm - Qərbin ölkəmizə qarşı bu münasibəti Avropanın nüfuzunu və ona etibarı aşağı salacaq ki, bu 3da sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə, biz bir daha bəyan edirik ki, bu qətnaməni qəbul etmirik və onunla razılaşmırıq.

Əgər Mərkəzi Asiya ölkələrinin 2-3 il bundan əvvəl və indi Avropaya göstərdikləri münasibətlərinə nəzər yetirsək görərik ki, bu münasibət kəskin şəkildə dəyişib. Və bu da Avropanın bu siyasətinin nəticəsidir”, -deyə N.Məmmədov bildirib.

O həmçinin Avropanın müəyyən dairələri və İran tərəfindən Azərbaycana qarşı sinxron təzyiq arasında əlaqənin olma ehtimalını da istisna etməyib.

"Və bu mərkəzlərin bir çox məsələlər üzrə tamamilə əks mövqedə olmasına baxmayaraq bizə qarşı vahid mövqedən çıxış etmələri çox təəccübləndirir.əgər biz baş verən ıson hadisələrin çronologiyasına nəzər yetirsək görərik ki, İran və Avropa İttifaqnın hərəkətlərinin Azərbaycana qarşı münasibətdə hardasa sinxronlaşdığını təəccüblə mühahidə edə bilərik. Yəni, bütün bunlar çox qəribə görünür.

Bütün bu mərkəzlər bizim inkişafdan narahatdırlar. Onlar "Eurovision” müsabiqəsini müşahidə edərək qəzəblnirlər, - nec oldu ki Azərbaycan belə uğurlar əldə etdi? Və bizim uğurları "həzm edə” bilmirlər. Azərbaycan siyasət və enerji sahələrində, terrorçuluğa qarşı mübarizə sahəsində həmişə Qərbin etirablı tərəfdaşı olub.

Bu gün ABŞ prezidenti Barak Obama bunu bir daha Respublika Günü münasibəti ilə prezident İlham Əliyevə yazdığı təbik məktubunda bunu bir daha qyd etdi. Ona görə bütün bu uğurlara kölgə salmaq lazım deyil. Azərbaycan Qərblə əməkdaşlıq və münasibətlərin uğurla inkişafını davam etdirmək imkanına malik olmalıdır.

Və biz bu yolun davam etdirilməsində maraqlıyıq. Lakin Avropa strukturlarının belə addımları, qətnamələri bütün bu nailiyyətləri böyük sual altına qoya bilər. Hamı Azərbaycanın mühüm regional mərkəz kimi əhəmiyyətini başa düşməli və bu münasibətlrə xələl gətirməkdənsə, onunla etibarlı münasibət qurmalıdır”, -deyə N.Məmmədov bildirib.

Gün.Az

25 May [19:17]

URL: http://www.gun.az/politics/39600

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...