Co Bayden ABŞ prezidenti vəzifəsinə başladıqdan 100 gün keçdikdən sonra önəmli açıqlama verib: "Bu ilin 11 sentyabr tarixinə qədər Amerika qoşunları Əfqanıstanı tərk edəcək". Hazırda ABŞ-ın Əfqanıstanda 2500-ə yaxın hərbçisi var ki, bu da Barak Obamanın prezidentliyi dövründəki 100 min hərbçidən xeyli azdır.
Müasir dünyada belə presedent tapmaq çətindir ki, dövlət və ya hökumət başçısı bütöv dövlətin informasiya müharibəsinə görə məsuliyyətin bütün yükünü, ağırlığını üzərinə götürə bilsin. Sayılı günlər bundan əvvəl özünün dördüncü prezidentlik müddətinin üçüncü ilində İlham Əliyev misli görünməmiş informasiya fəaliyyəti başlatdı və bununla da yetişkin dövlət aparatının fəal işini yerinə yetirmiş oldu. Azərbaycan-Ermənistan sərhədində iyul qarşıdurması günlərindən bu yana yüzlərlə çıxış, xarici KİV-lərə çoxsaylı müsahibələr, yeni siyasi tarixdə görünməmiş rekord – dörd saatlıq müsahibə...
Postmünaqişə dövründə aşkar problemlər mövcuddur və onların öhdəsindən gəlmək lazımdır. Hələ də həll edilməmiş problemlər mürəkkəb məsələlərdir. Odur ki, tərəflər şəffaf olmalı, əməkdaşlıq etməli və qarşılıqlı güzəştlərə getməlidir. Əlbəttə ki, keçmişin dəhşətlərindən uzaqlaşmaq kimi səmimi istək varsa...
Cənubi Qafqazın siyasi simasını və geosiyasi mozaikasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi. Hazırda bütün dünyanı, xüsusilə xristian təəssübkeşliyi zəminində Ermənistanı, dünyanın 66 ölkəsinə xərçəng xəstəliyi kimi yayılmış erməni lobbisi və diasporunu bir sual düşündürür: bu necə oldu ki, bu baş verdi?...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün kritik bir dövrdə Türkiyəyə səfər edib. O, aprelin 10-da baş tutan və səfər zamanı keçirilən 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün təmin olunması və toxunulmazlığı onlar üçün başlıca prinsiplərdəndir.
Aprel döyüşlərinin başlamasından 5 il ötür. Döyüşlər niyə başladı? Hadisədən bir müddət əvvəl Ermənistan rəsmiləri Azərbaycana və Türkiyəyə qarşı ənənəvi hədələmə ritorikası ilə çıxış edirdi. Ölkənin o vaxtkı prezidenti Serj Sarqsyan erməni gəncləri ilə görüşdə Türkiyəyə qarşı ittiham irəli sürmüşdü, 1915-ci ilin aprelində baş verən hadisələri təhrif etmişdi. Bundan başqa, o, Qarabağın ermənilərə aid olduğunu iddia etmişdi.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...