Azərbaycanın dövlət müstəqilliyinin bərpası ötən əsrdə xalqımızın ən böyük uğuru kimi tarixə düşdü. Ancaq bu tarixi nailiyyətin böyük qurbanlar hesabına başa gəldiyini hər kəs bilir. Məhz böyük siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə söykənərək atdığı qətiyyətli addımlar sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı. Böyük mübarizə sayəsində qazanılmış müstəqilliyimiz ulu öndərin titanik fəaliyyəti sayəsində gücləndi və Vətənimizin daha da inkişafı üçün lazımlı möhkəm təməllər qoyuldu. Azadlığı və müstəqilliyi milli sərvət hesab edən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət kimi güclənməsinə və beynəlxalq arenada öz layiqli yerini tutmasına şərait yaratdı. Ulu öndərin rəhbərliyə qayıdışı Azərbaycanın xilasının və hərtərəfli inkişafının möhtəşəm başlanğıcı oldu.
ABŞ ilə Azərbaycanın münasibətlərini İkinci Qarabağ müharibəsinə qədər olan və ondan sonrakı mərhələyə bölmək olar. Keçən əsrin 90-cı illərinin əvvəllərindən Vaşinqtonun Cənubi Qafqaza marağı böyük olub. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi burada ciddi təsir imkanlarına malik olub. Dünyanın ən qüdrətli ölkəsi kimi Azərbaycanla müxtəlif sferalarda, o cümlədən enerji sahəsində əməkdaşlığa meyl göstərib. Ancaq Ermənistanın təcavüzünün qarşısını almaqda və regionda ədaləti bərpa etməkdə Vaşinqton bir qədər qeyri-müəyyən mövqe tutub. Hər bir halda İkinci Qarabağ müharibəsinə qədər ABŞ-Azərbaycan münasibətlərinin perspektivindən daha çox danışılırdı. Hazırda postmüharibə mərhələsində ekspertlər üçün bu münasibətlər daha böyük aktuallıq kəsb edir.
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Ekspertlər xüsusən qırx dörd günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir.
Azərbaycan təxminən üç onillik idi ki, beynəlxalq ictimaiyyətə car çəkir, qonşusu Ermənistanın onun ərazilərini işğal altında saxlaması ilə bağlı problemin həllini istəyirdi. Azərbaycan əraziləri təxminən 30 il idi ki, işğal altında qalmışdı. Söhbət Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayondan gedir.
Fondun Ermənistanda geniş fəaliyyəti hər kəsə məlumdur. Sorosun maliyyələşdirdiyi deputatlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyinin sponsorunun Açıq Cəmiyyət İnstitutu olduğu ehtimalı gündən-günə özünü təsdiqləyir. Onun maliyyəsi hesabına Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq demokratiya adı altında ölkədə avtoritar rejim yaradır.
Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrdir. Belə ki, Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçılarından biridir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir.
Bakı üçün Rusiya atəşkəsin və postmüharibə dövründə regional razılaşmaların yerinə yetirilməsinin zəmanətçisidir. Odur ki, Moskva regionda gərginliyin azaldılmasına çalışmalı, sülh quruculuğu ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə töhfə verməlidir. Məsələn, Ermənistanla Azərbaycan arasında regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına. Moskvanın Ermənistan ordusunu modernləşdirməsi və bu ölkəyə hərbi yüklər göndərməsi kimi addımları Bakının narahatlığına səbəb olur. Bu, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyi haqda da çoxlu suallar yaradır.
ABŞ dünyanın supergücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif, illüziya imiş.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...