THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO artıq Rusiyanı düşmən hesab edir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1873
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 may 2014 – Newtimes.az

NATO 20 il Rusiya ilə tərəfdaşlıq münasibətləri qurmaq cəhdlərindən sonra Moskvanı rəqib kimi qəbul etməyə başlayır. Bu bəyanatla alyansın baş katibinin müavini, ABŞ-ın Rusiyadakı sabiq səfiri Aleksandr Verşbou çıxış edib.

''Assoşieyted Press'' agentliyi NATO rəsmisinin çıxışından sitat gətirir: "Aydındır ki, rusiyalılar NATO-nu düşmən elan ediblər. Ona görə də biz bundan sonra Rusiyaya tərəfdaşdan çox düşmən kimi baxmalıyıq''.

Verşbounun dediyinə görə, Krımın işğal edilməsi və Ukraynanın şərqində vəziyyətin gərginləşməsi NATO ilə Moskva arasında münasibətləri köklü şəkildə dəyişib.

Sabiq səfir bildirib ki, 65 il əvvəl keçmiş Sovet İttifaqına qarşı dayaq kimi yaradılmış Şimali Atlantika alyansı Rusiya sərhədlərinin yaxınlığında yerləşən NATO üzvlərinə, məsələn, SSRİ-nin bir hissəsi olmuş Baltik ölkələrinə qarşı hər hansı təcavüzünün qarşısını almağa yönəlik yeni müdafiə tədbirləri üzərində işləyir.

Verşbou qeyd edib ki, NATO-nun mümkün tədbirləri arasında Şərqi Avropada müttəfiq döyüş qüvvələrinin daimi, yaxud rotasiya əsasında daha böyük kontingentinin yerləşdirilməsi məsələsi müzakirə olunur.

Xatırladaq ki, ötən ayın 1-də NATO Şurası xarici işlər nazirləri səviyyəsində Rusiya ilə həm hərbi, həm də mülki sahələrdə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...