THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın geosiyasi çətinlikləri: reallıqdan uzaq mövqe

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
45810
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 may 2014 – Newtimes.az

Son zamanlar Ermənistanın daxili siyasi səhnəsində gərginlik daha da artıb. Bunun bir tərəfi ölkədə sosial-siyasi və iqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədardırsa, digər aspekti xarici siyasətdəki uğursuzluqlara bağlıdır. Hazırda erməni siyasətçilər bir-biri ilə amansız mübarizə aparırlar. "Qara piar" daha çox istifadə olunur. Qarşılıqlı ittihamlar güclənir. Maraqlıdır ki, bu zaman bölgə mənsubluğundan da siyasi arqument kimi istifadə edirlər. Geosiyasi sahədə Yerevanın üz-üzə gəldiyi bir sıra faktlar bu gedişata əlavə gərginlik verir.

"İki qarabağlı"nın savaşı: qurşaqdan aşağı zərbələr

Ermənistan növbəti dəfə daxili və xarici siyasətin ziddiyyətləri içərində çapalayır. Sözün həqiqi mənasında problemlər o dərəcədə artıb ki, ondan çıxış yollarının tapılması çətin işə bənzəyir. Hazırda ölkədə siyasətçilər arasında hakimiyyət uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Burada rəqiblərin bir-birinə qarşı hətta qanunsuz üsullardan istifadə edərək addımlar atdığı müşahidə edilir. Həmin sırada R.Koçaryan-S.Sarkisyan qarşıdurmasının daha kəskin fazaya keçdiyini demək olar.

Ermənistanın keçmiş prezidenti R.Koçaryan jurnalistlərə verdiyi son müsahibələrinin birində S.Sarkisyanı kəskin tənqid edib. Onun tərəfdarları isə açıq şəkildə S.Sarkisyanın vəzifədən getməsini tələb edirlər. R.Koçaryan hökumətin təklif etdiyi konstitusiya islahatlarını əsassız adlandırıb. Onun bu davranışı faktiki olaraq Ermənistanda siyasi vəziyyətə gərginlik və müəyyən anlaşılmazlıq gətirib.

Məsələ ondadır ki, ekspertlər 2007-ci ildə "iki qarabağlı" – R.Koçaryan və S.Sarkisyanın öz aralarında razılığa gəldiklərini deyirdilər (bax: Наира Айрумян. "Два карабахца" и деградация "политики" / "Lragir.am", 23 aprel 2014).

Bu razılığın konkret nədən ibarət olduğu dəqiq bilinməsə də, indi onların bir-birinə düşmən kəsilməsi, hansınınsa düzgün davranmadığını göstərir. R.Koçaryanın əsas dərdi yenidən prezident olmaqdır. S.Sarkisyan isə tutduğu vəzifədən nəinki əl çəkmək istəmir, hətta öz həmyerlisinin kadrlarını vurur. Problemin mahiyyəti bundan ibarətdir.

Belə ki, bir müddət bundan əvvəl Ermənistanın dövlət başçısı hökuməti yeniləşdirdi. Baş nazir postuna L.Ter-Petrosyan və R.Koçaryan dönəmində yüksək vəzifələr tutmuş Ovik Abramyanı təyin etdi. Bu, "maraqlı" kadrdır. Onun keçmiş şefi R.Koçaryan deyib ki, O.Abramyan baş nazirin yaxşı köməkçisi idi, ancaq hökumətə başçılıq etmək üçün səviyyəsi çatmır (bax: Акоп Бадалян. Два "отречения" Овика Абрамяна на пути к президентству / "Lragir.am", 23 aprel 2014). Bu fikir O.Abramyanı incidib və o, eks-prezidentlərin hər ikisini tənqid edib. Baş nazirin bu hərəkətini ekspertlər "can qurtarmaq", "öz keçmiş havadarlarından imtina etmək" kimi qiymətləndiriblər.

Ancaq məsələnin kökü bunda deyil. O.Abramyan sadəcə, özünü təmizə çıxarmaq və təhqir olunmuş ləyaqətini qorumaq istəyib. Buna onun nə dərəcədə nail olduğu başqa mövzudur. Reallıq ondan ibarətdir ki, o, "iki qarabağlı"nın hakimiyyət iddiasının məngənəsində qalıb. Özü də həmyerlilər arasında münasibətlərin qızışmasında suriyalı Ter-Petrosyan əsas rol oynayır.

Ermənistanın birinci prezidenti hazırda R.Koçaryanı dəstəkləyir ki, S.Sarkisyanı hakimiyyətdən salmaq şansı yaransın. Bu səbəbdən təsadüfi deyil ki, indi KİV-də əsas olaraq "iki qarabağlı"nın qarşıdurmasından daha çox yazılır.

Bunlarla yanaşı, ekspertlər maraqlı bir ideyanı meydana atırlar. Onlar O.Abramyanın özünün prezident olmaq iddiasından danışırlar. Bu o deməkdir ki, baş nazir hər üç havadarını aldada bilər. Bu versiyanın nə dərəcədə əsaslı olduğunu demək çətindir. Lakin yaranmış vəziyyət Ermənistanın daxili siyasi mühitinin son dərəcə ziddiyyətli və gərgin olduğunu təsdiqləyir.

"Qafqaz-Avrasiya vassal ölkəsi"nin geosiyasi "arqumentləri"

Bu aspektdə ölkənin xarici siyasətində mövcud olan bir sıra qeyri-müəyyənlikləri də unutmaq olmaz. Ermənistan ekspertləri artıq öz dövlətləri haqqında istehza ilə danışırlar. Onlar "oyuncaq ölkə", "forpost", "böyük tıxac", "Qafqaz-Avrasiyanın vassal ölkəsi" və s. kimi ifadələri Ermənistana aid edirlər (bax: məs., Игорь Мурадян. Американский посол: обратная связь / "Lragir.am", 21 aprel 2014).

Ermənilər geosiyasi müstəvidə ölkənin mürəkkəb vəziyyətə düşməsinə iki aspektdə qiymət verirlər. İlk növbədə, Rusiya istənilən vaxt erməni rəhbərləri çağırıb qulaqburması verir. İndi bunun əyani təsdiqi xarici işlər naziri S.Lavrovun E.Nalbandyanı qəfil Kremlə dəvət etməsindədir.

Ekspertlər Moskvanın Qazaxıstan və Belarusla əlaqədar son dövrlərdə yaranmış bəzi məsələlərin həllində Yerevandan istifadə etmək fikrində olduğunu yazırlar. Ancaq söhbət burada erməni diplomatiyasının barışcıl gücündən yararlanmaqdan yox, Ermənistanı kor-koranə Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqına daxil edib, digərlərinə oyuncaq kimi nümunə göstərməkdən gedir (bax: Наира Айрумян. Зачем Лавров позвал Налбандяна в Москву / "Lragir.am", 21 aprel 2014).

Digər məsələ kimi rəsmi Yerevanın Dağlıq Qarabağla bağlı Moskvanın hər bir şərtinə əməl etməsini göstərirlər. Son olaraq, V.Putinə "Arsax"ı rəsmi Yerevanın "hədiyyə etmək" fikrində olduğunu vurğulayırlar (bax: Акоп Бадалян. Почему Путину предложили Арцах / "Lragir.am", 22 aprel 2014). Qəribədir ki, bütün bu proseslərə Azərbaycanın təsir etdiyini yazırlar.

Bu müstəvidə ermənilərin "arqumentləri" Cənubi Qafqazda Türkiyə və Azərbaycanın nüfuzunun artması ilə bağlı görünür. Belə ki, onlar əvvəlcə, Qərbi regionda hansı dövlətlərə üstünlük vermək məsələsində doğru addım atmamaqda ittiham edirlər (bax: Игорь Мурадян. Göstərilən məqaləsinə). Guya Amerika başda olmaqla Avropa ölkələri əsas diqqəti Ermənistan və Gürcüstana yönəltmək əvəzinə, Türkiyə və Azərbaycana üstünlük verirlər.

O cümlədən, may və iyun aylarında İran məsələsində ciddi razılaşmaların ola biləcəyini nəzərə alaraq, hesab edirlər ki, regiondan Qərbə nəql ediləcək enerji daşıyıcılarının marşrutu Ermənistandan keçməyəcək. Obrazlı desək, Ermənistan "neft borusu üçün böyük tıxaca" çevrilə bilər (bax: Наира Айрумян. Армения – большая пробка в нефтяной трубе / "Lragir.am", 21 aprel 2014).

Belə çıxır ki, Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlər rəsmi Yerevanı xeyli dərəcədə qıcıqlandırıb. O, real surətdə qeyri-müəyyən vəziyyətə düşüb. Erməni siyasətçilər bir şeyi etiraf etmək iqtidarında deyillər ki, hər bir dövlətin nüfuzu onun özünün yeritdiyi siyasət nəticəsində formalaşır.

Başqasından daim asılı vəziyyətdə olmaq və kimdənsə yardımlar diləmək, havadar axtarmaqla müstəqil dövlət qurmaq mümkün deyildir. O cümlədən, müasir mürəkkəb dünyada həmin üsulla geosiyasi nüfuz qazanmaq imkansızdır. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla bir daha sübut edir ki, xarici siyasəti müasir dövrün tələblərinə cavab vermir. Konkret olaraq, bu dövlət əməkdaşlığa, regional inteqrasiyaya can atmır. Onun məqsədi qonşu ölkələrin ərazisinə təcavüz etməklə regionda gərgin vəziyyət yaratmaqdır. Bu cür hal rəsmi Yerevanın aqressiv xarici siyasətinə "humanistlik" donu geyindirməyə xidmət göstərir. Ancaq bu maskanın altında xəbislik, qısqanclıq və dağıdıcılıq gizlənir.

İqor Muradyan yazır ki, Qərb Ermənistana stavka etməli idi, ancaq qlobal miqyasda baş verən geosiyasi hadisələr Azərbaycana daha çox etibar edilməsinə səbəb oldu. Hazırda Gürcüstanla bir yerdə Bakı və Ankara regionun siyasi nəbzini müəyyənləşdirirlər (bax: Игорь Мурадян. Göstərilən məqaləsinə).

Bu fikirləri ifadə edən erməni ekspert dərhal vurğulayır ki, əgər Ermənistan-Gürcüstan ikiliyi önə çıxsaydı Bakı ilə Ankara kənarda qalacaqdı. Bu da, guya sivil dünyanın maraqlarına uyğun olacaqdı. Göründüyü kimi, erməni siyasi şüurunda barış, bir yerdə inkişaf etmək məqamı yox dərəcəsindədir. Onlar hələ də özlərini başqalarından üstün görür, bu əsasda da təcavüzkar planlarını unutmurlar. Ancaq reallıqda tamamilə fərqli proseslər gedir. O başqa məsələdir ki, rəsmi Yerevan onları görə bilmir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...