THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İslandiya Aİ-yə daxil olmaqdan imtina edir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1249
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 fevral 2014 – Newtimes.az

İslandiya əvvəllər planlaşdırıldığı kimi, referendum keçirmədən Avropa İttifaqına daxil olmaq planlarından imtina edəcək. Mərkəzçi Tərəqqi və sağçı Müstəqillik partiyaları İslandiyanın Aİ-yə daxil olması üçün verdiyi ərizənin geri götürülməsi üzrə razılıq əldə edib.

İslandiyanın xarici işlər naziri Qunnar Bragi Sveynsson dövlət telekanalına bildirib ki, müvafiq təklifi Nazirlər Kabinetinin iclasına çıxaracaq.

Ölkənin 2013-cü ilin sentyabr ayında Aİ-yə daxil olması ilə bağlı danışıqların dayandırıldığını nəzərə alsaq, belə bir qərar gözlənilməz təsir bağışlamır. Bununla yanaşı qeyd edilir ki, elə həmin ilin yazında parlament kampaniyası zamanı, sonralar koalisiya hökuməti formalaşdıran partiyalar Avropaya inteqrasiya məsələsini referenduma çıxaracağını vəd etmişdi.

Parlament əksəriyyətinin təsdiqlədiyi qanun layihəsində deyilir: "Yeni ərizə (Aİ-yə daxil olmaq üçün) ilkin referendum keçirilmədən təsdiq edilməyəcək və İslandiya xalqının Avropa İttifaqına birləşib birləşməmək arzusu əsas sayılacaq''.

Qeyd edək ki, ictimai rəy sorğularının nəticələri ölkə vətəndaşlarının əksəriyyətinin Aİ-yə qarşı olduğunu göstərir.

Bununla yanaşı, İslandiya Şengen vizası və Avropa iqtisadi zonasına daxildir. Ölkənin Aİ-yə daxil olmasına əsas maneə quruma birləşmək üzrə danışıqlarda indiyə kimi balıq ovu məsələsinin qaldırılmamasıdır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...