THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropada korrupsiyanın miqyası ağlasığmaz həddə çatıb

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1609
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 fevral 2014 – Newtimes.az

Avropada korrupsiyanın miqyası ağlasığmaz həddə çatıb. Korrupsiya Avropa İttifaqının iqtisadiyyatına ildə 120 milyard avro ziyan vurur.

"Euronews'' telekanalının məlumatına görə bu fikirlər Avropa İttifaqının daxili işlər üzrə komissarı Sesiliya Malmströmün hazırladığı hesabatda yer alıb. Onun sözlərinə görə, korrupsiyanın vurduğu real ziyan 120 milyarddan çox yuxarı ola bilər. Hesabatda qeyd olunur ki, bu rəqəm Avropa İttifaqının illik büdcəsinə bərabərdir.

Bildirilir ki, korrupsiya ilə mübarizəyə Avropa İttifaqı qurumlarından daha çox üzv ölkələrin hökumətləri cavabdehdir. Sesiliya Malmström deyib ki, korrupsiya demokratiyaya inamı məhv edir. O, bununla bağlı kifayət qədər iş görmədiklərini və bunun üzv ölkələrin hamısına aid olduğunu nəzərə çatdırıb. Hesabata Avropa Komissiyasının ictimai rəyin öyrənilməsi xidməti olan Avrobarometrin iki əsas rəy sorğusu da daxil edilib.

Sorğunun nəticələrinə görə, avropalıların 76 faizi korrupsiyanın geniş yayıldığını düşünür. Respondentlərin yarıdan çoxu hesab edir ki, korrupsiyanın miqyası son üç ildə genişlənib. İspaniya, Sloveniya, İtaliya, Çex Respublikası, Portuqaliyada respondentlərin 75 faizi korrupsiyanın artdığını bildiriblər. Yunanların isə 99 faizi bu cür düşünür.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...