THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Ölkəmizin uğurları dünyanın hər yerində qeyd olunur"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
142907
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 yanvar 2014 – Newtimes.az

"Bu gün Davos Forumu dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların və transmilli şirkətlərin rəhbərlərini bir araya gətirən ən nüfuzlu beynəlxalq platformalardan biridir".

Bu sözləri jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov demişdir.

"Azərbaycan bu Forumun fəal iştirakçılarından biridir. Ötən illər olduğu kimi, bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak etmişdir. Tədbir çərçivəsində dövlətimizin başçısı üç prezident, iki baş nazir, həmçinin bir sıra şirkət və firmaların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirmişdir", deyə Novruz Məmmədov bildirmişdir.

Prezident Administrasiyası rəhbərinin müavini demişdir: "Qeyd etmək lazımdır ki, Davosda qeyri-rəsmi şəraitdə seminarlar, plenar iclaslar, "dəyirmi masa"lar və görüşlər keçirilir. Davosda hökumət başçıları, siyasətçilər, tanınmış iqtisadçılar və böyük şirkətlərin rəhbərləri müxtəlif məsələlərlə bağlı müzakirələr aparırlar. Qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, Forum çox məşhurdur və burada vacib qərarlar qəbul oluna bilər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş siyasətçilər, iqtisadçılar və alimlər bəşəriyyət üçün aktual məsələləri müzakirə edirlər. Dövlətimizin başçısı iki paneldə iştirak etmişdir. "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" "Avrasiya – yeni sərhədlər" mövzusunda keçirilən panellərdəki çıxış böyük maraqla qarşılanmışdır".

"Vurğulamaq istərdim ki, Forum çərçivəsində Prezident İlham Əliyevin İsveçrə, İsrail və İranın dövlət başçıları ilə keçirdiyi görüşlər də böyük əhəmiyyətə malikdir. İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhani arasındakı görüşü xüsusi qeyd etmək istərdim. Dövlət başçılarının ölkələrində keçirilmiş prezident seçkilərindən sonra ilk dəfə görüşmələri isə rəmzi xarakter daşıyırdı. Görüşdə tərəflər İran ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi barədə razılığa gəldilər. Prezident İlham Əliyevin 20-dən artıq şirkətin rəhbərləri ilə keçirdiyi və sənaye ilində xüsusi əhəmiyyətə malik olan görüşləri də vurğulamaq istərdim", deyə Novruz Məmmədov bildirmişdir.

Prezident Administrasiyası rəhbərinin müavini, həmçinin əlavə etmişdir ki, Forumun yekunları Azərbaycan üçün uğurlu olmuşdur.

Ukraynada baş verən hadisələrə münasibət bildirən N.Məmmədov qeyd etmişdir ki, bu ölkədəki hadisələrin Azərbaycana təsiri sıfıra bərabərdir.

Azərbaycanın malik olduğu üstünlüklərdən biri buradakı ictimai-siyasi sabitlikdir və ölkəmizin hər bir vətəndaşı bu sabitliyi qorumalıdır.

"Bundan başqa, bizim xarici siyasətimiz səmimiyyətə söykənir. Biz heç vaxt ikiüzlü siyasət yürütməmişik və heç kəsə heç nə söz verməmişik ki, sonradan sözümüzü geri götürək. Azərbaycan xalqı olduqca müdrikdir və öz Prezidentinin siyasətini dəstəkləyir. Öz liderinə üçüncü dəfə səs verməklə Azərbaycan xalqı onun yürütdüyü daxili və xarici siyasəti dəstəklədi. Ölkəmizin uğurları dünyanın hər yerində qeyd olunur. İlham Əliyevin müdrik və düşünülmüş siyasəti Azərbaycanı ətrafda baş verən bir çox kataklizmlərdən qorumuşdur. Əlbəttə, müəyyən müddətdən bir – 2003-cü və 2005-ci illərdə bəzi qüvvələr Azərbaycanda öz çirkli ssenarilərini reallaşdırmağa çalışdılar, amma xalqımız onları rədd etdi".

Bununla yanaşı, N.Məmmədov Ukraynada baş verən hadisələrlə bağlı Bakının narahatlığını da ifadə etmiş, Ukrayna xalqının və rəhbərliyinin bu böhrandan çıxış yolunu tapacağına ümidvar olduğunu bildirmişdir.

N.Məmmədov, həmçinin Ermənistanın son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttindəki hərəkətlərini təxribat adlandırmışdır. O bildirmişdir ki, Ermənistan rəhbərləri öz nadir və qəribə məntiqlərinə əsaslanırlar. İki ildən artıq müddətdə ölkələr arasında heç bir danışıq olmadı. Sonra isə danışıqlar prosesi bərpa olundu, ermənilər isə öz konstruktiv mövqelərini göstərməyə başladılar. Bir müddət keçdikdən sonra isə ucuz vasitələr və üsullardan istifadə edərək prosesi dayandırmaq qərarına gəldilər. Ermənilər təxribat fonunda beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışırlar. Bu cür təxribat xarakterli hərəkətlərlə Ermənistan beynəlxalq aləmdə belə bir təəssürat yaratmaq istəyir ki, guya onlar sülh tərəfdarı olduqları halda Azərbaycan sülhə qarşıdır. Amma erməni rəhbərliyinin təxribatçılıq taktikası onları çıxılmaz vəziyyətə doğru aparır. Onlar bununla heç nəyə nail olmayacaqlar.

Bununla yanaşı, N.Məmmədov nəzəri cəhətdən müharibənin yenidən alovlanmasını da istisna etməmişdir. O demişdir: "Əlbəttə, biz sülh tərəfdarıyıq, lakin Azərbaycan erməni tərəfinin təxribatlarını cavabsız qoymayacaqdır. Bəlkə də Ermənistan rəhbərliyi bu cür təxribatçı hərəkətlərlə təskinlik tapır, lakin bu səylər uğursuz olacaqdır".

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...