THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vyana danışıqları: ərazi bütövlüyünün bərpası ilkin şərt kimi

Vyana danışıqları: ərazi bütövlüyünün bərpası ilkin şərt kimi
01 aprel 2019

Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlara ekspertlər və kütləvi informasiya vasitələri böyük maraq göstərib. Uzun müddət idi ki, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirə apara bilmirdilər. Bunun səbəbi Ermənistanda baş verən siyasi proseslər nəticəsində yaranmış iqtidar dəyişikliyi ilə bağlı idi. İndi isə proses yenidən canlanıb. Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Müzakirələrdən sonra münaqişə tərəfləri və həmsədrlər müsbət məzmunda fikir bildiriblər. Həmsədrlər yaydıqları bəyanatda pozitiv məqamı açıq ifadə ediblər. Ermənistanın baş naziri də bütövlükdə danışıqların faydalı olduğunu bəyan edib. Bunlarla yanaşı, dəqiq və dolğun qiyməti Azərbaycan Prezidenti verib. Həmin məqamın işığında Vyana görüşünün geosiyasi analizi üzərində dayanmaq istərdik.

Cənubi Qafqazın geosiyasi mənzərəsi: mürəkkəblik və risklər fonunda

Cənubi Qafqazın geosiyasi mənzərəsi: mürəkkəblik və risklər fonunda
29 mart 2019

Ekspertlər Cənubi Qafqazda baş verən müxtəlif təbiətli prosesləri analiz edirlər. Onların sırasında daha çox geosiyasi aspekt diqqəti çəkir. Bunun başlıca səbəbi böyük dövlətlərin regionda fəallıqlarını daha da artırmasıdır. Xüsusilə Amerika ilə Rusiya yüksək fəallıq nümayiş etdirirlər. Onların indi maraqları daha çox Ermənistanda toqquşur. Yeni erməni hökumətinin tutduğu qərarsız mövqe vəziyyəti daha da qəlizləşdirir. Meydana yeni risk faktorları çıxır. Ancaq Ermənistan hakimiyyətinin qeyri-müəyyən siyasəti bunlarla məhdudlaşmır. N.Paşinyan həm də Avropanın böyük dövlətləri olan Fransa və Almaniya ilə də "oynamağa" çalışır. O, hər iki ölkəyə səfər edib oxşar absurd vədlər verib. Nəticədə, regionda ABŞ-Rusiya-Aİ xəttində mürəkkəb və qeyri-müəyyən bir vəziyyət yaranıb. Ümumi aspektdən baxdıqda, bu durumun regionun böyük dövlətlərinin siyasətinə necə təsir edə biləcəyi də maraq doğurur. Bütün bu məqamların geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri

Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
19 mart 2019

Baş nazir Novruz Məmmədov parlamentdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sistemli və təhlili yanaşaraq hökumətin keçən ilki fəaliyyətini geniş şərh edib. Hesabatdan belə qənaət əldə edilir ki, ötən il hökumət öz fəaliyyətini ölkənin strateji inkişaf kursuna uyğun aparıb. Bunun fonunda Prezidentin qarşıya qoyduğu vəzifələri tam olaraq həyata keçirməyə çalışıb. Nəticədə, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Baş nazirin məruzəsinin analizi göstərir ki, Azərbaycan 2018-ci ildə mühüm uğurlar qazanıb. Onların geniş təhlili üzərində dayanmağa ehtiyac görürük.

VII Qlobal Bakı Forumu: İlham Əliyevin irəli sürdüyü tezislərin geosiyasi konteksti

VII Qlobal Bakı Forumu: İlham Əliyevin irəli sürdüyü tezislərin geosiyasi konteksti
19 mart 2019

Azərbaycan paytaxtında VII Qlobal Bakı Forumu keçirilib. Bu tədbir ilk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilib. 2014-cü ildə o, Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilib. 2015-ci ildən başlayaraq isə Qlobal Bakı Forumu adlanır. Bu Forumda dünyanın bir sıra ölkələrinin başçıları, tanınmış siyasətçilər iştirak edirlər. VII Forumda 500-dən çox nümayəndə iştirak edib. Bu dəfə tədbirin əsas mövzusu "Dünyanın yeni xarici siyasəti" olub. Forumun açılışında iştirak edən Prezident İlham Əliyev geniş nitq söyləyib. Dövlət başçısı Azərbaycanın xarici siyasəti haqqında qlobal təhlükəsizliyin təmini, əməkdaşlıq imkanları, dialoq mühiti və sülhün təmini kontekstində çox dəyərli tezislər irəli sürərək bəhs edib. Prezidentin nitqində ifadə edilən fikirlər tədbirdə müzakirələrin ana xəttini təşkil edib. Bu məsələ müxtəlif, o cümlədən qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu, gənc liderlərin qlobal siyasətdə rolu, Çin və qlobal dünya siyasəti kontekstində müzakirə edilib. Bütün bunlar dövlət başçısının Forumda söylədiyi nitqin geosiyasi təhlilinə ciddi ehtiyacın olduğunu təsdiq edir.

Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində

Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində
15 mart 2019

Türkiyədə mart ayının 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olaraq daxili siyasi proseslərin inkişaf dinamikası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi qüvvələr təbliğatlarını gücləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) "Cümhur ittifaqı"nı yaradıblar. Cümhuriyyət Xalq Partiyası (CHP) başda olmaqla bir neçə partiya "Millət ittifaqı" formalaşdırıblar. Türkiyə siyasi dairələrində sonunculara obrazlı olaraq "zillət ittifaqı" da deyilir. Hər bir halda, iki qüvvə arasında mübarizə getdikcə daha da kəskinləşir. Bunun fonunda Türkiyə-ABŞ və Türkiyə-Rusiya münasibətlərinin yenidən aktuallaşması maraq doğurur. Əlavə olaraq, Türkiyə terrorla mübarizəsini bütün gücü ilə davam etdirir. Vurğulanan məqamlar bir yerdə Türkiyənin regional əhəmiyyətini artırmaqla yanaşı, qarşıda həll olunmalı məsələlərin mövcudluğunu da göstərir. Həmin məqamların geosiyasi analizi üzərində dayanmaq ehtiyacını duyuruq.

Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır

Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
13 mart 2019

Qlobal miqyasda geosiyasi vəziyyətin yenidən mürəkkəbləşməsi regional münaqişələrin həlli məsələsini daha da aktuallaşdırır. Ukrayna, Gürcüstan və Azərbaycan üçün bunun əhəmiyyəti danılmazıdır. Bu üç keçmiş sovet respublikası ərazi bütövlüklərini bərpa etmək uğrunda gərgin mübarizə aparırlar. Azərbaycan daha mürəkkəb şəraitdə inamla mübarizəsinə davam edir. Çünki Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha açıq və konkret danışırlarsa, Ermənistanın təcavüzkarlığını elə də qabartmırlar. Hətta siyasi və diplomatik aspektlərdə ona dəstək verənlər də var. Hərbi və maliyyə yardımları göstərilir. Hələ heç bir işğalçı ölkəyə bu cür arxa duran olmayıb. İndi Nikol Paşinyan "şıltaqlıq" edərək, yeni təxribatlara əl atır. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz və icazəsiz səfər edərək, orada iclas keçirir. Adını da "Ermənistan və Arsaxın təhlükəsizlik şuralarının ortaq toplantısı" qoyur. Beynəlxalq hüquq normalarına tam zidd olan bu təxribatçı davranışa ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir münasibət bildirmirlər. Nəticədə, regionda təhlükəsizliyə yeni ciddi təhdidlər meydana gəlir. Bu məqam üzərində geniş dayanmaq gərəkdir.

Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri

Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri
07 mart 2019

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrdəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Kədərli sonluq: Transatlantik məkanda ayırıcı xətlər sərtləşir

Kədərli sonluq: Transatlantik məkanda ayırıcı xətlər sərtləşir
06 mart 2019

Təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən ənənəvi Konfrans bu dəfə gözlənilən ümidləri doğrultmadı. İştirakçılar hesab edirlər ki, aparılan müzakirələrdən müsbət nəticələr alınmadı. Demək olar ki, bütün böyük dövlətlərin təmsilçiləri bədbin fikirlər söyləyiblər. Onlar daha çox fikir ayrılığından, təhlükələrdən və risklərdən danışıblar. Ayrıca, supergüclər arasında da dartışmalar özünü göstərib. Müxtəlif regionlarda münaqişələrin həlli ilə bağlı hansısa razılıq əldə edilməyib. Əvəzində, ayrı-ayrı məsələlər üzrə tərəflər öz mövqelərində qaldıqlarını bəyan ediblər. Nəticədə, Konfransın yekun sənədində daha çox pessimist məqamlar yer alıb. Belə bir vəziyyətin qlobal geosiyasi mənzərəyə necə təsir edə biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.

Ermənistan-İran münasibətləri: Paşinyanın yeni reveransları

Ermənistan-İran münasibətləri: Paşinyanın yeni reveransları
05 mart 2019

Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda böyük təntənə ilə qarşılayıblar. Yollara qırmızı xalılar döşənib. Ölkənin prezidenti və ali dini lideri erməni "məxməri inqilab qəhrəmanı"na xüsusi mehribanlıq göstəriblər. Hətta N.Paşinyana vədlər verilib. Həsən Ruhani ilə N.Paşinyan təkbətək keçirdikləri görüşdən sonra bir neçə məsələ üzrə razılıq əldə etdiklərini bəyan ediblər. Ayrıca N.Paşinyan Ermənistanla İran arasında azad ticarət zonası yaratmaq perspektivindən bəhs edib. Bunun üçün Ermənistanın Avrasiya İqtisadi İttifaqında sədr olmasının fürsət olduğu vurğulanıb. H.Ruhani də bir sıra sahələr üzrə əməkdaşlığın yaradılması zərurətini qeyd edib. Söhbət əsasən qaz layihələrinin reallaşmasından gedib. Bütün bunlar regionda mürəkkəb geosiyasi mənzərənin yaranması fonunda baş verir. İlk baxışdan ABŞ və Rusiyaya meydan oxumaq kimi görünən bu səfərin əslində real geosiyasi mənası nədən ibarətdir? Bu suala cavab üzərində geniş dayanmaq lazım gəlir.

Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ

Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ
04 mart 2019

Gürcüstanda prezident seçkisindən sonra Salome Zurabişvilinin regionun hansı ölkəsinə ilk səfərini edəcəyi haqqında fərqli fikirlər söylənilirdi. Bir sıra dairələr iki qonşu dövlət arasında ixtilaflar axtarmaqla məşğul idi. Ekspertlər sırasında S.Zurabişvilinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında müəyyən neqativ fikirlər söylədiyindən bəhs edirdilər. Bunun əvəzində Gürcüstan Prezidentinin Poti və Batumi limanlarını inkişaf etdirməyə daha çox önəm verdiyini yazırdılar. Bundan başqa, bəzi ekspertlər "erməni faktoru"nu ortaya atmağa çalışırdılar. Lakin S.Zurabişvilinin dövlət başçısı kimi hansı siyasəti yeridə biləcəyini Azərbaycana səfəri aydın göstərdi. Tbilisi ənənəni pozmaq fikrində deyil. Gürcüstan Azərbaycan faktoruna önəm verməkdə davam edir. Məsələnin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...
Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...