THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı işsizliyə müharibə elan etdi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
935
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 iyun 2013 – Newtimes.az

Avropada işsizlik səviyyəsinin azaldılması bir gecədə həll olunacaq məsələ deyil. Bunu Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy qurumun zirvə toplantısının ilk gününün yekununda səsləndirib. O gənc avropalılara yardım etmək üçün bütün resursların səfərbər olunmasının vacibliyini vurğulayıb. Toplantıda Avropa İttifaqı ölkələrində işsizlik səviyyəsinin azaldılması üçün qurumun büdcəsindən 6 milyard avro vəsait ayrılmasına qərar verilib. Onun sözlərinə görə, proqramın məqsədi, hazırda Avropanın cənubunda 60% təşkil edən 18-24 yaş arası işsiz gənclərin işlə təmin olunmasına nəzarəti gücləndirməkdir. Herman Van Rompuy bu vəsaitin bir hissəsini gənclər üçün iş yerləri açmağa sərf etməyi təklif edib. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu da bəyan edib ki, bizim məqsədimiz təhsillərini başa vurduqdan sonra 3 ay ərzində gənc avropalıların iş tapmasına yardım etməkdir.

Sammitdə eyni zamanda avrozona ölkələrinin valyuta-iqtisadi birlik perspektivlərini və avrozonanın bank ittifaqının yaradılması müzakirə ediləcək. Görüşdə həm də kiçik və orta müəssisələrin aşağı faizli kreditlərlə təmin edilməsini nəzərdə tutan investisiya planının qəbulu da gözlənilir. Sammitin keçirildiyi ərəfədə Brüsseldə Avropa İttifaqı şurasının məmurları tətil keçiriblər. Şuranın əksər məmurları və texniki heyəti əmək haqlarının və sosial güzəştlərin azaldılmasına etiraz ediblər. Onlar eyni zamanda pensiya yaşının 63-dən 67-ə artırılmasına qarşı da çıxış ediblər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...