THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

G20: Suriya probleminin həlli axtarışları

G20: Suriya probleminin həlli axtarışları
13 sentyabr 2013

Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın ən güclü 20 dövlətinin başçıları növbəti sammitə toplaşdı. İki gün sürən (sentyabrın 5-6-sı) tədbirdə iqtisadi məsələlərdən çox, dünya geosiyasəti üçün aktual olan Suriya problemi müzakirə edilib. Ekspertlər hesab edirlər ki, ABŞ-la Rusiya arasında bu məsələdə fikir ayrılığı mövcuddur. Lakin son zamanlarda cərəyan edən hadisələr göstərir ki, Suriyanın kimyəvi silah arsenalına nəzarət məsələsində Vaşinqtonla Moskva ortaq mövqeyə gəlməkdədirlər.

Ermənistan: Avropa ilə Rusiya arasında

Ermənistan: Avropa ilə Rusiya arasında
10 sentyabr 2013

Rəsmi İrəvanın Gömrük İttifaqına üzv olmaqla bağlı qərarını açıqlaması meydana bir çox suallar çıxarıb. Erməni cəmiyyətinin buna münasibəti birmənalı deyil. Kütləvi informasiya vasitələri və bir sıra siyasətçi bu addımın doğru olmadığını vurğulayırlar. Avropalı siyasətçilər də təəccübləniblər. Onlar Ermənistan rəhbərliyindən izahat tələb edirlər. Geosiyasi aspektdə isə bu məsələnin region üçün hansı nəticələri verə biləcəyi açıq qalır. Erməni mediası daha düşündürücü başqa bir məqama...

Suriya böhranı: kim haqlıdır, o güclüdür?

Suriya böhranı: kim haqlıdır, o güclüdür?
05 sentyabr 2013

Qərbin böyük dövlətləri BMT-nin uyğun qərarı olmadan belə müstəqil dövlətlərə qarşı hərbi əməliyyat keçirməyə çalışırlarsa, deməli, beynəlxalq hüquq sistemində ciddi böhran vəziyyəti yaranıb. Təəssüf ki, hələlik buradan çıxış yolu tapılmayıb. Dünya siyasətində söz sahibi olan ölkələrin həmin istiqamətdə təsirli addım atdığı da müşahidə edilmir. Bu aspektdə Suriya böhranı müəyyən mənada qlobal geosiyasətin və beynəlxalq hüququn sınağıdır. Eyni zamanda, yaranmış geosiyasi və hüquqi...

Azad ticarət zonası: ABŞ və Aİ-nin dünyanın geosiyasi mənzərəsini dəyişmək cəhdi

Azad ticarət zonası: ABŞ və Aİ-nin dünyanın geosiyasi mənzərəsini dəyişmək cəhdi
30 iyul 2013

Bu ilin fevral ayının 8-də ABŞ və Avropa İttifaqının Transatlantik azad ticarət zonası yaratmaq qərarına gəlmələri dünyada böyük maraq doğurdu. Artıq bu istiqamətdə danışıqların birinci mərhələsi başlayıb. Analitik və ekspertlər bu prosesi qlobal miqyasda təsirə malik ola biləcək hadisə kimi təqdim edirlər. KİV-lərdə yer alan təhlili yazılardan görünür ki, Transatlantik azad ticarət zonası dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklər edə bilər...

Cənubi Asiya: qlobal geosiyasətin yeni problemi?

Cənubi Asiya: qlobal geosiyasətin yeni problemi?
24 iyul 2013

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Şərqə tərəf dəyişdiyi haqqında proqnozlar var. Cənubi Asiya regionunun bu prosesdəki rolu maraq doğurur. Həm də nəzərə almaq lazımdır ki, bölgədə ən çox əhalisi olan və demoqrafik vəziyyəti sürətlə dəyişən bir neçə ölkə yerləşir; Hindistan, Pakistan, Banqladeş... Bundan başqa, dünya lideri olmağa iddialı və ən çox insan potensialına sahib Çin onlara qonşudur. Perspektivdə həmin məkan dünyanın ən qaynar...

Avrozonanın ixracı azalmaqda davam edir

Avrozonanın ixracı azalmaqda davam edir
18 iyul 2013

İdxalda da azalma müşahidə olunur

Avropa İttifaqı işsizliyə müharibə elan etdi

Avropa İttifaqı işsizliyə müharibə elan etdi
28 iyun 2013

Qurum ölkələrində işsizlik səviyyəsinin azaldılması üçün 6 milyard avro vəsait ayrılmasına qərar verilib

Avroskeptisizm: Avropa İttifaqı ideyasının böhranı

Avroskeptisizm: Avropa İttifaqı ideyasının böhranı
25 iyun 2013

Avropada iqtisadi böhran davam etdikcə, problemlər daha ciddi xarakter almağa başlayır. Böhranın aradan qaldırılması üçün büdcə xərclərinə qənaət kimi sərt tədbirlər hələ ki, bir nəticə vermir, əksinə vəziyyəti daha da çətinləşdirir. Böhran dərinləşdikcə Avropa İttifaqı ideyasının özü ciddi suallar yaratmağa başlayır. Əvvəllər müəyyən tarixi səbəblərdən yalnız Britaniyaya aid edilən və Aİ-yə neqativ münasibəti ehtiva edən avroskeptisizm hazırda Ittifaqın əksər ölkələrində ciddi dayaqlar qazanmağa başlayır. Avroskeptisizm yalnız iqtisadi böhranla bağlı olmayıb daha dərin səbəblərlə əlaqəlidir. Böhran sadəcə vəziyyəti daha da ağırlaşdırdı və bu meyllərin "bağlı qapılar arxasından çıxmasına'' imkan yaratdı. Bunu Aİ-yə 2004-cü ildə üzv qəbul edilmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin timsalında daha aydın görmək mümkündür.

Novruz Məmmədov: "Azərbaycan onunla yüksək səslə danışmağa imkan verməyəcək"

Novruz Məmmədov: "Azərbaycan onunla yüksək səslə danışmağa imkan verməyəcək"
24 iyun 2013

Son zamanlar Avropanın bəzi strukturları Azərbaycana təzyiq etmək məqsədilə müxtəlif bəyanatlarla çıxış edir və əsaslandırılmamış qərarlar çıxarır. Belə qərarlara İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı son qətnaməni də aid etmək olar. Lakin bu kimi qərarlar bizim Avropa ilə qarşılıqlı münasibətlərimizə kölgə sala bilməz. Avropa strukturlarının nümayəndələri və...

Həmsədrlərin Dağlıq Qarabağ bəyanatı

Həmsədrlərin Dağlıq Qarabağ bəyanatı
21 iyun 2013

"Böyük səkkizlərin" Şimali İrlandiyanın Lough Erne kurort şəhərciyində keçirilmiş son sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Dağlıq Qarabağ problemi ilə bağlı ənənəvi bəyanatlarını qəbul ediblər. Bəyanatda Dağlıq Qarabağ probleminin hələ də həll olunmamasından, tərəflərin qarşılıqlı güzəştlər yerinə birtərəfli güzəştlər əldə etmək istəməsindən narahatlıq ifadə edilib. Bəyanatın ruhundan bəlli olur ki, Minsk qrupunun həmsədr ölkələri problemin...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...