THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın xarici siyasətinin psixologiyası

Ermənistanın xarici siyasətinin psixologiyası
25 iyul 2017

Xarici siyasətin formalaşmasında millətlərin psixologiyası da əhəmiyyətli rol oynayır. Dövlətlərin istər iqtisadi, istərsə də siyasi və təhlükəsizlik siyasəti dəyərləndirilərkən psixoloji amil diqqətə alınmalıdır. Xarici siyasət insanlar tərəfindən formalaşdırıldığı üçün istər-istəməz onların psixologiyasi, ruh halı, məntiqi, dünyagörüşü bu və yaxud digər şəkildə xarici siyasətdə öz yerini alır və büruzə verir. Ermənistanın xarici siyasəti on ildir ki, Prezident Serj Sərkisyan və komandası tərəfindən formalaşdırılır. Bəzən komandasını dəyişsə də xarici siyasətin onurğasını Sərkisyanın baxışları təşkil edir.

"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir

"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir
24 iyul 2017

Fransada prezident seçkisinin nəticələri Avropa İttifaqı miqyasında mövcud siyasi problemlərin həllində müəyyən ümidlər yaratmışdı. Siyasi dairələr və elektorat hesab edirdi ki, sağ mərkəzçi Emmanuel Makron ""qoca qitənin" xilaskarı" rolunu oynaya bilər. İndi aydın olur ki, bu rəy xeyli dərəcədə antiavropaçı təsiri bağışlayan milliyyətçi Marin Le Penin Avropa siyasi şüuru üçün qorxulu sayıla biləcək şüarlar irəli sürməsi ilə bağlı olub. Ancaq E.Makron da istisna etmir ki, "Frexit" meydana gələ bilər. Onun fikrincə, bunun olmaması üçün Aİ-də ciddi islahatlar həyata keçirilməlidir. Əgər bu baş verməsə, Fransa Avropa İttifaqından çıxa bilər. Ancaq seçkidən sonra E.Makronun fəaliyyəti göstərir ki, Fransanın yeni prezidenti daha çox Avropa İttifaqının möhkəmlənməsində maraqlıdır. Hətta o, bütövlükdə Qərb dəyərlərinə üstünlük verdiyini nümayiş etdirir. Ekspertlər Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Fransa dövlət başçısının cəsarətli davranışını və Donald Trampdan çəkinməyərək NATO sammitində avropalı siyasətçilərin qürurunu oxşayan hərəkətlər etməsini nümunə kimi göstərirlər.

Ermənistan-Rusiya münasibətləri: vassalın qaranlıq gələcəyi

Ermənistan-Rusiya münasibətləri: vassalın qaranlıq gələcəyi
18 iyul 2017

Ermənistan-Rusiya münasibətləri heç bir zaman iki müstəqil dövlət arasındakı münasibətlər kimi olmamışdır və bundan sonra da olmayacaqdır. Ermənistan siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından Rusiyadan asılı vəziyyətdədir. Maraqlı odur ki, bu asılılıq hər keçən gün Ermənistanın əleyhinə artır. Beynəlxalq münasibətlər sistemində iki dövlət arasındakı münasibətlər qarşılıqlı asılılıq olaraq dəyərləndirilir. Tərəflər özlərinin maraqlarını ortaq məxrəcə gətirərək əməkdaşlıq edir. Ermənistan-Rusiya münasibətlərində isə maraqların ortaq məxrəcə gətirilməsindən söhbət belə gedə bilməz. Tərəzi kəfəsinin Rusiya tərəfi həmişə ağır gəlir.

Novruz Məmmədov: "Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

Novruz Məmmədov: "Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"
17 iyul 2017

"Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib".

Ukrayna münaqişəsinin kəskinləşmə tendensiyası

Ukrayna münaqişəsinin kəskinləşmə tendensiyası
17 iyul 2017

Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir. O, ABŞ, Almaniya və Fransa dövlət başçıları ilə danışıqlar aparıb. Onların real nəticəsi hələ özünü göstərmir. Rusiya isə münaqişə zonasına əlavə hərbi qüvvələr yeritməkdədir. Bu ziddiyyətli proseslərin Ukraynaya və bütövlükdə postsovet məkanına mümkün təsirləri düşündürücüdür.

ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər

ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər
14 iyul 2017

Son zamanlar Qərb geosiyasi məkanında fikir ayrılıqlarının dərinləşdiyi barədə KİV-də məlumatlar tez-tez yayılır. Əsas olaraq Vaşinqtonla Brüssel arasında müxtəlif sahələrə aid ixtilafların meydana gəldiyini vurğulayırlar. Bu sırada Avropanın Rusiya, Çin və İranla əlaqələrinin xarakterinin tərəflər arasında mübahisə obyektinə çevrildiyini ekspertlər ayrıca qeyd edirlər. Rəsmi Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən dərəcədə Avropanın enerji şirkətlərinə də mənfi təsir edir. Bununla bağlı avropalı ekspertlər belə qənaətə gəliblər ki, ABŞ qəsdən onlara zərbə vurur. Çünki başlıca məqsədi Avropa ölkələrini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Həmin kontekstdə ABŞ "Şimal axını-2" layihəsinin reallaşmasına əngəllər törətməkdədir. Avropalılar isə buna etiraz edirlər. KİV İran və Çinlə Avropa şirkətlərinin əməkdaşlığına da həmin bucaq altında nəzər salaraq, Amerika-Avropa əlaqələrində yeni risklərin özünü göstərməyə başladığını vurğulayır.

Dünya Neft Konqresi: Azərbaycanın yeri və rolu

Dünya Neft Konqresi: Azərbaycanın yeri və rolu
13 iyul 2017

İstanbul şəhərində Dünya Neft Şurasının növbəti Konqresi keçirilib. Bu, sayca 22-ci Konqresdir. Tədbirin əsas devizi "Enerji gələcəyimizə körpülər" olub. Konqresdə çıxış edən Dünya Neft Şurasının sədri Cozef Tot 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini vurğulayıb. Bu kimi tədbirlər isə hər 3 ildən bir keçirilir. İstanbul Konqresində 100-dən çox ölkənin təmsilçiləri iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun bu Konqresə ev sahibliyi etməsindən məmnun olduğunu ifadə edib. O, müasir dövrdə sülhün və rifahın təməli olan karbohidrogen resurslarının münaqişələrə səbəb olmasından təəssüfləndiyini də deyib. R.T.Ərdoğan "bölgəmizin sülhə və əməkdaşlığa ehtiyacı var" tezisini xüsusi vurğulayıb. Türkiyənin dövlət başçısı ölkəsinin dünyanın enerji xəritəsində mühüm rol oynadığını, yeni layihələrin də bu mövqeyi gücləndirəcəyini diqqətə çatdırıb. Ciddi əhəmiyyəti olan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük maraq doğurub.

Geosiyasi təcrid və ''erməni sindromu''

Geosiyasi təcrid və ''erməni sindromu''
12 iyul 2017

Ermənistanın siyasi və ekspert dairələri yeni bir təlaşa düşüblər. Onlar Şərq-Qərb əməkdaşlıq dəhlizinin formalaşmasında Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ələ almasından bərk narahatdırlar. Bunu erməni analitik və ekspertlərin dərc etdikləri yazılardan aydın duymaq olur. Müxtəlif kontekstlərdə təqdim etsələr də, xüsusilə Azərbaycan diplomatiyasının həmin istiqamətdəki uğurlarını gizlədə bilmirlər. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya olan səfərinə daha çox yer ayırırlar. Həmin səfər zamanı Polşa Prezidenti bir neçə fikrində konkret ifadə edib ki, "Yeni İpək Yolu" layihəsində Cənubi Qafqazda əsas tərəfdaşı Azərbaycandır. Buna görə də Varşava Bakı ilə əlaqələri genişləndirməkdə və dərinləşdirməkdə çox maraqlıdır. Əlavə olaraq, Polşa arzu edir ki, həmin prosesə İran və Hindistan da Azərbaycandan keçən nəqliyyat xətti vasitəsilə qoşulsun. Bununla bağlı konkret addımlar artıq atılır. Bütün bunlar onu göstərir ki, Ermənistan geosiyasi təcrid vəziyyətində çapalayır. Lakin onu bu vəziyyətə kriminal xunta rejiminin özü salıb.

Növbəti qətliam: Ermənistanın təxribatları daha geniş miqyas alır

Növbəti qətliam: Ermənistanın təxribatları daha geniş miqyas alır
11 iyul 2017

Bütün dünyanın beynəlxalq terrorla necə mübarizə aparmağın lazım gəldiyini müzakirə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribatını həyata keçirdi. Füzuli rayonunun Alxanlı kəndində işğal edilmiş ərazilərdən atılan top atəşi nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Bu hadisə özlüyündə heç bir zaman qəbul edilməyəcək işdir. Dünyanın ən qəddar insanları belə onu kəskin şəkildə qınayırlar. Rəsmi Bakı baş verən bu hadisəyə ciddi reaksiya verib və düşməndən təxribatlarını dayandırmasını tələb edib. Türkiyə rəsmi orqanları da dinc sakinlərin qətlə yetirilməsini ciddi şəkildə qınayıb. Bu kimi hallara son qoyulmasını tələb edib. Bununla yanaşı, bir sıra böyük dövlətlərin susduğunu görürük. Yaxın Şərqdə humanitar faciədən danışan dairələrdən nədənsə səs çıxmır. Ancaq hamı bilməlidir ki, belə əməlləri ilə Ermənistan regionu böyük fəlakətlərə sürükləməkdə davam edir. Həmin prosesin qarşısının alınması bir zərurətə çevrilib.

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində
10 iyul 2017

Rusiyanın dövlət başçısı Vladimir Putin iyun ayının sonlarında "Türk axını" layihəsinin reallaşmasının növbəti mərhələsinin startını verdi. O, Anapada gəmidə düyməni basaraq "irəli" dedi. Bu, "Türk axını" layihəsinin dənizin dibi ilə çəkilişinin başlaması deməkdir. Mütəxəssislər hesab edirlər ki, bu proses uğurla başa çatacaq. Çünki indi texnologiya o dərəcədə inkişaf edib ki, bu kimi işləri sürətlə görmək çətin deyil. Özü də bu kəmər ekoloji olaraq tam zərərsizdir. Rusiya boru xəttini Türkiyə sahillərinə qədər çəkəcək. Sonrasını türk tərəfi həyata keçirməlidir. Ekspertlərin fikrinə görə, bu hadisənin geosiyasi əhəmiyyəti az deyil. Yəni o, yalnız enerji məsələsi ilə məhdudlaşmır. Bir tərəfdən, Yaxın Şərqdəki geosiyasi dinamikaya, digər tərəfdən isə Avropanın enerji ilə təminatına ciddi təsiri ola bilən faktordur. Burada Amerikanın mümkün reaksiyasını və cavab addımlarını da nəzərə almaq lazımdır. Bütün bunlar "Türk axını" layihəsinin Qərbin enerji təhlükəsizliyinin təminində vacib rol oynaya bilməsi ilə yanaşı, müəyyən geosiyasi riskləri də meydana çıxardığını göstərir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...