THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın Ermənistandakı səfirinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur – Amerikalı ekspert

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4231
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 may 2022 – Newtimes.az

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur.

Bu barədə Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Amerikalı ekspertin fikrincə, ABŞ-ın xaricdəki elə bir səfiri yoxdur ki, ABŞ-ın Yerevandakı səfirindən son açıqlaması ilə ondan daha çox ziyan vursun:

"ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasında açıq şəkildə müəyyən edilmiş diplomatik protokolu pozur. Onun bu yaxınlarda "Armenpress''ə müsahibəsi səfirin Qafqazdakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı səthi bilikli olduğunu bir daha sübut edir və Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur".

O vurğulayıb ki, L.Treysi mütəmadi olaraq Azərbaycana qarşı təhqiramiz ritorikadan istifadə edir:

"L.Treysinin verdiyi bu kəskin bəyanat haqlı qəzəb mənbəyidir. Azərbaycanın mövcud inzibati-siyasi xəritəsi fonunda belə bir bəyanatın verilməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır və səfir Treysinin öz vəzifəsindən azad edilməsi üçün ciddi səbəbdir. Səfir Treysi dəfələrlə Azərbaycanın milli təhlükəsizliyinə zidd hərəkətlər edib və Cənubi Qafqazda tərəflər arasında həmişə çox zərif olan sülh dialoquna zərbə vurub''.

Amerikalı ekspertin fikrincə, konseptual desək, səfir Treysi Cənubi Qafqazda mövcud reallığı tanımaqdan imtina edir və bu, onun düzəlməz səhvidir.

Qeyd edək ki, bundan əvvəl səfir Linn Treysi "Armenpress''ə müsahibəsində bildirmişdi ki, ABŞ qondarma "Dağlıq Qarabağ'' əhalisinin öz gələcəyini müəyyən etmək hüququnu tanıyır. O əlavə edib ki, Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyi üçün bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və sabit həlli əsasdır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...