
Bakı, 9 iyul 2021 – Newtimes.az
"Avropa İttifaqı qonşuluq və genişlənmə komissarı Oliver Varhelyinin Azərbaycanı güclü tərəfdaş olaraq dəyərləndirməsi, əməkdaşlığı daha da artırmaq istədiklərini bildirməsi Aİ-nin uzun müddətdir Azərbaycana verdiyi yüksək əhəmiyyəti əks etdirir''.
Bunu "Report''a ABŞ-ın Atlantik Şurası (Atlantic Council) beyin mərkəzinin böyük elmi işçisi, beynəlxalq ekspert, Azərbaycandakı keçmiş səfir Metyu Brayza Aİ rəsmisinin Bakıdakı açıqlamalarına münasibət bildirərkən deyib.
Onun fikrincə, münaqişədən sonrakı dövrdə Zəngəzur dəhlizinin reallaşması halında Azərbaycanın Aİ üçün əhəmiyyəti bir qədər də arta bilər.
"Türkmənistandan Azərbaycan vasitəsilə təbii qaz da nəql edilməyə başlasa, ölkənizin tranzit dəhlizi olaraq əhəmiyyəti daha da artacaq'' – deyə, amerikalı ekspert qeyd edib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...