THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Burada bəzi nüanslar var..." Peskov Putin-Bayden danışıqları haqda

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15508
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2021 – Newtimes.az

Xəbər verildiyi kimi, iyulun 9-u Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden telefon danışıqları aparıblar. Bir saata yaxın davam edən danışıqlar zamanı Rusiya və ABŞ liderləri, Vaşinqtonun fikrincə, Rusiya Federasiyasından yönələn haker hücumları mövzusunu müzakirə ediblər. Bu barədə təfsilatları öyrənmək üçün jurnalistlər Rusiya liderinin mətbuat katibi Dmitri Peskova müraciət ediblər.

"Burada bəzi nüanslar var. Birinci – həqiqətən kibercinayətlər və haker hücumları mövcuddur. Bizim amerikalı həmsöhbətlərimizin fikrincə, bu hücumlar Rusiya ərazisindən həyata keçirilir. Bu məsələ həqiqətən telefon danışıqları zamanı müzakirə olunub", – Peskov qeyd edib.

Xatırladaq ki, ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrədə keçirilib. Danışıqların nəticəsindən danışarkən, Putin o zaman qeyd etmişdi ki, tərəflər kibertəhlükəsizlik üzrə məsləhətləşmələr aparacaq. Rusiya liderinin sözlərinə görə, Moskva bundan qabaq da kiberhücumlar barədə ABŞ-ın sorğuları üzrə bütün məlumatı təqdim edib. Lakin əvəzində Amerika xüsusi orqanlarından heç bir cavab almayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...