THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"4 il yarımdan sonra Azərbaycan desə ki, sülhməramlıları istəmir, Rusiya oradan çıxmalı olacaq..."

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4481
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 iyun 2021 – Newtimes.az

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatını müddətsiz etmək lazımdır, indiki halda mandatın beş illik müddətlə məhdudlaşdırılması problem yaradır. Virtualaz.org xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan "Rossia Today" və "RİA Novosti"yə müsahibəsində belə deyib.

Köçəryanın fikrincə, Qarabağda iri toqquşmaların olmaması onu göstərir ki, tərəflər Rusiyanın sülhməramlı missiyasını hörmətlə qarşılayırlar. Və sülhməramlı kontingent elə işləyir ki, özünə hörmət qazanır.

"Hələlik mənzərə bax belədir. Lakin sülhməramlıların mandatı zamanla məhdudlaşdırılıb – 5 il. Və bu ən böyük problemdir. Yaxşı olardı ki, mandat müddətsiz olsun, müddət göstərilməsin. 4 il yarımdan sonra Azərbaycanın haqqı var ki, sülhməramlıların mandatının uzadılmasına qarşı olduğu haqda Rusiyanı xəbərdar etsin. Və Rusiya bu bəyanata əsasən, oradan getməli olacaq", – Robert Köçəryan belə deyib.

O, hesab edir ki, müddətin məhdud göstərilməsi "qeyri-müəyyənlik yaradır" və həm Ermənistanda, həm Dağlıq Qarabağda adamlar öz addımlarını uzunmüddətli perspektiv üçün planlaşdıra bilmirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...