THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ölkədə silahlı mübarizə təhlükəsi görürəm – Ter-Petrosyan

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5162
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyun 2021 – Newtimes.az

"Xalq tərəfindən hörmətsiz münasibət göstərilən polis işçiləri indi ən çox Nikol Paşinyana qəzəbləniblər".

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin Baş nazir vəzifəsinə namizədi Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlət maşını məhv edilib, cinayət isə günü-gündən inkişaf edir, çünki polis öz işi ilə məşğul deyil.

Paşinyanın öz oğlunu əsirlərlə dəyişmək təklifinə gəlincə, Ermənistanın birinci prezidenti bu faktı iyrənclik kimi qiymətləndirib və onu hind filminin sentimental səhnəsi ilə müqayisə edib.

Ter-Petrosyan silahlı mübarizə təhlükəsi gördüyünü qeyd edib.

O bildirib ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan qondarma qurumu, Nikol Paşinyan isə Ermənistanı danışıqlardan kənar qoyub.

Levon Ter-Petrosyanın sözlərinə görə, beş il sonra rus sülhməramlılar Qarabağdan heç bir yerə getməyəcəklər: "İnsanların 95 faizinin yanlış təsəvvürü var ki, beş il sonra rus sülhməramlılar Qarabağı tərk edəcəklər".

"1997-ci ildə Ermənistan ciddiləşmək anına sahib idi. O vaxt bu məsələ ilə bağlı konsensus var idi, lakin andan istifadə edilmədi. İndi Ermənistan yenidən həmin bu problemlə üzləşib, bu anı da itirsək, Ermənistana çox pis hadisələr gözlənilir", – deyə Petrosyan vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...