THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Təyyarələrimiz İrana çata biləcək..."

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7321
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 aprel 2021 – Newtimes.az

"Bizim hərbi təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə və əlbəttə ki, İrana çata biləcək", – İsrailin kəşfiyyat naziri Eli Koen "Reuters"ə belə deyib.

İranla Qərb arasında nüvə anlaşmasının bərpası imkanları haqda danışan nazir bildirib ki, pis sövdələşmə regionu müharibəyə aparacaq. "Qısamüddətli mənfəət əldə etmək istəyən hər kəs uzunmüddətli mənfəəti yadda saxlamalıdır. İsrail İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Bizim təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə, əlbəttə ki, İrana da çata biləcək", – Eli Koen xəbərdarlıq edib.

Onun sözlərinə görə, dünyanın böyük dövlətləri İranı nəinki nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməkdən və ballistik raketlərin işlənib hazırlanmasından çəkindirməlidir, eləcə də onu məcbur etməlidir ki, başqa ölkələrdə destabilizasiya yaratmasın və yaraqlıları maliyyələşdirməsin.

"Reuters" qeyd edir ki, bu həftə İsrail yüksək rütbəli nümayəndələrini İran məsələsini müzakirə etmək üçün Vaşinqtona göndərib. Bayden administrasiyası İranla nüvə sövdələşməsinin bərpasına və bu ölkəyə qarşı sanksiyaların bir qədər yumşaldılmasına hazır olduğu haqda mesajlar göndərir. İsrail isə bundan məmnun deyil.

Bu arada İsrail KİV-ləri xəbər verir ki, Bağdadda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə İran ali rəhbərinin milli təhlükəsizlik müşaviri Əli Şamxani arasında gizli görüş baş tutub. Görüşdən İsrail tərəfinin də məlumatlı olduğu bildirilir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...