THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sergey Şoyqu: "Dağlıq Qarabağ – bu, çox mürəkkəb əməliyyatdır..."

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8221
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 mart 2021 – Newtimes.az

Dağlıq Qarabağ – bu, belə götürəndə çox mürəkkəb əməliyyatdır. Virtualaz.org xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın ''Tengrinews'' agentliyinə müsahibəsində deyib.

Rusiya və Türkiyə arasında münasibətlər haqda danışan Şoyqu bildirib ki, çox mürəkkəb, heç cür sadə olmayan, amma olduqca məhsuldar iş gedir. ''Birgə iş. Ona görə mürəkkəbdir ki, maneələr var. Maneə odur ki, Türkiyə NATO üzvüdür... Lakin biz həll variantları tapırıq. Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, vaxtilə Suriyada deeskalasiya zonasının yaradılması bizim baxışımıza görə belə münaqişələrdə yeni səhifədir və yeni həll yollarıdır... Sonuncu iş isə şübhəsiz ki, Dağlıq Qarabağdır. Bu, belə götürəndə çox mürəkkəb əməliyyatdır. Mən bunu məhz belə adlandırardım. Çünki bu əməliyyatda nəhəng miqdarda arqumentlər, motivlər, elementlər işə salınmışdı. Axı razılaşın ki, iki qardaş xalq, bizim iki yaxın qonşu, sülh, barışıq içərisində yaşadığımız və bundan sonra da yaşayacağımız iki qonşu düşmənçilik edir...''

Rusiyanın müdafiə naziri Türkiyənin prosesə cəlb edilməsinin də vəziyyəti mürəkkəbləşdirən amil olduğunu deyib, çünki həm də Türkiyə tərəfi ilə danışmaq və məşğul olmaq lazım idi.

"Bizim prezident, hansı ki, inanın mənə, bütün bunların baş tutması üçün titanik səylər göstərdi. Üstəlik hamını yola gətirmək lazım idi. Yəni elə bir adam yox idi ki, desin: "Mən razıyam, ancaq onları da yola gətirin''. Yox, şəksiz ki, hamını yola gətirmək lazım gəlirdi. Və biz müdafiə nazirləri səviyyəsində türkiyəli həmkarlarımızla da danışırdıq. Lakin bu gün əldə olunan nəticə budur ki, birincisi, adamlar bir-birini öldürməyi dayandırıblar. İkincisi, mən ümid edirəm ki, onların artıq ikitərəfli təmaslar qurmasının və bir-birləri ilə danışmasının vaxtı çatıb. Mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam'', – Şoyqu deyib.

O, əlavə edib ki, burada Türkiyə ilə Rusiyanın münasibətlərindən çox şey asılıdır.

"Habelə yeni oyunçular, köhnə qonşular öz təklifləri ilə ortaya çıxır. Mən İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafıdır, dəmir yollarının, hidroenergetikanın, nəqliyyat əlaqələrinin inkişafıdır. Çoxlu suallar var'', – Rusiya müdafiə naziri bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...