THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Rusiya və Çin peyklərimizi məhv edə biləcək sistemlərə malikdir" – Vaşinqton narahatdır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1428
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 mart 2021 – Newtimes.az

"Rusiya və Çinin yerin kosmik fəzasında sahib olduqları imkanlar Vaşinqtonun narahatlığına səbəb olur''.

Bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general Con Reymond "The New York Times'' qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəqibləri kosmik sistemlərin istifadəsinin bu ölkə üçün nə qədər vacib olduğunu başa düşürlər, bu səbəbdən Birləşmiş Ştatların girişinə imkan verməyən texnologiyaları inkişaf etdirirlər.

"Sistemlərimizi çaşdıra və işini poza biləcək lazerlər təsəvvür edin'', – deyə Reymond qeyd edib.

General həmçinin Moskva və Pekinin ABŞ-ın peyklərini yer üzündən məhv edə və ya zədələyə biləcək müxtəlif qabiliyyətli lazer qurğularına da sahib olduğunu bildirib. Bundan əlavə o qeyd edib ki, bu ölkələrdə peyk əleyhinə raketlər və digər sistemlər də mövcuddur. O, Moskvanın ABŞ peyklərini aşağı yer orbitində məhv edə biləcək bir peykdən istifadə etdiyini də iddia edib.

"Hər iki ölkənin yer orbitində narahatlıq doğuran imkanları var. Bütün bunlar hazırda mövcud olan təhdidlərdir. Gələcəkdə nə olacağından danışmırıq'', – deyə general vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabrında ABŞ milli kəşfiyyatının direktoru Con Retkliff Rusiyanın məsuliyyətli kosmik güc olmadığını, xüsusən də son zamanlarda kosmosda təhdidkar və təxribat xarakterli fəaliyyətinin potensial təhlükəli vəziyyət yaratdığını açıqlayıb.

Qafqazinfo.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...