THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

''Qərb Rusiyanı MDB məkanından çıxarmaq istəyir'' – Vladimir Putin

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1662
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 fevral 2021 – Newtimes.az

Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərini narahat edir.

Bizim.Media "Rossiya 24'' telekanalına istinadən məlumat verir ki, bu sözləri prezident Vladimir Putin KİV rəhbərləri ilə görüşündəki çıxışı zamanı qeyd edib. O deyib ki, Rusiyanın rəqibləri "dünyada gərginliyin azaldılmasına dair danışıqlar'' çərçivəsində Rusiyanı "ambisioz və hakimiyyətə həris adamların'' köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.

Bir sıra Rusiya KİV-lərinin redaktorları ilə görüşündə Vladimir Putin bildirib ki, Rusiyanın potensial rəqibləri çoxdandır "ambisioz və hakimiyyət hərisi adamları'' öz maraqları üçün istifadə edirlər.

"Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbliklərə baxmayaraq.

Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır.

Bu, bəzi ölkələrdə narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar'', deyə Putin qeyd edib.

Onun sözlərinə görə, "hakimiyyət hərisi adamlardan'' şübhəsiz ki, bu məqsədlərlə istifadə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl oxşar bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Ryabkov TASS-a müsahibəsində çıxış etmişdi.

Ryabkov Qərb-in MDB ölkələrində anti-Rusiya mövqeli adamları hakimiyyətə gətirməyə çalışdığını bildirmişdi.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...