
Bakı, 16 fevral 2021 – Newtimes.az
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Armnyus" telekanalına müsahibə verib.
Bizim.mediaxəbər verir ki, Sarkisyan müsahibəsində mövcud hakimiyyət və Qarabağ münaqişəsi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.
Hakimiyyətdə olduğu dövrdə Qarabağla bağlı "qırmızı xətlərin" olduğunu bildirən Sarkisyan, hazırkı hakimiyyətin bu qədər prinsipial olmadığını da əlavə edib.
Onun fikrincə, Qarabağın Azərbaycanın tərkibində olması əsas "qırmızı xətt" idi.
Sarkisyan özünün məşhur "Ağdam bizim vətənimiz deyil" sözünə lağ edən və Ağdamın fonunda selfie çəkdirən insanların öz "vətənlərini" necə qoruduqlarına da diqqət çəkib.
Hakimiyyəti dövründə hər zaman ərazi güzəştlərinə hazır olduğunu qeyd edən Sarkisyan, Qarabağ münaqişəsini danışıqlar masasına qaytarmağın lazım olduğunu qeyd edib.
O, "mövcud hakimiyyətin ən böyük problemi məhz bu idi, Nikol Paşinyan isə danışıqların mahiyyətini başa düşə bilməmişdi", – deyə bildirib.
Sarkisyan müsahibəsində eyni zamanda Aprel döyüşlərinə də toxunub. Ermənistanın ciddi itkilər verdiyini inkar edərək, əksinə, Azərbaycanın çoxsaylı itkilərinə görə atəşkəs istədiyini və Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunduğunu deyib.
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...