THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO Baş katibi: "Rusiya toqquşma istəsə, biz buna hazırıq''

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2014
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 fevral 2021 – Newtimes.az

''NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır''.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq "El Mundo''ya müsahibəsində deyib.

"İnanıram ki, biz Rusiyaya aydın siqnal göndərməliyik: Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq. NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur. Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır. Silahlanma yarışından qaçmaq üçün silahlara nəzarəti düşünün. Onlar bizim qonşumuzdur, maraqları var, xüsusən sərhədlərdə toqquşmalardan qaçmaq lazımdır. Norveçli bir siyasətçi olaraq Rusiya ilə işləmək təcrübəm çoxdur və bunun mümkün olduğunu bilirəm'', – deyə Y.Stoltenberq vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...