THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3959
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 yanvar 2021 – Newtimes.az

Azərbaycanın region ölkələrinin altıtərəfli formatda əməkdaşlıq təklifini dəstəkləyirik. Bu, sülh və rifah üçün regional inkişafı sürətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Jurnalistlər Birliyinin "Qlobal media'' jurnalına müsahibəsində ifadə edib.

Qarabağ münaqişəsinin bir ölkənin başqa bir dövlətin torpaqlarını işğal etməsi ilə beynəlxalq hüququn açıq bir şəkildə pozulması nəticəsində baş verdiyini vurğulayan Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan Ermənistanın hücumlarına qarşı özünü qətiyyətlə müdafiə edib və işğal altındakı ərazilərini nəzarəti altına alıb. Qırx dörd günlük müharibənin nəticəsi olaraq üçtərəfli Bəyanat imzalanıb. Noyabrın 10-da imzalanmış Bəyanatda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlənib.

Atəşkəsin nəzarətdə saxlanılması və proseslərin müşahidəsi üçün Azərbaycanın dəvəti əsasında həyata keçirilən işlərdən bəhs edən nazir deyib: ''Ermənistan tərəfinin bu atəşkəsə və ortaq üçtərəfli Bəyanatda qəbul edilmiş şərtlərə əməl etməsini, yeni macəralardan qaçmasını və Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqları üzərində suverenliyini qəbul etməsini, bununla da uzunmüddətli siyasi həllə aparan yolu açmasını gözləyirik''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...