
Bakı, 2 dekabr 2020 – Newtimes.az
NATO xarici işlər nazirləri bu il keçirilən son videokonfransda ittifaqla Rusiya arasında dialoqun davam etdirilməsinin zəruriliyini təsdiq ediblər.
"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq deyib ki, NATO ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsinin uzadılması ilə bağlı dialoqu alqışlayır.
Baş katib, NATO ekspert qrupunun ittifaqın islahatı ilə bağlı təklifləri özündə ehtiva edən "NATO 2030" hesabatının hazırlanmasını başa çatdırdığını, bu sənədin NATO xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən iclasında təqdim olunduğunu, yenidən işlənmiş versiyasının 2021-ci ildə alyansın zirvə toplantısında müzakirə ediləcəyini söyləyib.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...