THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri "heç də hər şey bitməyib" deyir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 noyabr 2020 – Newtimes.az

"Mən Nikol Paşinyanın Ermənistanın baş naziri postunu tutduğu ilk gündən istefasını tələb etmişəm. Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat vermişəm".

Virtualaz.org bildirir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan "Sputnik Ermənistan"a verdiyi müsahibəsində deyib.

"Hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığını izah etməyə çalışırdımözü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmir. Söhbət həm hüquq-mühafizə orqanlarından, həm də ordudan gedirdi. Dövlət mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım.

Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi. Yeri gəlmişkən, 1997-ci ildə təklif edilən məlum başıbəlalı mərhələli plan layihəsini reallaşdırmaq mümkün olmadı", – deyə o bildirib.

"Bundan sonra xəbərdarlıq etdim ki, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparır ki, Azərbaycan müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanə əldə edir. Əslində sonda elə onun da şahidi olduq", deyə D.Şahnazaryan vurğulayıb.

D.Şahnazaryan əlavə edib: "Başımıza gələnlər, 1915-ci il soyqırımından sonra xalqımızın tarixində baş verən ən faciəli hadisədir".

D.Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, orduya, o cümlədən generallara siyasi təzyiqlərdən, döyüşlərə siyasi naşıların rəhbərlik etməsindən, vaxtında zəruri addımların atılmamasından, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş.

"Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah?

Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir. Bizim cəmiyyətə elə gəlir ki, bununla müharibə qurtarıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara əhsən. Amma müharibə üçün əsl mövzu Sünik (Zəngəzur – red.) hələ də qalır", – deyə o vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...