THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin: "Paşinyan müharibədə israr etdi, buna görə də ermənilər Şuşanı itirdilər"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3839
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 noyabr 2020 – Newtimes.az

"Beynəlxalq hüquq baxımından bu o deməkdir ki, Dağlıq Qarabağ və onun ətraf əraziləri Azərbaycan Respublikasının bir hissəsidir".

Newtimes.az virtualaz.org saytına istinadla bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin"in efirində Rusiyanın KTMT üzvü olmasına baxmayaraq, Ermənistana niyə birbaşa hərbi yardım göstərmədiyi barədə sualı şərh edərkən deyib.

V.Putin qeyd edib ki, Ermənistan ərazisinə qarşı təcavüz olmayıb, heç kim ona qəsd etməyib. Buna görə də Rusiya və KTMT münaqişədə iştirak etmək hüququna malik deyildilər: "Yerevanla hərbi-texniki əməkdaşlığa gəlincə, Ermənistan bütün lazımi yardımları alıb. Moskva əlindən gələni edirdi ki, Ermənistan özünü atılmış və unudulmuş hiss etməsin".

Putin həmçinin bildirib ki, atəşkəs haqqında saziş əldə etmək imkanı Yerevanda hələ oktyabrda olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti müharibəni dayandırmağa hazır idi. Amma Paşinyan təkid edirdi ki, hərbi əməliyyatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan qoşunlarının Şuşanı ələ keçirməsinə gətirib çıxardı və bu da Stepanakertə (Xankəndi) yol açdı.

Rusiya Prezidenti qeyd edib ki, Dağlıq Qarabağa dair saziş bağlanarkən Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və tərəflərin sülh yolu ilə ayrılmalarına dair öhdəlik götürüb.

O vurğulayıb ki, sazişin müəllifləri üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır.

"Mətnin özünə gəldikdə isə, biz bunu üçlükdə edirdik – mən, təbii ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində bu, iki tərəf arasında razılaşma idi", – deyə V.Putin bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...