THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan, artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1715
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2020 – Newtimes.az

Artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" partiyasının sədri, deputat Artur Vanetsyan baş nazir Nikol Paşinyana müraciət edərək deyib.

Ermənistanın "5-ci kanal" televiziya kanalında çıxış edən A.Vanetsiyan bildirib ki, bu gün N.Paşinyan qorxu içində yaşayır, lakin Ermənistanın siyasi qüvvələri ona təminat verə bilərlər.

Jurnalistin "N.Paşinyan nədən qorxur" sualına partiya sədri maraqlı cavab verib. O qeyd edib ki, bu gün Ermənistanda xaos baş verir, ona görə də insanların başı şəxsi problemlərinə qarışıb. Bir müddətdən sonra Azərbaycanla hərbi əməliyyatlarda 5 min əsgərin ölümü, boş büdcə, aclıq və səfalət, koronavirus infeksiyasının geniş yayılması, beynəlxalq aləmdə müttəfiqinin olmaması insanları ciddi düşündürəcək. Bütün bunların günahkarı Paşinyandır. Ona görə də onun həyatı təhlükədədir. Bu günahlarla N.Paşinyanın hakimiyyətdə qalmağa çalışması insanlarda ikrah hissi oyadır.

Qeyd edək ki, Ermənistanda 17 siyasi partiya N.Paşinyana müraciət ünvanlayaraq onun istefasını tələb edib. Hər gün Yerevanın küçələrində kütləvi aksiyalar keçirilir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...