THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyalı politoloq: "Erməni "cəngavər"ləri döyüş meydanından dovşan kimi qaçırdılar"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1937
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2020 – Newtimes.az

"Azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı gələn ildən başlaya bilər".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

"Azərbaycan iqtisadiyyatı xeyli güclüdür, üstəlik, xaricdən də böyük sərmayələr gələcəyini düşünürəm. O cümlədən qardaş ölkələr – Türkiyə və Rusiya da sərmayə yardımı edəcəklər. Türkiyənin nəhəng inşaat sektorunu da nəzərə alsaq, azad olunan rayonların tezliklə iqtisadi artımın mərkəzinə çevriləcəyini deyə bilərik", – deyən rusiyalı ekspert Qarabağdan köçüb gedən ermənilərin evlərini yandırmasına, meşələri qırmasına da münasibət bildirib: "Azərbaycan ermənilərin bu vəhşiliyini dayandırmaq üçün həyəcan təbili çalmalıdır. Beynəlxalq təşkilatların da bu barədə sözlərini deyərək Ermənistan hökumətindən dərhal təsirli tədbirlər görməsini tələb etmələri üçün addımlar atılmalıdır".

Ağdam rayonunun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda baş qaldıran etirazlara toxunan rusiyalı politoloq qeyd edib: "Bu mitinqlər əsasən Ermənistanın müharibəni uduzması ilə bağlıdır. Onlar elə bilirdilər ki, azərbaycanlılar alverçi, ermənilər isə igid cəngavərdir. Amma həmin "igid cəngavərlər" döyüş meydanından dovşan kimi qaçırdılar. Odur ki, Ermənistan ictimaiyyəti şokdadır. Təbii ki, belə şeyi qəbul etmək çox çətindir, amma gec-tez bunu qəbul etməli olacaqlar".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...