THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Paşinyanın arvadı komanda mərkəzində oturub monitorda döyüşlərə baxırdı, ona dedim ki..."

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3443
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 noyabr 2020 – Newtimes.az

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən ötən gün istefa verən general Movses Akopyan Qarabağda müharibə gedərkən baş nazir Nikol Paşinyanın arvadının komanda məntəqəsində olduğunu təsdiqləyib. Və deyib ki, Anna Akopyandan otağı tərk etməyi xahiş etdiyi üçün Yerevana geri çağırılıb.

Xatırladaq ki, Anna Akopyanın Qarabağda döyüş əməliyyatları zamanı erməni generallarının müşavirə keçirdiyi komanda məntəqəsində olduğu, bu zaman generallardan birinin ondan otağı tərk etməyi istədiyi üçün Paşinyan tərəfindən işdən çıxarıldığı haqda xəbərlər neçə gündür yayılırdı. Bu gün isə erməni KİV-ləri yazmışdı ki, həmin general Movses Akopyandır.

General Akopyan keçirdiyi mətbuat konfransında məlumatı təsdiqləyib. Deyib ki, Paşinyanın arvadı hərbi müşavirə keçirilən komanda məntəqəsinə icazəsiz daxil olmuşdu. Hansı ki, kənar şəxslərin ora daxil olması qəti qadağan idi.

General içəri girəndə Anna Akopyanı monitorun qarşısında oturub döyüşlərin videoyazısına baxdığını görüb. Bu vaxt general-leytenant Samvel Babayan da orada olub. Movses Akopyan deyir ki, Paşinyanın arvadı suallar vermirdi və heç nə danışmırdı. General ona yaxınlaşıb və komanda məntəqəsini tərk etməyi xahiş edib. Deyib ki, onun burada olması lazım deyil.

"Mən dedim: "Lazım deyil, burada kişilər danışır, söyüş söyürlər. O da dedi "yaxşı''. Dörd saat sonra məni Yerevana, müdafiə nazirinin yanına çağırdılar. Mən bu gözlənti ilə getdim ki, tezliklə Qarabağa geri qayıdacam. Amma nazir mənə dedi ki, daha ora getməli deyiləm'', – Movses Akopyan bildirib.

Habelə general əlavə edib ki, Paşinyanın adından ona "arsax müdafiə ordusunun'' komanda məntəqəsinə daxil olmaq qadağan edilib. / Virtualaz.org

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...