THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hikmət Hacıyev: "Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4836
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 noyabr 2020 – Newtimes.az

"Burada şahidi olduqlarımız Ermənistan silahlı qüvvələrinin ağ fosforlu mərmilərdən istifadə etdiyini sübuta yetirən növbəti faktlardır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq jurnalistlərin Füzuli rayonuna səfəri zamanı deyib.

"ANAMA nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Ermənistan silahlı qüvvələri tərəfindən başqa hallarda da ağ fosforlu mərmilərdən istifadə edilmişdi. Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edirdilər. Hətta bu əməliyyatlarda deyil, 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə edilmişdi. Bunların da əsas hədəfi mülki insanlar, mülki obyektlər, əkin sahələri və həmçinin Azərbaycan Silahlı Qüvvələri olmuşdu. Bu barədə beynəlxalq təşkilatlara ünvanlamaq üçün məlumatlar toplanılır. Eyni zamanda, kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqanizminə daxil olduğu təqdirdə bunun qısamüddətli ölümə və ciddi yanğıya səbəb ola biləcək effektləri var", – o bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...