THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan Əliyevlə həmrəydir: "Müharibəyə əsas cavabdeh mənəm"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3346
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2020 – Newtimes.az

Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra yerli KİV-lərə verdiyi müsahibədə Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağla bağlı üçtərəfli razılaşmanın bəndlərini dəyişdirməyin mümkün olmadığını bildirib.

"Bəndlərin dəyişdirilməsi hərbi vəziyyətin dəyişdirilməsinə səbəb olacaq. Bu gün üçün bu qeyri-realdır", – o deyib.

Paşinyan danışıqların aparılmasının zəruriliyini və sənəddə şərh tələb edən müddəaların olduğunu qeyd edib.

Ermənistan Baş naziri müharibədən qaçmaq mümkün olduğunu, ancaq bunun üçün Ermənistanın 7 bölgəni və Şuşa şəhərini Azərbaycana təhvil verməli olduğunu əlavə edib.

Paşinyan Marqarita Simonyanın hərbi əməliyyatların dayandırılması barədə qərar vermədən əvvəl amerikalılarla məsləhətləşdiyinə dair açıqlamalarını da təkzib edib.

"Bu cəfəngiyatdır. Bu müddət ərzində Amerika tərəfi ilə 5 dəfə danışdım və barışıq səylərini müzakirə etdim. Rusiyanın səyləri ilə sülh prosesinin müddətini onlarla müzakirə etmədim", – Paşinyan bildirib.

Baş nazir eyni zamanda yüzlərlə erməni hərbçisinin itkin düşdüyünü bəyan edib.

"Dəqiq rəqəm açıqlamayacağam, ancaq yüzlərlə itkin düşən var. Ümid edirik ki, bəzilərini sağ taparıq. Ermənistan tərəfinin Dağlıq Qarabağda ölən hərbçilərinin sayı təxminən 2 400 nəfərdir", – Paşinyan yekunlaşdırıb. / Virtualaz.org

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...