THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vladimir Solovyov etiraf etdi: "İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4078
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 noyabr 2020 – Newtimes.az

"Qarabağda gedən müharibədə Azərbaycan və Prezident İlham Əliyev mütləq qalib oldular. O, bütün əraziləri geri aldı. İndi Dağlıq Qarabağ məsələsi müzakirə olunur – onun Ermənistana birləşdirilməsi, onun müstəqilliyi yox. Dağlıq Qarabağın statusu Ermənistanda azğınlaşmış insanların istəyinə doğru dəyişməyəcək".

Virtualaz.org bildirir ki, bunları İsrailin dövlət xadimi, diplomat, "Nativ" Xidmətinin keçmiş rəhbəri Yakov Kedmi "Solovyev Live" proqramının efirində deyib.

Yakov Kedmi hesab edir ki, Ermənistan Azərbaycanla razılığa gələ və müharibədən belə biabırçı məğlubiyyətsiz qaça bilərdi.

"İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İlham Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O daha peşəkar görünürdü. O, əsl Prezident, Paşinyan isə Şuşaya qastrola gedən pis rəqqas kimi görünürdü", – deyə Vladimir Solovyov öz növbəsində vurğulayıb.

Yakov Kedmi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevi baş nazir Nikol Paşinyanla müqayisə etmək olmaz: "Onları necə müqayisə etmək olar? Bu insanları nə təcrübələrinə, nə təhsillərinə, nə də dövlət təfəkkürünə görə müqayisə etmək olmaz. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll edib".

Vladimir Soloviev isə "İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır" deyə əlavə edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...