THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3828
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 sentyabr 2020 – Newtimes.az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir.

Bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, KTMT müdafiə xarakterli hərbi alyansdır:

"Fikrimcə, KTMT Ermənistan hücuma məruz qalmadığı təqdirdə heç bir ssenaridə hər hansı bir rol oynamayacaq. Çünki, KTMT müdafiə xarakterli hərbi alyansdır, burada hər bir üzv dövlət hücuma məruz qalan istənilən üzv dövlətin köməyinə gəlmək öhdəliyi daşıyır. Əgər Ermənistan hər hansı hərbi əməliyyatlara başlasa, KTMT bu məsələyə qatılmayacaq. Rusiya da KTMT-nin digər üzvləri kimi Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. Ermənistan tək və dəstəksizdir”.

M.Brayza qeyd edib ki, Ermənistan hökuməti təkcə "Qarabağ Ermənistandır” kimi fikirlər deyil, həm də Azərbaycana qarşı mümkün hərbi əməliyyatlar barədə də çox təxribatçı bəyanatlar səsləndirir:

"Bu, əlbəttə ki, Ermənistanın ATƏT Minsk qrupu çərçivəsində beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərinə ziddir. Bu, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hansısa ümidsizliyi əks etdirir. Paşinyanın təxribatçı bəyanatlarına senytabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev çox kəskin cavab verdi. Rusiya KİV-ləri Prezident İlham Əliyevin açıqlamalarını yayımlayıb, amma Ermənistan tərəfinin cavabını dərc etməyib ki, bu da qeyri-adi haldır. Hesab edirəm ki, Rusiya Ermənistanın addımlarının qəbuledilməz olduğu və bu gün danışıqlar çərçivəsindən çıxdığı ilə razılaşır”.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...