THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hulusi Akar: "Fransanın təhrikilə Yunanıstan Şərqi Aralıq dənizi probleminin dialoq yolu ilə həllinə imkan vermir"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1560
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 sentyabr 2020 – Newtimes.az

"Bunun adı təhrik deyil, nədir? 18 ada Yunanıstan tərəfindən silahlandırılıb. Bu, gərginliyi artırır və qarşılıqlı dialoqa imkan vermir. Meis adası silahlandırılmadan təmizlənməlidir".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Antalyadakı Kaş rayonunda Topçu Kapitanı Mustafa Ertuğrul Akerin anım mərasimində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, Türkiyə sülhün, sabitliyin tərəfində olduğu halda, Yunanıstan başqa ölkələrin, xüsusilə də Fransanın fitvasına gedərək bu gərginliklərin artırılmasına yol verir: "Makronun rəhbərliyi ilə burada təxribat törədilir. Fransa prezidenti Makronun bu addımları ilə açıq-aşkar şəxsi mənfəətini güdməsi ortadadır. Amma Makronun rəhbərliyi altında həyata keçirilən siyasətin nəticə vermədiyi aydındır, bunu ört-basdır etmək üçün bəzi rollar oynamağa çalışırlar".

H.Akar bir daha bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində yaranan problemlərin danışıqlar yolu ilə həllini təklif edir, lakin Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir: "Türkiyənin və Kipr türklərinin haqq və hüquqları tanınmalıdır".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...