THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fransa Prezidenti: NATO-da "beyin ölümü" prosesi baş verir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
363
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 noyabr 2019 – Newtimes.az

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın strateji qərarlar üzrə NATO müttəfiqləri ilə əlaqəni itirməsini alyansın daxilində "beyin ölümü" kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, "The Economist" nəşrinə müsahibəsində Fransa Prezidenti buna misal olaraq NATO üzvlərinin məşvərətsiz mühüm hərbi qərarlar qəbul etdiyini misal çəkib. O, bu kontekstdə Avropa İttifaqının müstəqil geosiyasi güc kimi çıxış etməsinin zəruriliyini vurğulayıb və əks halda "Avropanın öz taleyini nəzarətdə saxlaya bilməyəcəyini" deyib. E.Makron əlavə edib ki, Aİ hazırda uçurumun kənarındadır və tez bir zamanda ölkələrin hərbi gücü artırılmalıdır.

Avropanın gələcəyi ilə bağlı bədbin mülahizələrini davam etdirən Fransanın dövlət başçısı deyib ki, Brexit Aİ-də başlayan dərin böhranın əlamətidir. Onun sözlərinə görə, bəzi siyasi liderlər baş verən prosesləri, xüsusən millətçilik təzahürlərinin güclənməsini gözardı edirlər. Makron təklif edib ki, yeni bir struktur – Avropada Demokratiyanın Qorunması Agentliyi yaradılsın, hər bir ölkəyə seçki prosesində baş verən kiber hücumların qarşısını almaq məqsədilə yardım edilsin.

Fransa Prezidenti 26 ölkənin üzv olduğu Şengen sonrası rejimini də dəyişdirməyi təklif edib. O, bunu Avropa daxilində sərbəst hərəkət etmənin fəsadları və qanunsuz miqrasiya ilə bağlı üzv ölkələr arasında fikir ayrılığı ilə əsaslandırıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...