THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərdoğan: NATO Türkiyə və terror qrupları arasında seçim etməlidir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
652
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 oktyabr 2019 – Newtimes.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun ölkəsinə lazımi dəstək vermədiyini deyib və alyansı Ankara və terror qrupları arasında seçim etməyə çağırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, həmçinin baş verənləri bəlkə də Türkiyənin NATO-da yeganə müsəlman dövləti olması ilə izah edib.

"Biz NATO-nun üzvüyük və alyansın beşinci maddəsi var (Nizamnamənin beşinci maddəsinə əsasən, üzv ölkələrdən birinə hücum edilən zaman NATO-nun bütün ölkələri buna cavab verməlidir). Biz terror təşkilatının təhdidi qarşısındayıq. NATO-nun beşinci maddəsinə uyğun olaraq alyans bizimlə olmalıdır. Siz bizimləsiniz ya terrorçularla? Dəqiq cavab vermirlər", – deyə Prezident jurnalistlərlə söhbətində bildirib.

Bundan başqa, Türkiyə Prezidenti telefonla danışıqlar apardığı Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonun "ciddi dezinformasiya təzyiqi altında olduqlarını" qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı "Sülh çeşməsi" əməliyyatına başlayıb. Son məlumata görə, əməliyyatın beş günü ərzində 550 terrorçu zərərsizləşdirilib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...